Icma.az
close
up
RU
Yelisey Sarayı yeni inqilab ərəfəsində

Yelisey Sarayı yeni inqilab ərəfəsində

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

5-ci Respublika süqut edir?

Bu gün Fransa sonu görünməyən ciddi təbəddülatlar içindədir. Daxili və xarici siyasətdə böhran yaşanır. Ölkə Avropa İttifaqında aparıcı mövqeyini itirib və ona inam azalıb. Afrikada, dənizaşırı ərazilərdə getdikcə daha çox ölkə Fransanın ən ağır şərtlər əsasında davam etdirdiyi neokolonializm siyasətindən birdəfəlik qurtulmaq istəyir. Paralel şəkildə, ölkə daxilində sosial narazılıqlar getdikcə artır. Bütün bunların əsas səbəbi kimi isə Makronun səhv siyasəti göstərilir. Onun iki prezidentliyi illəri Fransa tarixinin ən pis dönəmi kimi dəyərləndirlir.

Tarix təkrarlanır

Bütövlükdə götürdükdə Fransa cəmiyyəti mühafizəkarlığı qəbul etməyən, yeniliklərə və inkişafa açıq olan bir toplumdur. Tarix boyunca ölkədə baş verən inqilablar Fransanın özünü dəyişməklə bərabər, həm də bütün dünya üçün yeni bir başlanğıc olub. Bu gün Fransanın yeni bir inqilab ərəfəsində olduğu fikrini tam qətiyyətlə ifadə edə bilərik. Vəziyyət o dərəcədə kritikdir ki, hətta 5-ci Respublikanın süqutu da gündəmə gəlib. Xatırladaq ki, 5-ci Respublika 1958-ci ildə qurulub.  O dövrdə yeni Konstitusiya qəbul edilib və 5-ci Respublika elan olunub.

Makron prezident seçilənədək ölkə inkişafda idi. 2018-ci ildən başlayaraq bu inkişaf tədricən bütün sahələrdə tənəzzül meyilləri ilə əvəzlənib. Hazırda geriləmə pik səviyyəyə çatıb və ölkə idarəolunmaz hala gəlib. Bunu mili iqtisadiyyatın durumu əyani şəkildə təsdiqləyir. Fransa Bankı 2025-ci illə bağlı proqnozlarında dəyişiklik edib. “Figaro” nəşri xəbər verir ki, sentyabrdakı proqnozda gələn il üçün ümumi daxili məhsulun (ÜDM) artımı 1,2 faiz gözlənildiyi halda, proqnoz 0,9 faizə endirilib. Bunun əksinə, işsizlik proqnozu 7,6 faizdən 7,8 faizə qaldırılıb.

Bu il üçün 1,1 faiz iqtisadi artım gözləyən bank 2025-ci ildə göstəricinin daha aşağı olacağı qənaətindədir. Qurum aşağı göstəriciləri büdcə siyasəti və ölkədə hökm sürən qeyri-müəyyənliklərlə izah edir. Büdcə kəsirinin isə ÜDM-in təxminən 5,5 faizinə bərabər olması gözlənilir. 2026 və 2027-ci illərdə isə Fransada cəmi 1,3 faiz iqtisadi artım proqnozlaşdırılır. O amilə də diqqət yetirmək lazımdır ki, proqnoz tərtib edilərkən ABŞ və Avropa İttifaqı arasında gələn il başlaması ehtimal olunan ticarət müharibəsi nəzərə alınmayıb.

Beləliklə, tarix təkrarlanır. Bu gün Fransa cəmiyyətinə “5-ci Respublika ölkəni uçurumun kənarından geri qaytara bilməyəcək” fikri hakimdir. Belə olan halda 5-ci Respublikanın süqutu Fransa üçün atıq bir çağırışdır. Bunu aparılan rəy sorğularının nəticələri də təsdiqləyir. Bir ildə 4 baş nazirin dəyişildiyi Fransada əhalinin dövlət qurumlarına etimadı azalıb. “Figaro” nəşrinin məlumatına əsasən, “Mascaret” təşkilatının Senat (parlamentin yuxarı palatası) və yerli KİV üçün keçirdiyi sorğunun nəticələrinə görə, fransızların 85 faizi dövlət qurumlarında islahat aparılmasını istəyir.  Respondentlərin 83 faizi senator və deputatların sayının azaldılmasını, 74 faizi isə seçkilərdə proporsional sistemin tətbiqini istəyir. Rəyi soruşulanların 56 faizi isə ümumiyyətlə 5-ci Respublikanın ləğvini və 6-cı Respublikanın qurulmasını istəyir.

Yelisey Sarayı təqdim edilən rəy sorğusunun nəticələrini ciddi siqnal kimi qəbul etməlidir.  Söhbət dövlətçiliyin, bütövlükdə ölkənin taleyindən gedir.  Daxilli və xarici siyasətdə kardinal dəyişikliklər edilməən ölkəni düşdüyü bataqlıqdan çıxarmaq mümkün olmayacaq.

Makron pis prezidentdir

Makron ilk prezidentliyi dönəminin əvvəlində özünü cəmiyyətə radikal dəyişikliklər tərəfdarı, islahatçı lider obrazında təqdim edirdi. Lakin onun islahatçılığı, apardığı məcburi dəyişikliklər yada Don Kixotun yel dəyirmanı ilə cəngə çıxmasına bənzəyir. Aydın şəkildə görünür ki, Makronun verdiyi qərarlar absurd səciyyə daşıyır, onların çox az qismi milli və qlobal çağırışlara, cəmiyyətin sosial sifarişlərinə adekvatlıq təşkil edir. Belə gedişlə hara qədər irəliləmək mümkündür?  Yerində sayan ölkəni isə zamanın sərt burulğanında məhv olmaq təhlükəsi gözləyir.

Bütün bu qənaətlərdən çıxış edən Fransa cəmiyyətinin yekdil mövqeyi belədir ki, Makron postunu tərk etməlidir. Hərcənd ki, onun özü bunu qətiyyətlə rədd edir. Makron “istefa” çağırışlarına məhəl qoymayaraq bildirib ki, 2027-ci ildən qabaq - növbəti prezident seçkilərindən əvvəl vəzifəsindən getmək niyyətində deyil.

Ancaq Makronun israrları, kreslosundan ikiəlli yapışması əbəsdir. Rəy sorğusunda iştirak edən fransızların dörddə üçü Makronu pis prezident hesab edir. Bu, “Odoxa” şirkətinin sorğusuna əsaslanan araşdırmadan məlum olub.

Makronun yaxşı prezident olub-olmaması ilə bağlı suala respondentlərin 74 faizi “xeyr” cavabını verib. Sağçı “Milli Birlik” partiyasının tərəfdarlarının 94 faizi prezidentin fəaliyyətini bəyənmədiklərini bildiriblər. Solçu “Əyilməz Fransa” partiyasının tərəfdarlarının 86 faizi də eyni fikirdədir. Sorğuya əsasən, rəyi soruşulanların 52 faizi hesab edir ki, prezident bir dəfədən artıq müddətə namizədliyini irəli sürmək hüququna malik olmamalıdır.

Araşdırmada qeyd olunub ki, bu cür aşağı reytinq təkcə hazırkı siyasi vəziyyətlə deyil, həm də fransızların qəbul etmədiyi prezidentin şəxsiyyəti ilə bağlıdır. Bundan əlavə, fransızlar ölkədəki siyasi böhrandan son dərəcə narahatdırlar və geniş miqyaslı inzibati islahatların keçirilməsini tələb edirlər. Belə ki, respondentlərin 56 faizi 6-cı Respublikaya keçidin zəruri olduğunu düşünür.

Məlumata görə, araşdırma dekabrın 11-12-də onlayn şəkildə keçirilib və sorğuda 1005 nəfər iştirak edib.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Dekabr 2024 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri