Yeni dələduzluq növü: yatsanız yuxunuza girməz Azərbaycanlı adları ilə...
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kiberdələduzlar əvvəl sosial şəbəkələrdə xarici adlarla vətəndaşlara mesaj yazır, tora salmaq istəyirdilər, indi azərbaycanlı adları ilə saxta profillər açır, linklər göndərirlər...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mesajların mətni isə təxminən belədir: "Müraciətim təsdiqləndikdən sonra kartıma 50 min abş dolları kredit yükləndi. Mən və dostlarım bu kreditdən faydalanmışıq.
Linkə daxil olub siz də faydalanın"...
Son zamanlar sosial şəbəkələrdə populyar paylaşımların altında bu cür rəylərə tez-tez rast gəlinir.
İnformasiya texnologiyaları üzrə mütəxəsis Elvin Abbasov deyir ki, bu, fişinq dələduzluq adlanır və saxta profillər insanlara real insanın istifadə etdiyi hesab kimi təqdim edilir.
Elvin Abbasov deyir ki, dələduzlar bu cür cəhdləri müxtəlif qurumların adlarından da edir. Məqsəd isə birdir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 04 Dekabr 2024 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















