Qazaxıstan Prezidenti ölkədə 130 dan çox qeyri leqal kriptovalyuta mübadiləçisinin ləğv edildiyini bildirib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Astana, 28 yanvar, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Maliyyə Monitorinqi Agentliyində müşavirə keçirib.
AZƏRTAC Akordanın saytına istinadla xəbər verir ki, Prezident Tokayev çıxışı zamanı ötən il ümumi dövriyyəsi 500 milyard tengedən çox olan vəsaitləri qanunsuz olaraq nağdlaşdıran təxminən 200 şirkət aşkar edildiyini bildirib. Onun sözlərinə görə, 80-dən çox mütəşəkkil cinayətkar qrup və 100-dən çox maliyyə piramidası çökdürülüb.
Dövlət başçısı bildirib: “Şübhəsiz ki, bütün bunlar ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir”.
Tokayev, həmçinin qeyd edib ki, çirkli pulların yuyulması və yeraltı kriptovalyuta əməliyyatları vasitəsilə kapitalın qanunsuz çıxarılması ciddi problemə çevrilib. “Bu günə qədər dövriyyəsi 62 milyard tengedən çox olan 130-dan çox qanunsuz kriptovalyuta mübadiləçisi ləğv olunub. Bu işlər ilə əlaqədar 2,6 milyard tenge dəyərində əmlak müsadirə edilib”, - deyə dövlət başçısı bildirib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 28 Yanvar 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















