Yeni bina, köhnə dərd... Haqqınızı necə tələb etməli?
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Yeni binaların inşası bəzən qonşuluqdakı evlər üçün ciddi təhlükə mənbəyinə çevrilir. Tikinti meydançalarında texniki təhlükəsizlik qaydalarına laqeyd münasibət insanların həm mülkiyyətinə, həm də canına risk yaradır. Əsas sual ondan ibarətdir ki, tikinti prosesi hansı hallarda mövcud yaşayış binalarına ziyan vura bilər və bu risklərin qarşısını almaq üçün hansı texniki və hüquqi mexanizmlər nəzərdə tutulur.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tikinti eksperti Muxtar Ərturan bildirib ki, son illər Bakı şəhərində köhnə fərdi yaşayış evlərinin və bir-iki mərtəbəli tikililərin yaxınlığında çoxmərtəbəli binaların inşası geniş yayılıb.
"Şəhərin inkişafı təbii proses olsa da, bu inkişaf insanların təhlükəsizliyi və mülkiyyət hüquqları hesabına baş verməməlidir. Əsas risk yeni binaların bünövrəsi üçün aparılan dərin qazıntılar zamanı yaranır. Köhnə fərdi evlərin əksəriyyətində bünövrə dərinliyi az olur və onların konstruktiv vəziyyəti çox vaxt əvvəlcədən araşdırılmır. Nəticədə torpağın boşalması, vibrasiya, ağır texnikanın hərəkəti və yeraltı su axınının dəyişməsi qonşu evlərdə çatlara, çökmələrə və təhlükəli deformasiyalara səbəb ola bilər".
Ekspert bildirib ki, bu cür tikintilərdə əsas prinsip ondan ibarət olmalıdır ki, tikinti başlamazdan əvvəl qonşu evlərin vəziyyəti mütləq yoxlanılsın, qazıntı prosesi isə daimi texniki nəzarət altında aparılsın.
"İlk mərhələdə ərazinin mühəndis-geoloji vəziyyəti öyrənilməlidir. Torpağın növü, yeraltı su səviyyəsi, qazıntının dərinliyi və qonşu tikililərə mümkün təsiri əvvəlcədən hesablanmalıdır. Bundan əlavə, tikinti sahəsinə yaxın evlərin mövcud vəziyyəti foto və video ilə sənədləşdirilməli, divarlardakı çatlar, çökmə əlamətləri, rütubət və konstruktiv qüsurlar aktlaşdırılmalıdır. Bu addım həm sakinlər, həm də tikinti şirkətləri üçün vacibdir. Çünki sonradan yaranan zərərin tikintidən əvvəl, yoxsa tikinti nəticəsində baş verdiyini müəyyən etmək yalnız sənədləşdirilmiş texniki müayinə ilə mümkündür. Qazıntı mərhələsində işlər layihəyə uyğun və mərhələli şəkildə aparılmalıdır. Qazıntı divarları bərkidilməli, torpaq sürüşməsinin qarşısı alınmalı, yeraltı sular nəzarətdə saxlanmalı və qonşu evlərdə yaranan dəyişikliklər izlənilməlidir. Əgər tikinti zamanı evlərdə yeni çatlar yaranırsa, qapı və pəncərələr sıxılırsa və ya döşəmədə oturma müşahidə olunursa, işlər dərhal dayandırılmalı və müstəqil texniki araşdırma aparılmalıdır".
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən tikinti işləri şəhərsalma və tikinti normalarına uyğun həyata keçirilməli, obyektlərdə texniki, müəllif və dövlət nəzarəti təmin olunmalıdır.
"Tikinti aparan şirkət yalnız öz sahəsində fəaliyyət göstərsə belə, qonşu mülkiyyətə və insanların təhlükəsizliyinə zərər vurmaq hüququna malik deyil. Sakinlər belə hallarda emosional deyil, sənədli şəkildə hərəkət etməlidirlər. Evlərdə yaranan çatlar və digər deformasiyalar foto və video ilə qeydə alınmalı, tikinti şirkətinə, yerli icra hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kimi aidiyyəti qurumlara rəsmi müraciətlər edilməlidir. Zərurət yarandıqda müstəqil ekspert rəyi alınmalı və dəymiş ziyanın ödənilməsi tələb olunmalıdır. Nəticə etibarilə, çoxmərtəbəli binaların tikintisi şəhər inkişafının tərkib hissəsidir. Lakin bu proses köhnə evlərdə yaşayan insanların təhlükəsizliyi hesabına həyata keçirilməməlidir".
Yəni, evinizin yanında hündürmərtəbəli bina tikilirsə və bu zaman mənzilinizdə çatlar yaranırsa, mütləq həmin anı çəkib sənədləşdirməli və rəsmi qurumlara şikayət etməlisiniz ki, dəymiş ziyanı qanuni yolla tələb edə biləsiniz.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Alıcılara ÇAĞIRIŞ Mağazalardan haqqınızı BELƏ TƏLƏB EDİN!
28 İyul 2025 15:37
Bu sənəd yoxdursa, haqqınızı itirə bilərsiniz
08 İyun 2026 10:59
“Haqqınızı halal edin, vəziyyətim yaxşı deyil”
06 Sentyabr 2026 22:39
“Vəziyyətim yaxşı deyil, haqqınızı halal edin” İlham Mirzəyev VİDEO
06 Sentyabr 2026 12:29
“Bununla həkim seçmə haqqınızı əlinizdən alırlar” Tanınmış kardioloq Video
05 Oktyabr 2026 10:06
Baxış sayı:158
Bu xəbər 28 Aprel 2026 22:51 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları