Icma.az
close
up
RU
Müştərilərini itirən Yelo Bankın kredit oyunu 516 milyonluq depozit hara gedib?

Müştərilərini itirən Yelo Bankın kredit oyunu 516 milyonluq depozit hara gedib?

Icma.az, Sonxeber.az saytına istinadən bildirir.

Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu – 516 milyonluq depozit hara gedib?

2023-cü ildə maliyyə sektorunda məcmu kapital artımı və kredit aktivliyi müşahidə olunsa da bir sıra banklar 2024-cü ili zərərlə başa vurmaq üzrədirlər. Söhbət 30 ildir fəaliyyət göstərən "Yelo Bank"dan gedir. Həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərən maliyyə qurumunun bu ilin doqquz ayında cəmi öhdəliklər və kapital portfelində, aktivlərində, nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərində, banklar və digər maliyyə institutlarındakı depozitlərində, qiymətli kağızlar üzrə faiz gəlirlərində ciddi azalmalar baş verib. Əvəzində Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri artıb.

Bankın aktivlərində ciddi azalma

Hurriyyet.az xəbər verir ki, ilin doqquz ayı, konkretləşdirsək, üçüncü rüb "Yelo Bank" üçün ürəkaçan keçməyib. Bank 30%-ə yaxın kiçilib. Belə ki, bankın aktivləri 388,7 milyon manat azalaraq 1 milyard 177 milyon manat təşkil edib. Xatırlatmaq yerinə düşərdi ki, 2023-cü ilin sonuna bu rəqəm 1 milyard 566 milyon 452 min manat idi.

Diqqəti çəkən bankın aktivlərinin 80 faizinin müştərilərə verilən kreditlərin təşkil etməsidir. Son 3 ildə əsas gücünü kredit bazarına yönəldən bankın 1 milyard 177 milyon manat aktivinin 897,898 milyon manatını müştərilərə verilən kreditlər təşkil edir. Qurum istər istehlak, istərsə də biznes kreditləşməsini artırıb. Bunun hesabına faiz gəlirlərini də yüksəldib. İlin üçüncü rübündə bankın xalis faiz gəliri 2023-cü ilin sonundakı 48,6 mln manatdan 70,7 mln manata çatıb. Valyuta mübadiləsi, eləcə də komissiya haqqlarından yığılan vəsaitlərin daxil olduğu, bir sözlə banklar üçün rahat qazanc mənbəyi olan qeyri-faiz gəlirlərini isə 7,174 milyon manatdan 24,395 milyon manata yüksəlib. Göründüyü kimi, "Yelo Bank" depozit portfelində itirdiyi gəlirləri sözdə aşağı faizlə kredit təklif edərək, yüksək komissiya haqqları almaqla kompensasiya edib.

Şirkətlər pullarını bankdan geri çəkir

Acınacaqlı vəziyyət bankın depozit portfeli ilə bağlıdır. Bu ilin əvvəlindən başlayaraq hüquqi şəxslər bankdakı əmanətlərini geri çəkirlər. Yanvar-sentyabr aylarında bankdakı depozitlərin həcmi 841,526 milyon manat olub. Halbuki bank 2023-cü ili 1 milyard 292 milyon manatla başa vurmuşdu.

Cari ilin doqquz ayında hüquqi şəxslər – şirkətlər 516.500 milyon manatdan çox depoziti bankdan geri götürüblər. Belə ki, hüquqi şəxslərin depozitləri ilin əvvəlindəki 720,590 milyon manatdan 204,029 milyon manata düşüb. Bu da 3,5 dəfə azalma deməkdir. Bankın depozitlərinin kəskin azalması nəticəsində maliyyə qurumunun nağd pul vəsaitləri də 4 dəfə azalıb. Beləliklə bankın nağd pul vəsaitləri 687 milyon manatdan 182 milyon manata düşüb.

Bankın maliyyə vəziyyəti ilə bağlı diqqəti çəkən daha bir məqam, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərinin artmasıdır. Bu yöndə öhdəlikləri 91 milyon manatdan 107 milyon manata yüksəlib. Eləcə də bankın banklar və digər maliyyə institutlarındakı depozitlərinin, ticarət və investisiya qiymətli kağızlarının həcmi azalıb.

Sözdə "sərfəli" kredit təklifi

Bu gün "Yelo Bank" 8 növ kredit təklif edir. Doğrusu, rəsmi maaşınız varsa, kredit tarixçəniz tələblərə cavab verirsə, bu bankdan borc vəsait almaq asan və sürətlidir. Lakin şərtlər göründüyü qədər asan deyil. "Yelo Bank" əməkdaşlarının müştərilərə göndərdikləri şirnikləndirici mesajlarda, eləcə də zənglərdə irəli sürdükləri 11,7 faizlə kredit təklifi reallıqdan tamamilə uzaqdır. Müştərinin xəyalları bankın qapısında puç olur. Məsələn, 6 aydan 59 aya qədər təklif edilən istehlak kreditlərində faktiki illik faiz dərəcələri 23%-ə qədər yüksəlir. Məbləği 1000-20 000 manat təşkil edilən qızıl təminatlı kreditlərdə faktiki illik faiz dərəcəsi isə minimum 24,3%, maksimum 28,5% -dir. Kreditlərin iqtisadi sektorlar üzrə bölgüsü də göstərir ki, "Yelo Bank" ötən dövrdə daha çox istehlak və ipoteka krediti verib. Bu portfel 341,128 milyon manat təşkil edib. Hamıya aydın şəkildə bəllidir ki, bankların istehlak kreditlərinə üstünlük verməsinin başlıca səbəbi bu növ kreditlərin daha çox qazanc gətirməsidir. Bir zamanlar belə bir təcrübə bank kartları vasitəsilə ölkə əhalisinin yarıdan çoxunu borca salan "Bank of Baku" kimi bankların fonunda yaşanıb.

Məsələnin başqa tərəfi depozit portfeli azalan bir bankın kreditləşməni artırmasıdır. Nəzərə alsaq ki, kreditlər cəlb olunmuş vəsaitlərdir, yəni bank onu əmanətçilərdən cəlb edir və həmin pulu faizlə kreditə verərək qazanc əldə edir. "Yelo Bank"ın kredit bazarında yerini qoruyub saxlaması suallar doğurur.

Ödəniş cədvəllərindəki qarışıqlıq

"Yelo Bank" Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi ikinci bankdır və 2,58 indeksi ilə qırmızı zonaya düşüb. Müştərilərin şikayətləri isə əsasən ödəniş cədvəllərində ilk öhdəliklər üzrə faiz ödənişlərinin önə salınması, göstərilməyən xidmətlərə görə vətəndaşdan haqq tələb edilməsi, kredit müqavilələrindəki uyğunsuzluqlarla bağlıdır. Xüsusilə istehlak kreditlərində müqavilədən kənar ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Yəni bank kredit üzrə hesabladığı faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışır. Faiz ödənişlərinin əhəmiyyətli hissəsinin ön aylara daxil etməklə bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışır. Lakin bankın bu siyasəti müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır. Bu, eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və ədalətli bölgüsünə imkan yaratmır. "Yelo Bank" borc bazarında qazanmaq naminə özünü risklərdən elə sığortalayıb ki, verilən 897,8 milyon manat kreditə qarşı təminatsız kreditlərin payı cəmi 192,9 milyon manat təşkil edir.

Onu da xatırladaq ki, 1994-cü ildən fəaliyyət göstərən "Yelo Bank" ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan Yelo Bank adına rebrending edilib./Teleqraf.com/


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 13 Yanvar 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri