Icma.az
close
up
RU
Yeni dövlət yaradırdılar, Əliyev qarşısını aldı İndi Ərdoğan hərəkətə keçib

Yeni dövlət yaradırdılar, Əliyev qarşısını aldı İndi Ərdoğan hərəkətə keçib

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yaxın Şərq regionumuza çox yaxındır. Bundan başqa, əsas iştirakçılar – Rusiya, Qərb, onun arxasında dayanan ABŞ-dakı və İsraildəki lobbi və İrandan gedir. Göründüyü kimi, iştirakçıların eyni olması oradakı proseslərin bizə də təsir etməsinə səbəb olur”. 

Bu sözləri Globalinfo.az-a BMT İnkişaf Proqramının Azərbaycanda ekoloji layihələrinin sabiq rəhbəri Çingiz Məmmədov Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki son hadisələrin Ermənistanla Azərbaycan arasında sülh sazişin hazırki mərhələsinə təsiri haqda danışarkən deyib

“Sual yaranır: bu təsir müsbətdir, yoxsa mənfi? Hazırda Yaxın Şərqdə, konkret olaraq Suriyada baş verən hadisələrdə qüvvə mütənasibliyinin bizim xeyrimizə, yoxsa ziyanımıza inkişaf etdiyinə nəzər yetirməliyik. Bir daha qeyd edim ki, burada əsas iştirakçılar Qərb, İran, Rusiya və Türkiyədir.

Azərbaycan 44 günlük müharibə və bir günlük antiterror əməliyyatı ilə öz suverenliyini bərpa etdi. Bu gün isə müstəqil xarici siyasətini qurur. Bu, yuxarıda qeyd etdiyim hər üç qüvvəni narahat edir. Söhbət Qərb, Rusiya və İrandan gedir. Hesab edirəm, bizim xeyrimizə olan onların hər üçünün zəifləməsi, əsas müttəfiqimiz Türkiyənin güclənməsidir. Hər üçünün zəifləməsi ən müsbət ssenaridir, amma heç olmasa, ikisinin, ya lap birinin də zəifləməsi, və əksinə, Türkiyənin mövqelərinin güclənməsi xeyrimizədir.

Diqqət etsək görərik ki, Suriyada məhz bu proseslər baş verir. Əgər Türkiyə istədiyinə nail olsa, yəni cənub sərhədlərində təhlükəsizlik zolağı yarada bilsə, ikinci kürd dövlətinin yaradılmasının qarşısını ala bilsə, bu, Ankaranı gücləndirə bilər. Bu çox çətin prosesdir və iki amil rol oynayacaq:

1) Qüvvələrin bölgədə mütənasibliyi;

2) Bu xarici qüvvələrə yerli dəstəyin necə olması.

Burada demoqrafik vəziyyətə də baxmaq lazımdır. Yəni əhalinin hansı hissəsi türkpərəstdir, hansı hissəsi PKK/YPG-ni dəstəkləyəcək. Əgər İran əvvəl Türkiyəyə qarşı Suriyada yerləşmiş PKK/YPG-çilərə dəstək verirdisə, indi öz ərazisindəki kürd separatçılarından çəkinərək Türkiyə ilə hansısa formada əməkdaşlıq axtarır. Rusiya Ukraynakı müharibə fonunda Bəşər Əsədə əvvəlki dəstəyi göstərə bilmir. Ərəblərə gəldikdə isə onların bir hissəsi Bəşər Əsədə müxalifdir, bir hisəsi isə onu dəstəkləyir”.

Çingiz Məmmədov

Ekspert bildirib ki, hadisələrin intensivliyi səbəbindən vəziyyət sürətlə dəyişir:

“Xüsusilə, ərəblərin mövqeyi daha çox dəyişkəndir. Əgər onların bir hissəsi bu gün Bəşər Əsədə qarşıdırsa, sabah bölgədə ikinci kürd dövlətinin yaranması təhlükəsi və ya Türkiyənin orada “təhlükəsizlik” zonasını yaratdığını görsələr, mövqelərini dəyişə bilərlər. Təbii ki,  Suriyada Türkiyənin mövqeyi möhkəmlənsə və müstəqilliyimizə qarşı olan üç qüvvə zəifləsə, bizim üçün müsbət olacaq. Ancaq bunu öncədən demək çətindir”.

Ermənistan-Azərbaycan münasibətlərinə gəldikdə, əgər buna bir tərəfdən xarici qüvvə və amillər təsir göstərirsə, digər tərəfdən Ermənistan əhalisinin nə düşündüyünü də nəzərə almalıyıq.

Azərbaycan Ermənistanın qarşısında 3 tələb qoyub.

ATƏT-in Minsk qrupunun buraxılması; Ermənistan konstitusiyanın dəyişdirilməsi; Zəngəzur dəhlizinin Ermənistan nəzarəti olmadan açılması.

Hər üç tələb vacibdir:

Birincisi, Minks qrupu Ermənistanın vaxtilə işğal etdiyi və de-fakto nəzarət etdiyi əraziləri de-yure ələ keçirmə mexanizmi idi. Ona görə biz indi bu anti-Azərbaycan qurumun ləğvinə çalışırıq.

İkincisi, Konstitusiyada dəyişiklik yalnız referendum vasitəsilə edilə bilər. Yəni biz görməliyik ki, Ermənistan əhalisinin əksəriyyəti revanşizmdən əl çəkib.

Üçüncüsü, Ermənistan aşağı subyektli dövlətdir. “Onun” Zənqəzur dəhlizinə nəzarəti əslində xarici qüvvələrin nəzarəti olar. Bu da həm Azərbaycanın inkişafını, həm bütövlükdə Türk dövlətlərinin ümumi inkişafını əngəlləyə bilər. Bu, həm də tarixi ədalətsizlikdir. Ona görə Zəngəzur dəhlizindən keçən kommunikasiyalar Ermənistanın nəzarətində qala bilməz.

Azərbaycanın bu gün bütün hərbi-diplomatik siyasəti ona yönəlib ki, Ermənistan revanşizm və işğal siyasətindən həmişəlik əl çəksin”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri