Sürücülərin əl çəkmədiyi vərdiş Paytaxt yollarında hər gün yaşanan “zolaq xaosu” VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxt yollarında sürücülərin zolaq qaydalarına əməl etməməsi tez-tez müşahidə olunur. Xüsusilə günün pik saatlarında bu hal daha çox diqqət çəkir. Sürücülər zolaq boş olmadığı halda sağa və ya sola manevr edərək əlavə zolaq yaradırlar. Bu, həm təhlükə yaradır, həm də tıxacın şiddətlənməsinə səbəb olur.
Məsələylə bağlı izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına video göndərib.
Hadisə bir neçə gün əvvəl Mətbuat prospektində lentə alınıb. Videodan görünür ki, 77-VL-955 dövlət nömrəli “Changan” markalı və 01-BY-869 dövlət nömrəli “Hyundai” markalı avtomobillər, eləcə də onların önündəki maşınlar zolağa düzgün yerləşməyib.
Yerdə nişanlanma xətti aydın görünür. Lakin sürücülər ona əhəmiyyət vermədən nizamsız şəkildə hərəkət edirlər.
Şikayətçinin sözlərinə görə, belə mənzərə paytaxt yollarında demək olar ki, hər gün təkrar olunur.
Nərmin
Oxunub 88
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















