Yəmən beynəlxalq qüvvələrin husilərlə mübarizəyə cəlb edilməsini mümkün hesab edir
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əgər husilər Bab-əl-Məndəb boğazını və Perim adasını nəzarətə götürə bilsələr, geniş beynəlxalq koalisiya olmadan onları zərərsizləşdirmək mümkün olmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə CNN-ə Yəmən Prezident Rəhbərlik Şurası sədrinin müavini Tariq Saleh bildirib.
"O, xəbərdarlıq edib ki, əgər husilər Perim və Bab-əl-Məndəb boğazını ələ keçirsələr, onları geri çəkilməyə məcbur etmək üçün çoxlu sayda beynəlxalq qoşun və Hərbi Dəniz Qüvvələri lazım olacaq", - telekanal xəbər verib.
Saleh vurğulayıb ki, ABŞ Yəmənə dəstək verməsə, ABŞ qoşunları, beynəlxalq ictimaiyyət və qlobal ticarət "daha yüksək bədəl ödəməli olacaq".
Həmçinin qeyd olunub ki, husilər yuxarıda adıçəkilən əraziləri ələ keçirəcəkləri təqdirdə, uzaqmənzilli silahlar olmadan da gəmiçiliyə təhlükə yarada biləcəklər. Onlar bu su marşrutunu minalaya bilərlər.
"The National" bildirib ki, Yəmənin Perim və Züqar adaları regionda dəniz təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır: Perim Yəməndən 4 km, Cibutidən isə 25 km uzaqda yerləşir; Züqar Qırmızı dənizdə 100 km şimalda, Yəmənlə Eritreya arasında yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 10 Sentyabr 2026 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















