Icma.az
close
up
RU
Yeni çağırış: keçmişdən güc alaraq gələcəyə doğru addımlamaq!

Yeni çağırış: keçmişdən güc alaraq gələcəyə doğru addımlamaq!

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avqust ayının 22-də Türkmənistanda daha bir zirvə görüşü baş tutdu. Bu görüş təkcə bir zirvə görüşünə deyil, bir dostluq, bir qardaşlıq və gələcəyə inamın simvoluna çevrildi. Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirak etdiyi bu üçtərəfli yüksək səviyyəli görüş regionun taleyində yeni bir səhifə açdı. Mətbuata səslənən bəyanatlar, imzalanan sənədlər və səsləndirilən mesajlar yalnız diplomatik protokolun tərkib hissəsi deyildi – onlar bir millətin, bir coğrafiyanın, bir mədəniyyətin çağırışı idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında səsləndirdiyi fikirlər təkcə Azərbaycan xalqının deyil, bütün türkdilli xalqların arzusunu ifadə etdi. Qardaşlıq, ortaq tarix, ortaq mədəniyyət və ortaq gələcək – bu dörd sütun üzərində qurulan əməkdaşlıq region üçün yeni nəfəs, yeni güvənlik və yeni fürsətlər deməkdir. Füzuli şəhərində türkmən xalqının hədiyyəsi olaraq tikiləcək məscid, Özbəkistanın hədiyyə etdiyi məktəb və parklar – bunlar siyasətin yox, qəlbin danışdığı layihələrdir.

Görüşdə səslənən ən mühüm fikirlərdən biri də bu ölkələrin geosiyasi mövqelərinin strateji əhəmiyyətinin vurğulanması oldu. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən bu üç ölkə, sanki təbiətin öz əlilə birləşdirilmiş bir düyündür. Bu düyünü açmaq deyil, onu möhkəmləndirib körpüyə çevirmək liderlərin və xalqların məsuliyyətidir. İmzalanan nəqliyyat və logistika sazişləri, hava əlaqələrinə dair memorandumlar, qardaşlaşan şəhərlər və inkişaf edən enerji dəhlizləri bu məqsədə doğru atılmış möhkəm addımlardır.

Zirvə görüşü sübut etdi ki, beynəlxalq münasibətlər yalnız böyük dövlətlərin, super güclərin diktəsi ilə formalaşmalı deyil. Orta Asiya və Cənubi Qafqazın üç güclü dövləti, öz daxili harmoniyasını taparaq, müstəqil və balanslı siyasət qura bilir. Bu, region xalqları üçün qürurverici olduğu qədər, dünya üçün də nümunəvi yanaşmadır.

Bu birlik sadəcə siyasi və iqtisadi platforma deyil, mədəniyyətin, dilin, dinin və ümumi mənəvi dəyərlərin birliyidir. Bu zirvə göstərdi ki, xalqlar arasında humanitar yaxınlıq olmadan real inteqrasiya mümkün deyil. Azərbaycan Prezidenti İlham Əliyev və digər liderlərin humanitar layihələrə, sosial təşəbbüslərə verdikləri önəm də məhz bu yanaşmadan irəli gəlir.

Bu yanaşma yeni bir çağırışdır: birlikdə irəliləmək, keçmişdən güc alaraq gələcəyə doğru addımlamaq çağırışı. Azərbaycanın, Türkmənistanın və Özbəkistanın dostluğu yeni bir əməkdaşlıq modelinin əsasını qoyur. Və bu model, təkcə iqtisadi mənfəət deyil, həm də insanlıq, qardaşlıq və əbədi birlik fəlsəfəsi üzərində qurulmuşdur.

Nazim BÜNYATOV,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Avqust 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri