Icma.az
close
up
RU
“Yeni Dehli Moskva ilə əməkdaşlıqdan imtina etmək istəmir”

“Yeni Dehli Moskva ilə əməkdaşlıqdan imtina etmək istəmir”

Icma.az, Adelet.az saytına istinadən bildirir.

“Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar 23-24 avqustda Moskvada səfərdə olub. Hindli nazir Moskvada hökumətlərarası komissiyasının iclasında iştirak edib. Rusiya Prezidenti Vladimir Putin Subrahmanyam Jaishankarı qəbul edib. Hindistanın xarici işlər nazirinin Moskvaya budəfəki səfəri ona görə diqqəti çəkib ki, Yeni Dehli Vaşinqtonla Moskva arasında balansı qorumağa çalışır. Məsələ burasındadır ki, Vaşinqton Yeni Dehli ilə Moskva arasında sıx əlaqələrin əleyhinədir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq bildirib ki, Vaşinqtonun təzyiqinə baxmayaraq, Yeni Dehli Moskva ilə əməkdaşlıqdan imtina etmək istəmir, əksinə iki ölkə arasında ticarət əlaqələrinin həcmi artıb:

“Doğrudur, Vladimir Putin Subrahmanyam Jaishankarla söhbətində ticarət tərəfdaşlığının həcminin bir qədər azaldığını etiraf etsə də, Rusiya Prezidenti builki göstəricilərdən məmnun qaldığını söyləyib. Putin buna görə Hindistanın baş naziri Narendra Modiyə minnət olduğunu vurğulayıb. Görünür, Putin bununla demək istəyib ki, Modi Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Rusiya ilə ticarət əlaqələrinin artmasında maraqlı olub.Hindistan Rusiyadann neft alışının həcmini artırıb”. 

E.Şahinoğlu deyib ki, bunun iki səbəbi var:

“Birinci, səbəb Hörmüz boğazımda yaranan gərgin vəziyyətlə əlaqəlidir. Hindistan ABŞ-İran müharibəsindən əvvəl neftə olan tələbatının əsas hissəsini Hörmüz boğazı üzərindən əldə edirdi. Hazırda bu mümkün deyil. Ona görə Hindistan Rusiyadan neft alışını artırmaq məcburiyyətində qalıb. İkinci səbəb Rusiya neftinin qiymətlərinin Hindistan üçün münasib olmasıdır. Rusiya Qərbin sanksiyaları qarşılığında Hindistana nefti dünya bazar qiymətlərinə nisbətən ucuz satmağa üstünlük verir. Rusiyanın neft emalı zavodları Ukraynanın dron zərbələri altında olduğundan Moskva Hindistandan benzin alışını artırıb. Bu iki ölkə arasında ticarət həcminin artmasına şərait yaradır.Rusiya Hindistanla Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS çərçivəsində də əməkdaşlığın inkişafında maraqldır. Şanxay Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısı bu ayın sonunda Qırğızıstanda keçiriləcək. BRİKS-in zirvə toplantısı isə sentyabr ayında Hindistanda baş tutacaq. Vladimir Putin hər iki sammitdə iştirak etməyi planlaşdırır. Halbuki, Rusiya Prezidenti bundan əvvəlki sammitlərdə iştirakdan ehtiyat edirdi. Bu dəfə isə Putin Yeni Dehlidəki sammitdə iştiraka üstünlük verir. Təsadüfi deyil ki, Putin Hindistanın xarici işlər naziri ilə söhbətində yaxınlarda Narendra Modi ilə görüşəcəyinə işarə edib”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Avqust 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri