Yeni cəbhələr açacağıq İranlı generaldan ABŞ yə xəbərdarlıq
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Düşmən (ABŞ - red.) İslam Respublikasına bir daha hücum edərsə, ölkə silahlı qüvvələri ona qarşı yeni cəbhələr açmağa hazırdır.
"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu İran Ordusu Quru Qoşunlarının sözçüsü Məhəmməd Əkrəminiya bildirib.
Tehranın Vəliyyi-Əsr meydanında keçirilən mitinqdə çıxış edən general Əkrəminiya vurğulayıb: Toyuqlu pizza
"İslam Respublikasını məğlub etmək mümkün deyil. Əgər düşmən bir daha səhv edərsə və yenidən sionist tələsinə düşərək İrana qarşı yeni təcavüz edərsə, yeni alətlər və metodlardan istifadə edərək onların əleyhinə yeni cəbhələr açacağıq".
Ordu sözçüsü qeyd edib ki, ordu atəşkəsi müharibə vəziyyətinin davamı kimi görür və bundan döyüş hazırlığını gücləndirmək üçün istifadə edir.
Əkrəminiyanın sözlərinə görə, İran silahlı qüvvələri Hörmüz boğazındakı vəziyyətə tam nəzarət edir və inanır ki, bu strateji əhəmiyyətli hövzələrdə vəziyyət heç vaxt əvvəlkinə qayıtmayacaq.
O əlavə edib: "Düşmən üçün yeganə seçim İran xalqına və İslam Respublikasının qanuni hüquqlarına hörmət etmək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 19 May 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















