Yeni binalarda qaraj problemi pik həddə (VİDEO)
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Paytaxtın mənzil bazarında kvadratmetrlər artdıqca, avtomobillərin dayanacaq problemi daha da kəskinləşir. Yeni inşa olunan çoxmənzilli binalarda mənzil sayı ilə yeraltı dayanacaq yerləri arasındakı tərs mütənasiblik binların ətrafında avtomobil xaosu yaradır.
Ekspertlər bildirir ki, tikinti şirkətləri çox vaxt mənfəəti parkinq rahatlığından üstün tuturlar.
Elnur Fərzəliyev deyir ki, bəzi ərazilərdə bir avtomobil yerinin qiyməti ölkənin bölgələrində orta statistik mənzil qiymətinə bərabərdir. Bu isə o deməkdir ki, sakinlər ya illik gəlirlərini bir neçə kvadratmetrlik beton sahəsinə verməli, ya da hər axşam maşın saxlamaq üçün yer axtarışına çıxmalıdırlar. Qiymətin əlçatmazlığı isə yeraltı qarajların boş qalmasına, küçələrin isə iflic olmasına gətirib çıxarır.
Ekspert bildirib ki, binalarda dayanacaq sayı qaraj sayından az olduqca, binaların ətrafındakı yollar və piyada səkiləri məcburi qaraj funksiyasını yerinə yetirir. Əgər yaxın gələcəkdə tikinti normalarında parkinq yerlərinin sayı mənzil sayına uyğunlaşdırılmazsa, paytaxtın məhəllədaxili yollarının çoxu tamamilə keçilməz olacaq.//Xəzər TV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 08 Fevral 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















