Icma.az
close
up
RU
Yeni Azərbaycan naminə 34 il ŞƏRH

Yeni Azərbaycan naminə 34 il ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini bərpa etsə də ölkədə vəziyyət son dərəcə gərgin idi. Dövlət idarəetməsi tamamilə naşı və səriştəsiz şəxslərin əlinə keçmiş, nəticədə özbaşınalıq baş alıb gedirdi. Nəinki müstəqilliyin itirilməsi, hətta xalqın, ölkənin parçalanmaq təhlükəsi qaçılmaz idi. İnsanların bu gündən sabaha ümidləri qalmamışdı. Belə bir çətin məqamda xalq nicat yolunu həmin vaxt Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevə müraciət etməkdə gördü. Xalqın dahi şəxsiyyət Heydər Əliyevin ətrafında birləşməsi üçün yeni bir siyasi təşkilata ehtiyac vardı. Məhz bu məqsədlə 91 nəfər Azərbaycan ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ulu Öndər ziyalıların müraciətinə müsbət cavab verdi və Yeni Azərbaycan Partiyasını yaratmaqla insanlara yaşamaq ümidləri bəxş etdi.

Təbii ki, Yeni Azərbaycan Partiyasının yaradılması heç də asan deyildi, çünki həmin dövrdə hakimiyyətdə olan şəxslər partiyanın təşkilatlanmasına mane olmaq üçün hər vasitəyə əl atırdılar. Bütün çətinliklərə baxmayaraq Yeni Azərbaycan Partiyası sürətlə təşkilatlanır və inkişaf edirdi. Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin ideya və amallarını özündə cəmləşdirən Yeni Azərbaycan Partiyası həqiqətən də xalqın nicat, qurtuluş yolu oldu. Xalqın yekdil dəstəyi ilə qısa zaman ərzində iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyası dəfələrlə xalqın etimadını dğruldaraq ümumxalq partiyası statusunu qazandı. Ölkəni və xalqı olmazın böhranlardan, məhrumiyyətlərdən xilas edən Yeni Azərbaycan Partiyasına gənclərin marağı artmağa başladı. Cənab Prezident İlham Əliyevin partiyanın II Qurultayında Sədrin I müavini vəzifəsinə seçilməsi isə partiyada gəncləşmə siyasətinin əsası hesab edilir.
Yeni Azərbaycan Partiyası öz Proqramından irəli gələn bütün vəzifələri yerinə yetirərək dövlət müstəqilliyini möhkəmləndirmiş, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi kimi mühüm işləri layiqincə həyata keçirmişdir.
Keçirilmiş hər bir qurultay Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə olaraq qalmışdır. Lakin cari ilin oktyabr ayının 2-də keçirilən VIII Qurultay özünəməxsusluğu ilə seçilir. Düzdür, ərazi bütövlüyümüz bərpa edildikdən sonra partiyamızın VII Qurultayı keçirilmişdi. Lakin suverenliyimiz təmin edildikdən sonra keçirildiyi üçün VIII Qurultay da partiyamızın tarixində özünəməxsusluğu ilə qaldı. Partiyamızın sədri, Prezident İlham Əliyevin VIII Qurultaydakı geniş proqram xarakterli çıxışı isə yeni tarixi mərhələdə ölkəmizin və partiyamızın qarşısında duran strateji vəzifələri, inkişaf hədəflərini və gələcək fəaliyyətin əsas yol xəritəsini müəyyənləşdirdi.
Yeni Azərbaycan Partiyasının məqsəd və məramı müstəqil Azərbaycan dövlətinin davamlı inkişafının və xalqın firavan həyat şəraitinin təmin edilməsidir. 34 il xalqın xidmətində olması və bu müddət ərzində Yeni Azərbaycan Partiyasının keçdiyi yol, gördüyü işlər belə deməyə əsas verir. Əsas şüarı “Yeni Azərbaycan naminə!” olan Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz, partiyamızın banisi, dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, dünənin, bu günün, gələcəyin partiyasıdır. Müstəqil Azərbaycanımızın firavan gələcəyi də məhz Yeni Azərbaycan Partiyasının siyasi dəst-xətti ilə yazılacaqdır.

Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər ürə məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri