Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq törədənlər barədə araşdırma aparılır
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirən, həmyerlilərimizə qarşı vəhşilik və zorakılıq törədən Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları barədə araşdırmalara başlanılıb.
APA-nın Rusiya bürosunun əldə etdiyi məlumata görə, araşdırmalar Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə regional idarəsinin birinci şöbəsi tərəfindən aparılır.
Azərbaycanlılara qarşı törədilən zorakılıq faktları və bu zorakılıqları törədən yerli hüquq mühafizə orqanlarının əməkdaşlarının törətdiyi əməllərin təhqiqatı gedir.
Təhqiqat və aparılan araşdırmanın təfərrüatları açıqlanmayıb.

Yekaterinburqda saxlanılan azərbaycanlılara YENİ İTTİHAM
09 İyul 2025 15:27
Zelenski Əliyevə zəng etdi: Yekaterinburqda azərbaycanlılara qarşı hücumlar...
01 İyul 2025 19:19
Yekaterinburqda azərbaycanlılara qarşı törədilənlər etnik zəmində vəhşilik nümunəsidir
28 İyun 2025 23:04
“Yekaterinburqda azərbaycanlılara qarşı amansızlıq bağışlanılmaz haldır” Tahir Rzayev
29 İyun 2025 14:38
XİN Yekaterinburqda azərbaycanlılara qarşı hücumun araşdırılmasını tələb edir
28 İyun 2025 19:41

