Icma.az
close
up
RU
Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı

Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2023-cü ildə maliyyə sektorunda məcmu kapital artımı və kredit aktivliyi müşahidə olunsa da, bir sıra banklar 2024-cü ili zərərlə başa vurmaq üzrədirlər. Söhbət 30 ildir fəaliyyət göstərən “Yelo Bank”dan gedir. Həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərən maliyyə qurumunun bu ilin doqquz ayında cəmi öhdəliklər və kapital portfelində, aktivlərində, nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərində, banklar və digər maliyyə institutlarındakı depozitlərində, qiymətli kağızlar üzrə faiz gəlirlərində ciddi azalmalar baş verib. Əvəzində Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri artıb.

Bankın aktivlərində ciddi azalma

Hurriyyet.Az Teleqraf.Az-a istinadla xəbər verir ki, ilin doqquz ayı, konkretləşdirsək, üçüncü rüb “Yelo Bank” üçün ürəkaçan keçməyib. Bank 30%-ə yaxın kiçilib. Belə ki, bankın aktivləri 388,7 milyon manat azalaraq 1 milyard 177 milyon manat təşkil edib. Xatırlatmaq yerinə düşərdi ki, 2023-cü ilin sonuna bu rəqəm 1 milyard 566 milyon 452 min manat idi.

Diqqəti çəkən bankın aktivlərinin 80 faizinin müştərilərə verilən kreditlərin təşkil etməsidir. Son 3 ildə əsas gücünü kredit bazarına yönəldən bankın 1 milyard 177 milyon manat aktivinin 897,898 milyon manatını müştərilərə verilən kreditlər təşkil edir. Qurum istər istehlak, istərsə də biznes kreditləşməsini artırıb. Bunun hesabına faiz gəlirlərini də yüksəldib. İlin üçüncü rübündə bankın xalis faiz gəliri 2023-cü ilin sonundakı 48,6 mln manatdan 70,7 mln manata çatıb. Valyuta mübadiləsi, eləcə də komissiya haqqlarından yığılan vəsaitlərin daxil olduğu, bir sözlə banklar üçün rahat qazanc mənbəyi olan qeyri-faiz gəlirlərini isə 7,174 milyon manatdan 24,395 milyon manata yüksəlib. Göründüyü kimi, “Yelo Bank” depozit portfelində itirdiyi gəlirləri sözdə aşağı faizlə kredit təklif edərək, yüksək komissiya haqqları almaqla kompensasiya edib.

Şirkətlər pullarını bankdan geri çəkir

Acınacaqlı vəziyyət bankın depozit portfeli ilə bağlıdır. Bu ilin əvvəlindən başlayaraq hüquqi şəxslər bankdakı əmanətlərini geri çəkirlər. Yanvar-sentyabr aylarında bankdakı depozitlərin həcmi 841,526 milyon manat olub. Halbuki bank 2023-cü ili 1 milyard 292 milyon manatla başa vurmuşdu.

Cari ilin doqquz ayında hüquqi şəxslər - şirkətlər 516.500 milyon manatdan çox depoziti bankdan geri götürüblər. Belə ki, hüquqi şəxslərin depozitləri ilin əvvəlindəki 720,590 milyon manatdan 204,029 milyon manata düşüb. Bu da 3,5 dəfə azalma deməkdir. Bankın depozitlərinin kəskin azalması nəticəsində maliyyə qurumunun nağd pul vəsaitləri də 4 dəfə azalıb. Beləliklə bankın nağd pul vəsaitləri 687 milyon manatdan 182 milyon manata düşüb.

Bankın maliyyə vəziyyəti ilə bağlı diqqəti çəkən daha bir məqam, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərinin artmasıdır. Bu yöndə öhdəlikləri 91 milyon manatdan 107 milyon manata yüksəlib. Eləcə də bankın banklar və digər maliyyə institutlarındakı depozitlərinin, ticarət və investisiya qiymətli kağızlarının həcmi azalıb.

Sözdə "sərfəli" kredit təklifi

Bu gün “Yelo Bank” 8 növ kredit təklif edir. Doğrusu, rəsmi maaşınız varsa, kredit tarixçəniz tələblərə cavab verirsə, bu bankdan borc vəsait almaq asan və sürətlidir. Lakin şərtlər vəd edildiyi kimi reallıqla üst-üstə düşmür. “Yelo Bank” əməkdaşlarının müştərilərə göndərdikləri şirnikləndirici mesajlarda, eləcə də zənglərdə irəli sürdükləri 11,7 faizlə borc təklifinə aldanıb banka üz tutan müştərinin xəyalları kredit mütəxəssisi ilə ünsiyyətdən sonra puç olur. Məsələn, 6 aydan 59 aya qədər təklif edilən istehlak kreditlərində faktiki illik faiz dərəcələri 23%-ə qədər yüksəlir. Məbləği 1000-20 000 manat təşkil edilən qızıl təminatlı kreditlərdə faktiki illik faiz dərəcəsi isə minimum 24,3%, maksimum 28,5% -dir. Kreditlərin iqtisadi sektorlar üzrə bölgüsü də göstərir ki, “Yelo Bank” ötən dövrdə daha çox istehlak və ipoteka krediti verib. Bu portfel 341,128 milyon manat təşkil edib. Hamıya aydın şəkildə bəllidir ki, bankların istehlak kreditlərinə üstünlük verməsinin başlıca səbəbi bu növ kreditlərin daha çox qazanc gətirməsidir. Bir zamanlar belə bir təcrübə bank kartları vasitəsilə ölkə əhalisinin yarıdan çoxunu borca salan “Bank of Baku” kimi bankların fonunda yaşanıb.

Məsələnin başqa tərəfi depozit portfeli azalan bir bankın kreditləşməni artırmasıdır. Nəzərə alsaq ki, kreditlər cəlb olunmuş vəsaitlərdir, yəni bank onu əmanətçilərdən cəlb edir və həmin pulu faizlə kreditə verərək qazanc əldə edir. “Yelo Bank”ın kredit bazarında yerini qoruyub saxlaması suallar doğurur.

Ödəniş cədvəllərindəki qarışıqlıq

“Yelo Bank” Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi ikinci bankdır və 2,58 indeksi ilə qırmızı zonaya düşüb. Müştərilərin şikayətləri isə əsasən ödəniş cədvəllərində ilk öhdəliklər üzrə faiz ödənişlərinin önə salınması, göstərilməyən xidmətlərə görə vətəndaşdan haqq tələb edilməsi, kredit müqavilələrindəki uyğunsuzluqlarla bağlıdır. Xüsusilə istehlak kreditlərində müqavilədən kənar ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Yəni bank kredit üzrə hesabladığı faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışır. Faiz ödənişlərinin əhəmiyyətli hissəsinin ön aylara daxil etməklə bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışır. Lakin bankın bu siyasəti müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır. Bu, eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və ədalətli bölgüsünə imkan yaratmır. “Yelo Bank” borc bazarında qazanmaq naminə özünü risklərdən elə sığortalayıb ki, verilən 897,8 milyon manat kreditə qarşı təminatsız kreditlərin payı cəmi 192,9 milyon manat təşkil edir.

Onu da xatırladaq ki, 1994-cü ildən fəaliyyət göstərən “Yelo Bank” ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan Yelo Bank adına rebrending edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Dekabr 2024 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri