Yekaterinburqda Səfərov qardaşlarına məxsus kafenin adı dəyişdirildi VİDEO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yekaterinburqda Səfərov qardaşlarına məxsus olan kafe söküntü təhlükəsindən xilas edilib və hazırda başqa adla – “U Ozera” (“Göl kənarında”) fəaliyyətini davam etdirir.
MÖVZU İLƏ BAĞLI:
Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının cənazəsi Ağcabədiyə gətirildi - FOTO
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya KİV-ləri yayıb.
Məlumata görə, obyektin sahibləri şəhər administrasiyasının tikilinin sökülməsi ilə bağlı qərarından məhkəməyə şikayət ediblər. Məhkəmə təminat tədbirləri tətbiq edib və yekun qərar çıxana qədər söküntü dayandırılıb. Bundan sonra kafe yeni ad altında bərpa olunub.
Səfərov qardaşları kimlərdir?
Səfərov qardaşları Yekaterinburqda uzun illərdir fəaliyyət göstərən azərbaycanlı ailəyə mənsub olublar və əsasən iaşə və biznes sektoru ilə məşğul olublar. Son illərdə onların adı rezonans doğuran kriminal hadisələr fonunda gündəmə gəlib.
Ötən il həmin qardaşlardan ikisi rus OMON-u tərəfindən vəhşicəsinə öldürülüb, digər qardaşlar isə ağır maddələrlə ittiham olunaraq həbs edilib və istintaq təcridxanasına yerləşdirilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 04 Yanvar 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















