Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bu sənəd yoxdursa, haqqınızı itirə bilərsiniz

Bu sənəd yoxdursa, haqqınızı itirə bilərsiniz

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq yük daşınması zamanı yükün zədələnməsi və ya məhv olması ilə bağlı mübahisələrdə əsas məsələlərdən biri yük göndərənin və daşıyıcının kimliyinin düzgün müəyyən edilməsidir.
 

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin son qərarlarından birində bu məsələlərlə bağlı mühüm hüquqi mövqe ifadə olunmuşdur. 

Mübahisənin mahiyyəti

İş üzrə iddiaçı bildirmişdir ki, cavabdeh hüquqi şəxsin sürücüsü ilə əldə olunmuş şifahi razılaşmaya əsasən ona məxsus xurma məhsulu Rusiyaya daşınmalı idi. Daşınma zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində məhsul yararsız hala düşmüş və iddiaçı vurulmuş zərərin ödənilməsini tələb etmişdir.

Lakin yükün daşınmasına dair rəsmi sənədlərdə - gömrük bəyannaməsində və beynəlxalq yük qaiməsində (CMR) yük göndərən qismində başqa şəxs, daşıyıcı qismində isə hüquqi şəxs göstərilmişdir. Məhz bu ziddiyyət məhkəmə mübahisəsinin əsasını təşkil etmişdir.

Ali Məhkəmənin mövqeyi

Ali Məhkəmə bu qərarında bir daha qeyd etmişdir ki, kommersiya münasibətlərinin spesifik xüsusiyyətləri (daha sistemli, mürəkkəb, gəliryönümli və yüksək riskli olması) bu münasibətlərdən irəli gələn mübahisələrdə sübutetmə standartlarının daha yüksək olmasını zəruri edir. Belə münasibətlərdə adətən "yazılı sübutların prioritetliyi" prinsipi əsas götürülməklə, xüsusilə yazılı sənədlərin (müqavilə və sair) sübut qüvvəsi daha yüksək və etibarlı hesab olunur.

Qeyd olunanlar baxımdan, yük daşınması müqaviləsindən irəli gələn mübahisələr üzrə tərəflər arasında bağlanmış yazılı müqavilənin, daşıma sənədlərinin, xüsusilə qaimənin hüquqi əhəmiyyəti xüsusi vurğulanmalıdır. Qanunvericiliyə görə, qaimə əksi sübuta yetirilmədikcə

• yük göndərənlə daşıyıcı arasında müqavilənin mövcudluğunu;
• yükün daşıyıcı tərəfindən qəbul edilməsini;
• yükün kim tərəfindən göndərildiyini;
• daşıyıcının kim olduğunu təsdiq edən əsas sənəd hesab edilir.

Yük göndərən kim hesab olunur?

Mülki Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən dedikdə adından yük göndərilməsi rəsmiləşdirilən şəxs başa düşülür. Başqa sözlə, əgər qaimədə və gömrük sənədlərində müəyyən şəxs yük göndərən kimi göstərilibsə, ilkin hüquqi qiymətləndirmədə məhz həmin şəxs yük göndərən hesab edilir.

Baxılan işdə yük göndərən kimi iddiaçı tələb irəli sürsə də, işin materiallarında olan daşıma sənədlərində (gömrük bəyannaməsi və qaimə) yük göndərən qismində, həmçinin yükü alanla bağlanmış alqı-satqı müqaviləsində satıcı qismində başqa şəxsin adı qeyd olunmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli yükü müvafiq dövlət orqanlarına bəyan etməklə ölkə xaricinə çıxaran və həmin məhsula görə ölkəyə valyuta  gətirməli olan şəxs dəyük göndərəndir. Bu səbəbdən faktiki münasibətlər barədə yalnız şifahi izahatlarla, rəsmi sənədlərin məzmununu kənara qoymaq mümkün deyil.

Bu baxımdan, yükün daşınmasına dair rəsmisənədlərdə adı qeyd olunan şəxs məhkəmə prosesinə cəlb edilmədən, faktiki yük göndərən olduğunu bildirən iddiaçı ilə həmin şəxs arasındakı münasibətlərin hüquqi xarakteri (təmsilçilik, tapşırıq, komissiya və sair) üzrə hər  hansı  hüquqi  qiymətləndirmə aparılmadan, yalnız tərəflərin izahatları əsasında, rəsmi sənədlərdə adı göstərilən şəxsin bu münasibətlərə hər hansı aidiyyətinin olmaması, formal yük göndərən olması, faktiki yük göndərənin isə iddiaçı olmasına dair gəlinən nəticə, mülkiqanunvericiliyin yuxarıda istinad olunan normalarının, eləcə də MPM-nin 81-ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 81-ci maddəsi). 

Daşıyıcı kim hesab olunur?

Daşıyıcının müəyyən edilməsi məsələsində də Ali Məhkəmə rəsmi sənədlərə istinadla qeyd etmişdir ki, daşıyıcı kimi göstərilən hüquqi şəxsin statusunu yalnız ehtimal edilən işgüzar praktikalara istinad etməklə inkar etmək olmaz. Məhkəmənin tərəflər arasında konkret məzmunda işgüzar praktikanın mövcud olması qənaətinə gəlinməsi və mübahisənin həmin praktikaya istinadla həll edilməsi üçün, işin materiallarında, müvafiq praktikanın mövcudluğunu təsdiq edən "əsaslı şübhələr yaratmayan" sübutlar olmalı, mübahisəsiz halda tərəflər həmin praktikaya istinadla hərəkət etməlidirlər. Bundan sonra, mübahisə halında məhkəmə məhz həmin mübahisəsiz vəziyyətdə, tərəflərin davranışına əsasən formalaşmış işgüzar praktikanı əsas götürməklə, mübahisəli halaqiymət vermək imkanına malik ola bilər. 

Baxılan işdə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış, işgüzar praktikanın formalaşmasını təsdiq edən, tərəflərin mübahisələndirmədən məqbul saydığı, mötəbər sübutlar təqdim edilməmişdir. 

Ali Məhkəmə nəticə etibarilə belə qənaətə gəlmişdir ki, beynəlxalq yük daşınması ilə bağlı mübahisələrdə yük göndərənin və daşıyıcının müəyyən edilməsi ilk növbədə rəsmi daşıma sənədləri əsasında aparılmalı, həmin sənədlərdə göstərilən şəxslərin hüquqi statusu iəl bağlızəruri hüquqi qiymətləndirmə aparılmalı və yalnız bundan sonra məsuliyyət məsələsinə qiymət verilməlidir.

Sahibkarlar üçün hüquqi tövsiyələr:

Yük daşınması sahəsində hüquqların effektiv müdafiəsi üçün münasibətlərin düzgün sənədləşdirilməsi əsas şərtdir. Yük daşınması zamanı yalnız şifahi razılaşmalarla kifayətlənmək, sənədlərdə başqa şəxslərin adından istifadə etmək və ya daşıma sənədlərinin düzgün rəsmiləşdirilməsinə diqqət yetirməmək sonradan hüquqların müdafiəsini əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

Beynəlxalq yük daşınması münasibətlərində hüquqların etibarlı müdafiəsinin əsas təminatı düzgün və şəffaf sənədləşdirmədir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 İyun 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri