Icma.az
close
up
RU
Yeni dövrün Lideri

Yeni dövrün Lideri

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalqımızın yeni əsrdə yeni lideri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 21 il ötür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan vətəndaşlarına tarixi müraciətində əsasını qoyduğu siyasəti davam etdirə biləcək liderin dəqiq ünvanını göstərmişdi. Müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirmişdir. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”- deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Azərbaycanın yeni prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq bu gün ölkəmizdə sabitlik və dayanıqlı inkişaf hökm sürür, dünyada baş verən gərginliklər, qlobal maliyyə və iqtisadi böhranlar fonunda müsbət sosial-iqtisadi göstəricilər əldə olunur. Ölkəmizin daha da qüdrətlənməsi, beynəlxalq nüfuzunun artması, dünyanın yeni çağırışlarına cavab verən mütərəqqi islahatların həyata keçirilməsi istiqamətində cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır. Çünki Azərbaycan Prezidenti, eyni zamanda qlobal səviyyədə də mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əməli işlər görür. Bu, beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. Mövcud problemlərin həlli üçün çox aydın baxışlar, konkret proqramlar var və onlar icra edilir. Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir. Ölkə qarşısında duran bütün vəzifələrin həlli üçün həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarını tarixi faktlar və dəlillərlə cavablandırmışdır. Hazırda işğaldan azad edilmiş regionlarımızda genişmiqyaslı abadlıq-quruculuq işləri, yenidənqurma həyata keçirilməkdədir. Bu, eyni zamanda, Böyük Qayıdışın sürətlənməsinə xidmət edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri davam etdirilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

Ölkə Prezidenti, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.

Bütün bunlar bir daha deməyə əsas verir ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də, tarix yazan güclü ordusunda öz təsdiqini tapır.

Rövşən ƏHMƏDOV

YAP Ağcabədi rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Dekabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri