Teymur Yəhyayev dəfn olundu (Foto)
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev dəfn olunub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu gün onunla Masallı rayonunun Ərkivan qəsəbəsindəki evində vida mərasimi keçirilib. Daha sonra mərhum qəsəbə qəbiristanlığında dəfn edilib. Mərasimdə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, mərhumun yaxınları sosial şəbəkələrdə onun açıq ürək əməliyyatı keçirdiyini, daha sonra komaya düşdüyünü və ayılmadığını bildiriblər.
Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarın 1-də Masallı rayonunun Ərkivan kəndində anadan olub.
O, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "İTAR-TASS" Analitik-İnformasiya Agentliyində əvvəlcə müxbir, daha sonra isə direktor vəzifəsinədək yüksəlib.
1991-ci ildə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Teymur Yəhyayev 1992-ci il iyunun 2-də vəzifəsindən azad edilib. Qısa fasilədən sonra, 1993-cü ildə yenidən Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub və 2000-ci ilədək bu vəzifədə çalışıb.
Daha sonra yazıçı və politoloq kimi fəaliyyət göstərib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Oktyabr 2026 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















