Icma.az
close
up
RU
Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı Şok iddialar

Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı Şok iddialar

Icma.az bildirir, Mia.az portalına istinadən.

2023-cü ildə maliyyə sektorunda məcmu kapital artımı və kredit aktivliyi müşahidə olunsa da, bir sıra banklar 2024-cü ili zərərlə başa vurmaq üzrədirlər. Söhbət 30 ildir fəaliyyət göstərən “Yelo Bank”dan gedir.

Həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərən maliyyə qurumunun bu ilin doqquz ayında cəmi öhdəliklər və kapital portfelində, aktivlərində, nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərində, banklar və digər maliyyə institutlarındakı depozitlərində, qiymətli kağızlar üzrə faiz gəlirlərində ciddi azalmalar baş verib. Əvəzində Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri artıb.

Bankın aktivlərində ciddi azalma

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, ilin doqquz ayı, konkretləşdirsək, üçüncü rüb “Yelo Bank” üçün ürəkaçan keçməyib. Bank 30%-ə yaxın kiçilib. Belə ki, bankın aktivləri 388,7 milyon manat azalaraq 1 milyard 177 milyon manat təşkil edib. Xatırlatmaq yerinə düşərdi ki, 2023-cü ilin sonuna bu rəqəm 1 milyard 566 milyon 452 min manat idi.

Diqqəti çəkən bankın aktivlərinin 80 faizinin müştərilərə verilən kreditlərin təşkil etməsidir. Son 3 ildə əsas gücünü kredit bazarına yönəldən bankın 1 milyard 177 milyon manat aktivinin 897,898 milyon manatını müştərilərə verilən kreditlər təşkil edir. Qurum istər istehlak, istərsə də biznes kreditləşməsini artırıb. Bunun hesabına faiz gəlirlərini də yüksəldib. İlin üçüncü rübündə bankın xalis faiz gəliri 2023-cü ilin sonundakı 48,6 mln manatdan 70,7 mln manata çatıb. Valyuta mübadiləsi, eləcə də komissiya haqqlarından yığılan vəsaitlərin daxil olduğu, bir sözlə banklar üçün rahat qazanc mənbəyi olan qeyri-faiz gəlirlərini isə 7,174 milyon manatdan 24,395 milyon manata yüksəlib. Göründüyü kimi, “Yelo Bank” depozit portfelində itirdiyi gəlirləri sözdə aşağı faizlə kredit təklif edərək, yüksək komissiya haqqları almaqla kompensasiya edib.

Şirkətlər pullarını bankdan geri çəkir

Acınacaqlı vəziyyət bankın depozit portfeli ilə bağlıdır. Bu ilin əvvəlindən başlayaraq hüquqi şəxslər bankdakı əmanətlərini geri çəkirlər. Yanvar-sentyabr aylarında bankdakı depozitlərin həcmi 841,526 milyon manat olub. Halbuki bank 2023-cü ili 1 milyard 292 milyon manatla başa vurmuşdu.

Cari ilin doqquz ayında hüquqi şəxslər - şirkətlər 516.500 milyon manatdan çox depoziti bankdan geri götürüblər. Belə ki, hüquqi şəxslərin depozitləri ilin əvvəlindəki 720,590 milyon manatdan 204,029 milyon manata düşüb. Bu da 3,5 dəfə azalma deməkdir. Bankın depozitlərinin kəskin azalması nəticəsində maliyyə qurumunun nağd pul vəsaitləri də 4 dəfə azalıb. Beləliklə bankın nağd pul vəsaitləri 687 milyon manatdan 182 milyon manata düşüb.

Bankın maliyyə vəziyyəti ilə bağlı diqqəti çəkən daha bir məqam, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərinin artmasıdır. Bu yöndə öhdəlikləri 91 milyon manatdan 107 milyon manata yüksəlib. Eləcə də bankın banklar və digər maliyyə institutlarındakı depozitlərinin, ticarət və investisiya qiymətli kağızlarının həcmi azalıb.

Sözdə "sərfəli" kredit təklifi

Bu gün “Yelo Bank” 8 növ kredit təklif edir. Doğrusu, rəsmi maaşınız varsa, kredit tarixçəniz tələblərə cavab verirsə, bu bankdan borc vəsait almaq asan və sürətlidir. Lakin şərtlər vəd edildiyi kimi reallıqla üst-üstə düşmür. “Yelo Bank” əməkdaşlarının müştərilərə göndərdikləri şirnikləndirici mesajlarda, eləcə də zənglərdə irəli sürdükləri 11,7 faizlə borc təklifinə aldanıb banka üz tutan müştərinin xəyalları kredit mütəxəssisi ilə ünsiyyətdən sonra puç olur. Məsələn, 6 aydan 59 aya qədər təklif edilən istehlak kreditlərində faktiki illik faiz dərəcələri 23%-ə qədər yüksəlir. Məbləği 1000-20 000 manat təşkil edilən qızıl təminatlı kreditlərdə faktiki illik faiz dərəcəsi isə minimum 24,3%, maksimum 28,5% -dir. Kreditlərin iqtisadi sektorlar üzrə bölgüsü də göstərir ki, “Yelo Bank” ötən dövrdə daha çox istehlak və ipoteka krediti verib. Bu portfel 341,128 milyon manat təşkil edib. Hamıya aydın şəkildə bəllidir ki, bankların istehlak kreditlərinə üstünlük verməsinin başlıca səbəbi bu növ kreditlərin daha çox qazanc gətirməsidir. Bir zamanlar belə bir təcrübə bank kartları vasitəsilə ölkə əhalisinin yarıdan çoxunu borca salan “Bank of Baku” kimi bankların fonunda yaşanıb.

Məsələnin başqa tərəfi depozit portfeli azalan bir bankın kreditləşməni artırmasıdır. Nəzərə alsaq ki, kreditlər cəlb olunmuş vəsaitlərdir, yəni bank onu əmanətçilərdən cəlb edir və həmin pulu faizlə kreditə verərək qazanc əldə edir. “Yelo Bank”ın kredit bazarında yerini qoruyub saxlaması suallar doğurur.

Ödəniş cədvəllərindəki qarışıqlıq

“Yelo Bank” Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi ikinci bankdır və 2,58 indeksi ilə qırmızı zonaya düşüb. Müştərilərin şikayətləri isə əsasən ödəniş cədvəllərində ilk öhdəliklər üzrə faiz ödənişlərinin önə salınması, göstərilməyən xidmətlərə görə vətəndaşdan haqq tələb edilməsi, kredit müqavilələrindəki uyğunsuzluqlarla bağlıdır. Xüsusilə istehlak kreditlərində müqavilədən kənar ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Yəni bank kredit üzrə hesabladığı faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışır. Faiz ödənişlərinin əhəmiyyətli hissəsinin ön aylara daxil etməklə bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışır. Lakin bankın bu siyasəti müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır. Bu, eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və ədalətli bölgüsünə imkan yaratmır. “Yelo Bank” borc bazarında qazanmaq naminə özünü risklərdən elə sığortalayıb ki, verilən 897,8 milyon manat kreditə qarşı təminatsız kreditlərin payı cəmi 192,9 milyon manat təşkil edir.

Onu da xatırladaq ki, 1994-cü ildən fəaliyyət göstərən “Yelo Bank” ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan Yelo Bank adına rebrending edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 Yanvar 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri