Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Yeni dəyişikliklər xarici medianın ölkəmizdə fəaliyyətini tənzimləyəcək

Yeni dəyişikliklər xarici medianın ölkəmizdə fəaliyyətini tənzimləyəcək

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Milli Məclis iyulun 8-də keçirilən iclasında “Media haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda, həmçinin Mülki və İnzibati Xətalar məcəllələrində dəyişiklikləri qəbul edib. Bu dəyişikliklərə əsasən, Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəliklərinin qeydiyyatı, fəaliyyəti və ləğvi ilə bağlı yeni tənzimləmələr müəyyən olunub. Xüsusi hal odur ki, bundan sonra Azərbaycanda fəaliyyət göstərmək istəyən xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra Media Reyestrinə daxil edilmək üçün də müraciət edəcəklər.

Məlumat üçün qeyd edək ki, xarici jurnalistlərin ölkəmizdə fəaliyyəti əvvəlki dönəmlərdə 2015-ci ilin 18 mart tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi Qaydaları”na uyğun olaraq tənzimlənib. Qaydalara əsasən, xarici jurnalistlər Azərbaycan ərazisində fəaliyyət göstərmək üçün Xarici İşlər Nazirliyində akreditasiyadan keçməli idilər. Onlar XİN-ə ünvanladıqları müraciətə 30 gün ərzində müsbət cavab alardılarsa, fəaliyyətə başlayırdılar.

Amma bu qaydalarda müəyyən qədər boşluqlar mövcud idi. Xarici media subyektləri və jurnalistlər də həmin boşluqlardan məharətlə yararlana bilirdilər. 2022-ci ildə həmin qaydaların dəqiqləşdirilməsi, konkretləşdirilməsi, mövcud boşluqların aradan qaldırılması və yeni dövrün terminologiyasına uyğunlaşdırılması üçün təşəbbüs irəli sürülüb. XİN kollegiyasının 2022-ci il 1 avqust tarixli qərarı ilə “Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları” yenilənmiş versiyada qəbul edildi. Qaydaların 2022-ci il versiyası həm ad, həm də prinsiplər baxımından eyni ildə qüvvəyə minmiş “Media haqqında” yeni Qanunun 11-ci maddəsinə uyğunlaşdırılıb. Qeyd edək ki, həmin maddə “Xarici media nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti”ni nəzərdə tutur.

2022-ci ildən sonra ötən 3 illik dövr ərzində ortaya çıxan faktlar göstərir ki, xarici media nümayəndələrinin Azərbaycan ərazisində fəaliyyətini tənzimləmək üçün yenidən bəzi dəqiqləşdirmələr etmək zəruridir. Məsələn, yuxarıda adının çəkdiyimiz sənədlərə - “Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları”na və “Media haqqında” Qanuna nəzər salsaq görərik ki, orada mövcud qaydaları pozan xarici media təmsilçiləri üçün hansı məsuliyyət tədbirləri görüləcəyi ilə bağlı prinsiplər yayğındır. Həmin yayğınlığın toparlanıb konkretləşdirilməsinə ehtiyac vardır. Bu baxımdan, indi Milli Məclisdə “Xarici media filiallarının qeydiyyata alınması və Media Reyestrinə daxil edilməsi prosedurları”nın müzakirəyə çıxarılması mühüm əhəmiyyət daşıyır.

Müzakirəyə çıxarılan son təkliflərin əsas mahiyyəti budur ki, xarici media nümayəndələrinin respublikamızın ərazisində qeydə alınma prosedurları yenilənir. Yeniliyə əsasən, xarici media subyektləri, həmçinin, xarici media subyektlərinin təmsilçiləri Azərbaycan ərazisində fəaliyyət göstərmək üçün XİN-də akkreditasiyadan keçdikdən sonra, həm də Media Reyestrində qeydiyyata alınacaqlar. Media Reyestrində qeydə alınmaq o deməkdir ki, Azərbaycanın ərazisində fəaliyyət göstərən xarici media subyektlərinin təmsilçiləri “Media haqqında” Qanunun tələblərinə əməl etməli olacaqlar. Bu tələbləri və prinsipləri pozduqları halda, Qanunda nəzərdə tutulmuş məsuliyyət tədbirləri ilə üzləşəcəklər.

Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklərin sırası xarici media subyektlərinin qeydiyyatı proseduru ilə yekunlaşmır. Bəllidir ki, media məkanında ciddi narahatlıq doğuran məqamlardan biri də mənbəyi bilinməyən, saxta məlumatların yayılması, manipulyativ məzmunlu informasiyaların sosial şəbəkə platformalarını aşaraq peşəkar media subyektlərinin səhifələrinə yol açmasıdır. İndiki dəyişikliklər həm də informasiya mühitinin çirklənməsinə səbəb olan amillərin qarşısını almaq məqsədi daşıyır. Yeniliyə əsasən, “Media haqqında” Qanunda informasiyaya dair tələbləri əks etdirən 14-cü maddəyə “saxta məlumatların dərc edilməsinə yol verilməməsi üzrə norma”nın əlavə edilməsi nəzərdə tutulub. Qanuna edilən dəyişikliklər Medianın İnkişafı Agentliyinin (MEDİA) informasiya mühitinin çirkləndirilməsi hallarına qarşı fəaliyyətinin çevikliyini təmin edəcək.

Daha bir dəyişiklik informasiya agentliklərinin fəaliyyətini əhatə edir. Məlumdur ki, “Media haqqında” Qanun xəbər portallarının, qəzetlərin, audiovizual media subyektlərinin struktur tərtibatı və fəaliyyət çərçivələri barədə aydın təsəvvür formalaşdırır. Amma informasiya agentlikləri sahəsində belə konkretlik yox idi. Qanuna indi təklif edilən dəyişikliyə əsasən, informasiya agentliyinin azı 20 media subyekti ilə məlumat verilməsi haqqında müqaviləsi olmalıdır. Minimum 5 xarici ölkədə jurnalisti akkreditasiya düşməli, həmçinin hər ay 20 gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin 80 faizi onun özü tərəfindən istehsal edilmiş olmalıdır.

Yeniliklər müəllif hüquqlarının qorunması baxımından da əlverişlidir. Təklif olunan dəyişikliyə əsasən, media subyektlərinin adları digər redaksiyaların adları ilə eyni və ya oxşar olmamalıdır. Onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.

Yekun rəy budur ki, son dəyişikliklər mediadan sui-istifadə hallarının qarşısını alacaq. Azərbaycanın informasiya mühitinin sağlamlaşdırılması üçün tətbiq edilən mexanizmləri tamamlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri