Icma.az
close
up
RU
Yelisey Sarayı xalqların azadlıq hüququnu tanımalıdır

Yelisey Sarayı xalqların azadlıq hüququnu tanımalıdır

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Daim ədalət və beynəlxalq hüquq mövqeyindən çıxış edən Azərbaycan Afrikada, dənizaşırı ərazilərdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsinə qalxan xalqlara qətiyyətli mənəvi-siyasi dəstək verir, onların səsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təəssüf ki, ölkəmizin humanist yanaşması Yelisey Sarayında bir növ top-tüfənglə qarşılanır. Makron və onun komandasının təmsilçiləri Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham edirlər. Makronun ardınca bu xüsusda çıxış edənlərdən biri də Fransanın xarici işlər naziri Jan-Noel Barron olub.

Bakının Fransa rəsmilərinin ölkəmizə qarşı əsassız iddialar səsləndirmələrinə cavabı isə özünü çox gözlətməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə və Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Fransa rəsmilərinin heç bir əsası olmayan ittihamlarına kəskin münasibət bildiriblər.

Rəsmi Parisin Yeni Kaledoniya əhalisinin tələblərini ört-basdır etmək cəhdi

“Fransanın xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda ittiham edən şərhi Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdidir.

Məhz Fransa həmişə regional məsələlərə qarışmış və Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışmışdır”, - deyə Ayxan Hacızadə vurğulayıb.

Hazırda dekolonizasiya XXI yüzilliyin əsas çağırışları sırasında yer alır. BMT-nin bununla bağlı müvafiq qətnamələri var. Həmin sənədlərdə müstəmləkə ölkələrinin müstəqilliyinin tanınması zərurət kimi göstərilir. Bakı Təşəbbüs Qrupu da Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir. Fransa rəsmilərinin bu cür qrupların işini gözdən salmaq cəhdləri isə dekolonizasiya prosesini zəiflədir. Ayxan Hacızadə diqqəti son vaxtlarda Yeni Kaledoniyada yaşananlara yönəldib. “Keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin öldüyü və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər əhəmiyyətsiz olduğunu nümayiş etdirir.

Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq təşkilatlardakı rol və resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün sui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək.

Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edir və pisləyirik”, - deyə Azərbaycan XİN rəsmisi bildirib.

Demokratik ənənələri ilə öyünən Fransanın XXI əsrdə müstəmləkəçiliyi yeni formada, lakin daha ağır şərtlər altında həyata keçirməsinin heç bir izahı yoxdur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir.

Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanına çevrilib.

Ümumiyyətlə, Fransanın müstəmləkəçilik siyasəti həyata keçirdiyini təsdiqləyən faktların siyahısı çox uzundur. Fransız missionerlərin Yeni Kaledoniyaya ayaq açması XIX əsrin ortalarına təsadüf edir. Missionerlərin adaya gəlişi ilə yerli sakinlərin qara günləri başlayıb. 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı, qatı cinayət törətmiş məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Ada qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Fransa digər müstəmləkələrində olduğu kimi, burada da təbii sərvətləri talayıb, yerli əhalidən isə ucuz işçi qüvvəsi kimi istifadə edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır.

Kanak xalqının ötənilki etirazlarına səbəb isə Makron hakimiyyətinin Yeni Kalidoniya ilə bağlı mürtəce planı həyata keçirməyə başlamasıdır. Siyasi sifariş əsasında Fransa parlamenti Yeni Kaledoniyada konstitusiya “islahatları” ilə bağlı müzakirələrə start vermişdi. Əslində, “islahatlar” Fransanın xəbis niyyətlərindən xəbər verir. Bu dəyişikliklərin yeganə məqsədi Yeni Kaledoniyada aborogen xalqın hüquqlarını məhdudlaşdırmaq, bunun əksinə olaraq gəlmə fransızların hüquqlarını genişləndirməkdir. Yeni Kaledoniyada etirazların miqyasının geniş olması burada yerli icmanın fəallığı ilə bağlıdır. Fransa hakimiyyəti bunun qarşısını almaq üçün qüvvələr balansını tarazlaşdırmağı hədəfləyib. Makron iqtidarı düşünür ki, kanak xalqının mövqelərini zəifətmək üçün gəlmələrə hüquqi müstəvidə yeni imkanlar açılmalıdır. Bu dəfə söhbət onların seçki hüquqlarının tanınmasından gedir. Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı Fransa parlamentinin müzakirəsinə çıxarılan qanun layihəsinə görə, 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər. Fransa hakimiyyətinin Yeni Kaledoniyada gəlmələrin seçki hüquqlarını genişləndirmək planı çox doğru olaraq elektoratın tərkibini dəyişmək hədəfi anlamında qəbul olunur. Bu isə yerli kanak xalqının mənafeyinə ziddir. Buna görə də kanaklar müvafiq qanunun qəbul ediləcəyi təqdirdə öz tarixi vətənlərində ikinci dərəcəli etnik qrupa çevriləcəklərini düşünürlər və bunun qarşısını almaq üçün ayağa qalxıblar.

BTQ: Fransanı əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik

Azərbaycan Fransanın digər müstəmləkə ərazilərində olduğu kimi, Yeni Kaledoniyada baş verənlərə də biganə qalmır. Respublikamızın uğurlu sədrlik həyata keçirdiyi Qoşulmama Hərəkatının (QH) tərkibində Bakı Təşəbbüs Qrupu yaradılıb.  Fransanın son koloniyalarında azadlıq mübarizəsi aparan xalqlar bu qrupda birləşiblər. Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçilik siyasətinə münasibətdə susmur, azadlıq mübarizəsinə qalxan xalqların səsinin bütün dünyada eşidilməsinə, onlara həmrəylik göstərilməsinə nail olmağa çalışır. Qurum həmçinin Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayıb. Sənəddə Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqların dərin narahatlıq doğurduğu diqqətə çatdırılıb. Bildirildiyi kimi, ictimai toplantıların qadağan edilməsi və müstəqillik tərəfdarlarının həbsi bu məsələnin qalıcı həlli hesab edilə bilməz.

“Fransa hökumətini əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik”. Bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa rəsmilərinin təşkilata qarşı səsləndirdiyi əsassız ittihamlara cavab olaraq bildirib. Fikirlərinə davam edən A.Abbasov vurğulayıb: “Bildiyiniz kimi təməli Azərbaycanda qoyulan Beynəlxalq Dekolonizasiya Cəbhəsinin 2025-ci ilin 23-24 yanvarında Kanakidə (Yeni Kaledoniya) Konqresi keçirilib. Fransa rəsmiləri müstəmləkələrin dekolonizasiya prosesini Fransanın daxili işi adlandırır və bu xüsusda, Bakı Təşəbbüs Qrupunu Fransanın daxili işlərinə müdaxilədə ittiham edir. BTQ iddiaları qətiyyətlə rədd edir və pisləyir”.

Onun sözlərinə görə, dövlət bayrağımızın Kanakidə dalğalandırılması kanak xalqının Azərbaycana və onun Liderinə minnətdarlıq jestidir. “Fundamental insan hüquqları, habelə insanların azad olmaq istəyi bir ölkənin daxili işi sayıla bilməz və özünü demokratiyanın beşiyi adlandıran Fransada rəsmilər bunu yaxşı dərk edir. XXI əsrdə müstəmləkəçiliyə yer yoxdur və həmin ərazilərin bu hüququ adaların əsl sahibi olan xalqlara münasibətdə təcili tanınmalıdır. Harada olmasından asılı olmayaraq, azadlıqlar ümumbəşəri dəyərdir və ona hamı tərəfindən hörmət edilməlidir”, - deyə BTQ-nin icraçı direktoru bildirib. “Müstəqil olmaq koloniyaların haqqıdır. Bu həm də tarixi ədalətin bərpası kimi qiymətləndirilə bilər” deyən A.Abbasov vurğulayıb ki, BTQ müstəmləkəçiliyə qarşı mübarizə aparan beynəlxalq QHT kimi öz mandatına uyğun olaraq dekolonizasiya prosesini əsas hədəfi elan edib və bu istiqamətdə qanuni fəaliyyət göstərir.  O, beynəlxalq təşkilatları və ictimaiyyəti bu işdə BTQ-yə dəstək olmağa çağırıb.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Yanvar 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri