Icma.az
close
up
RU
Yeni binalarda internet problemi MTK ilə provayderlərin gizli sövdələşirlər və...

Yeni binalarda internet problemi MTK ilə provayderlərin gizli sövdələşirlər və...

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni binalarda internet provayderləri ilə bağlı bir sıra şikayətlər mövcuddur. Mənzil sahibləri  bildirirlər ki, yalnız MTK-nın əvvəlcədən müəyyən etdiyi şirkətlər xidmət göstərə bilir.

MTK isə adətən yalnız bir internet provayderi ilə müqavilə bağlayır, digər provayderlərin binaya daxil olmasına icazə verilmir. Nəticədə sakinlər faktiki olaraq seçim hüququndan məhrum olurlar.

Bəs bu məsələyə hüquqi yanaşma necədir?

Mia.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən hüquqşünas Arzu Əliyevanın sözlərinə görə, MTK bu işlərə qarışmalı deyil, hər bir sakinin öz seçim hüququ var: “Mənzili üçün hansı provayderi istəyirsə, onunla əlaqə saxlayıb, müqavilə bağlaya bilər. MTK belə etməklə insanların hüquqlarını məhdudlaşdırır. Vətəndaşlar etiraz etməlidirlər. MTK-dan şikayət verməlidirlər. İstənilən provayderə MTK icazə vermirsə, vətəndaşın hüquqlarını məhdudlaşdırdığı barədə şikayət edilə bilər, hərçənd ki, MTK-nın ümumiyyətlə belə bir səlahiyyəti yoxdur”.

A.Əliyeva bildirib ki, məhz bu səbəbdən yeni Mənzil Məcəlləsində məhəllə komitələrinin yaradılması nəzərdə tutulur: “Bu komitələr məhəllə daxilində yaranan məsələlərin həlli ilə məşğul olmalıdır və MTK-nın buna qarışmağa ixtiyarı yoxdur. İstər kommunal haqlarının ödənilməsi, istər mənzilə buraxılan istilik sistemi, istərsə də liftlərlə bağlı problemlər məhəllə komitələri tərəfindən həll edilməlidir. Nə qədər nəzərdə tutulan məhəllə komitələri mövcud deyil, yaradılmayıb MTK-lar belə problemlər yaradırlar. MTK tərəfindən provayderlərlə bağlanan, vətəndaşın hüququnu məhdudlaşdıran müqavilə etibarsızdır, qanunsuzdur və vətəndaş şikayət edə bilər”.

A.Əliyeva əlavə edib ki, maneənin hansı qaydada və kim tərəfindən yaradıldığı mütləq şəkildə aydınlaşdırılmalıdır: “Məsələn, hansısa komendant internet xəttinin çəkilməsinə icazə vermirsə, bu halda vətəndaşın həmin hərəkətə görə polisə müraciət etmək hüququ var. Bildirilirsə ki, icazəni MTK vermir, bu zaman MTK-ya qarşı məhkəmədə iddia qaldırmaq mümkündür. Bu səbəbdən hər bir halda maneə yaradan şəxs və ya qurum dəqiqləşdirilməlidir. İcazə verməyən adi komendantdır, yoxsa MTK? Bu suala cavab aldıqdan sonra müvafiq instansiyalara müraciət edilə bilər. Məsələ inzibati qaydada həll olunmursa və MTK-nın bu istiqamətdə hansısa qərarı və ya provayderlə razılaşması mövcuddursa, həmin müqaviləni əldə edərək məhkəmədə mübahisələndirmək olar. Çünki bu cür müqavilələr vətəndaşın hüquqlarını məhdudlaşdıran sənəd kimi qiymətləndirilə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://mia.az
archiveBu xəbər 26 Yanvar 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see380

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see371

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see317

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see249

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see240

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see225

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see211

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see208

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see207

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see198

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see197

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see196

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see192

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see189

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see189

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see186

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see182

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see180

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri