“Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir” Elçin Quliyev
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
“Yeni Azərbaycan Partiyasının yaranması doğrudan da tarixi bir hadisə idi. Həmin dövrdə gənc Azərbaycan Respublikası olduqca çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı vardı və bu ilk il ağır ictimai-siyasi şəraitdə keçirdi. Bəzi hallarda xalqımız böyük faciələrlə üzləşirdi. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər ziyalıları ölkənin gələcəyini düşünərək nicat yolunu məhz Heydər Əliyevin simasında görürdülər".
SİA xəbər verir ki, bu fikirləri YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev YAP Nərimanov rayon təşkilatının yaranmasının 33-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
Elçin Quliyev qeyd edib ki, “91-lərin müraciəti” Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olub: “Partiyanın yaradılması, zəngin dövlətçilik və idarəçilik təcrübəsinə malik ulu öndər Heydər Əliyevin bu partiyaya rəhbərlik etməsinin zəruriliyini ortaya qoyurdu. Ulu öndərin ‘Yeni, müstəqil Azərbaycan uğrunda’ cavabı ölkənin gələcəyinə olan böyük ümidin ifadəsi idi".
Rayon təşkilatının sədri vurğulayıb ki, Yeni Azərbaycan Partiyası 33 illik fəaliyyəti ərzində dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi və ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində ardıcıl fəaliyyət göstərib: “YAP Nərimanov rayon təşkilatı minlərlə fəal, təşəbbüskar və vətənpərvər insanı birləşdirərək mühüm ictimai-siyasi layihələrin həyata keçirilməsində, gənclərin siyasi maarifləndirilməsində və partiyanın nüfuzunun daha da yüksəldilməsində əhəmiyyətli rol oynamışdır".
Elçin Quliyev çıxışının sonunda Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin Azərbaycanın tarixi nailiyyətlərinin əsasını təşkil etdiyini vurğulayıb: “Bu gün Azərbaycan güclü, qalib və regionun lider dövləti kimi tanınır. Möhtəşəm Zəfər, davamlı inkişaf və artan beynəlxalq nüfuz Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 28 Yanvar 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















