Yeni Baş nazir dələduzla mesajlaşdı Britaniya hökuməti nədən narahatdır?
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Böyük Britaniya Baş naziri Endi Börnem özünü “Ağ Ev administrasiyasının rəhbəri Syuzi Uayls” kimi təqdim edən dələduzla mesajlaşıb.
"AzPolitika" xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.
Börnem həmin şəxslə bir neçə mesaj mübadiləsi aparsa da, bunların o qədər də əhəmiyyətli olmadığı bildirilib. Amma Britaniyanın ABŞ-dəki səfirliyi hadisədən narahat olub və məsələni Ağ Evin nümayəndələri ilə müzakirə edib. Nəşrin yazdığına görə, Britaniya hökumətində Uaylsın telefonunun sındırılmış ola biləcəyindən ehtiyat edirlər. 2025-ci ildə də də onun adından bir sıra amerikalı siyasətçilərə və iş adamlarına şübhəli mesajlar göndərilmişdi.
Börnemin həmin dələduzla nə vaxt mesajlaşdığı və yazışmada konkret olaraq nələrin müzakirə edildiyi məlum deyil. Endri Börnem iyulun 20-də baş nazir vəzifəsinə gəlib, o, Kir Starmeri əvəz edib.
Ağ Ev nəşrin sorğusuna cavab verməyib. Böyük Britaniya hökumətinin nümayəndəsi isə bildirib ki, hökumət milli təhlükəsizlik məsələləri barədə şərh vermir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 17 Avqust 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















