Yeni Balaxanı da yolsuzluq problemi: Sakinlər zülm çəkir VİDEO
Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.
Sabunçu rayonu,"Yeni Balaxanı" ərazisində yollar bərbad vəziyyətdədir.
Bu barədə SİTAT.İNFO-ya məlumat verən sakinlər bildirirlər ki, evlərinə gedib-gəlməkdə çətinlik çəkirlər.
Sakinlərin sözlərinə görə onlardan hər il bələdiyyə tərəfindən dövlət rüsumu alınsa da, konkret olaraq nə icra, nə də bələdiyyə qurumları üzərilərinə düşən öhdəlikləri yerinə yetirmirlər.
Sakinlər deyirlər ki, bir neçə dəfə əsas küçələri öz hesablarına təmir ediblər. Lakin qar və yağışdan sonra yollar yenidən əvvəlki vəziyyətinə-darmadağın halına geri qayıdıb. Sakinlərin sözlərinə görə yolun pis olması səbəbindən ərazidə avtobus, taksi də yaxşı işləmir. Eyni zamanda şəxsi avtomobilləri olanlar külli miqdarda xərcə düşürlər. Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət olunsa da, müraciətlərə baxılmır.
Sitat.info videonu təqdim edir:
Səid,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 27 Fevral 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















