Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Yeni dövrün yeni hədəfləri ŞƏRH

Yeni dövrün yeni hədəfləri ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə zəmin yaradacaq



Yanvarın 20-də İsveçrənin Davos-Klosters şəhərində Dünya İqtisadi Forumu (WEF - World Economic Forum və ya Davos İqtisadi Forumu) “Ağıllı Əsr üçün Əməkdaşlıq” mövzusunda 2025-ci il üçün İllik Toplantısını keçirib. Forumda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı iştirak edir. Davos İqtisadi Forumu yanvarın 24-dək davam edəcək və qlobal çağırışlara toxunulacaq. Forum qlobal çağırışları həll etmək və yaranan imkanları araşdırmaq üçün 350 hökumət nümayəndəsi və 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3000-ə yaxın lideri bir yerə toplayacaq. Müxtəlif mövqelərə və böyük qeyri-müəyyənliklərə baxmayaraq, 2025-ci il İllik Toplantı gələcək Ağıllı Çağı daha davamlı və əhatəli şəkildə formalaşdırmaq məqsədilə əməkdaşlıq ruhunu və konstruktiv nikbinliyi gücləndirəcək. Forumda iqtisadi artımın yenidən başlaması, yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi müzakirə olunacaq. 220-dən çox sessiya canlı yayımlanacaq və ictimaiyyətə müzakirələrə giriş imkanı verəcək. Forumda həmçinin biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elm, media və incəsənət nümayəndələri də iştirak etməkdədir. Tədbirdə ümumilikdə 3 min adamın iştirakı gözlənilir. Forumda qlobal iqtisadiyyatda yeni artım mənbələri, əsas geoiqtisadi və texnoloji dəyişiklikləri nəzərə almaqla biznes strategiyalarının uyğunlaşdırılması, insan kapitalının inkişafına investisiya qoyuluşu və cəmiyyətin inkişafına töhfə verən iş yerlərinin yaradılması, ekoloji təmiz texnologiyaların tətbiqi, beynəlxalq səviyyədə həll yollarını inkişaf etdirmək üçün əməkdaşlıq etmək üçün yeni yollar tapmaq kimi məsələlər gündəmə çıxarılacaq. Digər əsas mövzu süni intellekt olacaq – forumda onun tənzimlənməsi məsələləri qaldırılacaq. Forumda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisadi Forumu xüsusi rola malikdir. Bu il 55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır, panel iclaslar keçirilir. Nüfuzuna görə Davos Forumu yüksək reytinqə malikdir və bu səbəbdən də burada aparılan müzakirələrə diqqət də yüksək olur. Məlumat üçün bildirək ki, Azərbaycanın Davos Forumunda ilk dəfə iştirakı 1995-ci ilə təsadüf edir. Həmin ilin 27-31 yanvar tarixlərində Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. Sonrakı illərdə də bu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilib. O, 2007-ci ildən başlayaraq mütəmadi olaraq bu tədbirdə iştirak edir və bu, səbəbsiz deyil. Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır. Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Dövlət başçısı hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edib, panellərə qatılıb, çoxsaylı suallara cavab verib. Bu uğurun nəticəsidir ki, Azərbaycan 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul etdi. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri Bakıda bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etdilər. Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 2013-cü ildə 46-cı yerdə qərarlaşdırmışdı və bu sahədə ölkəmiz ardıcıl olaraq dörd il MDB məkanında birinci yerdə qərarlaşıb. 

2007-ci ildən faktiki olaraq Forumun hər iclasına qatılan Prezident İlham Əliyevə hər zaman tədbir iştirakçılarının xüsusi diqqət və marağı olub. Çünki Azərbaycan davamlı olaraq uğurlar əldə edir və beynəlxalq layihələrdə aktiv iştirak edir. Davos Forumunda ən çox görüşlər keçirən, müzakirələr aparan və müxtəlif əməkdaşlıq təklifləri alan dövlət başçıları sırasında İlham Əliyevin xüsusi yeri var. Reallıq odur ki, dünya enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu günbəgün artır. Davos İqtisadi Forumunda qlobal enerji layihələrinin şaxələndirilməsi bölgədə və dünyada əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli amil kimi qeyd olunur. Azərbaycan neft-qaz ixracatçısı kimi beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan qazı üçün qapılar, yeni tranzit yollar açılır. 

İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır. 

Prezident İlham Əliyev yanvarın 20-də Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Stader ilə görüşüb. N.Stader “OliverWyman Group” şirkətinin beynəlxalq strateji idarəedici şirkət olaraq ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxunub, Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraq göstərdiklərini qeyd edib. O, Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirib. Dövlət başçısı şirkətin Azərbaycana marağını dəstəkləyərək, ölkəmizin müvafiq qurumları ilə “OliverWyman Group” arasında əməkdaşlığın qurulması məsələlərinə toxunub. 

Prezident İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə görüşüb. Edqars Rinkeviçs dövlət başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb. Latviya Prezidenti görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Edqars Rinkeviçs təyyarə qəzasında həlak olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib. Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.


Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında deyib ki, Dünya İqtisadi Forumunda 5 əsas istiqamət üzrə müzakirələr təşkil olunacaq. Deputatın sözlərinə görə, bunlar inkişafın yenidən dizayn edilməsi, İntellektual əsrdə sənayelər, İnsan kapitalına investisiya, Planetin mühafizəsi və Etimadın bərpasıdır:

seeBaxış sayı:222
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Yanvar 2025 02:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri