Icma.az
close
up
RU
Yeni dövrün mübarək, azad Şuşa

Yeni dövrün mübarək, azad Şuşa

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Şuşa, 8 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu gün mayın 8-dir. 1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən sonra bu təqvimi Azərbaycan tarixinə qara hərflərlə yazılmış bir gün kimi qeyd etdik. 28 il Şuşa həsrəti, Şuşa niskili ilə yaşadıq. İllərlə bu gözəl diyara nə əlimiz çatdı, nə ünümüz yetdi. Nə də doğma torpağına ayaq basa bildik. Əsrə bərabər bu illər ərzində Şuşa xatirələrimizdə və xəyallarımızda yaşadı. 8 may tarixini ən qiymətli sərvətimizin itən günü, qürurumuzun sınan günü kimi dərin hüzn və kədərlə andıq. 28 il mədəniyyətimizin beşiyi, qürur mənbəyimiz, şairlərin, bəstəkarların doymadan vəsf etdiyi dağlar gözəlinin həsrəti ilə yaşadıq...

Düşmən isə bu illər ərzində Azərbaycanın tarix və mədəniyyət mərkəzi hesab edilən bu gözəl şəhəri yağmaladı, taladı. Tarixinə, mədəniyyətinə, incəsənətinə, mənəvi dəyərlərinə əl uzatdı. Tarixini saxtalaşdıraraq bizdən qoparıb özününkü etməyə çalışdı. Ancaq bacarmadı. Şuşa 28 illik işğal dövründə sınmadı, əyilmədi, bizi - əsl sahiblərini gözlədi...

Bəli, biz 28 ildən sonra Şuşaya qayıtdıq, özü də qürurla, qalib xalq kimi. 2020-ci il noyabrın 8-i Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan tarixinə yeni gün yazıldı. 8 may Şuşanın işğalı günü 8 Noyabr – Zəfər Günü ilə əvəzləndi. Vətən müharibəsinin 43-cü günündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!” müjdəsi hər bir azərbaycanlıya böyük sevinc və qürur bəxş etdi.

Şuşanın azadlığa qovuşması ilə şəhərə yeni ruh, yeni nəfəs gəldi. Artıq düşmənin 28 il ərzində vurduğu yaralar sağalır. Şuşa yenidən qurulub abadlaşaraq dünyanın ən gözəl şəhərinə çevrilir. Erməni vandalizminə məruz qalan tarixi-mədəni abidələr bərpa edilir, evlər tikilir, illərdir yurd həsrəti ilə yaşayan şuşalılar yenidən doğma yurda qayıdır. Şuşa yenə dünyanın hər yerindən gələn qonaqlarını qarşılayır, təmiz havası, ecazkar təbiəti ilə hər kəsi heyran edir. Şuşanın yenidən çal-çağırlı, toy-büsatlı günləri başlayıb. Yenə Cıdır düzündə "Koroğlu"nun uvertürası dağlara səs salır. Doğma qoynunda yenə də Vaqif Poeziya Günü, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, 8 Noyabr - Zəfər Günü kimi bayramlar keçirilir.

Artıq xalqımız mayın 8-ni kədər, həsrət və niskillə anmır, Şuşanın işğaldan azad edildiyi və tariximizə qızıl hərflərlə yazılmış 8 Noyabrı fəxarət və qürur hissi ilə qeyd edir. Yeni dövrün mübarək, azad Şuşa!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see623

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see511

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see375

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see257

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see255

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see253

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see252

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see244

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see236

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see230

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see227

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see227

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see226

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see222

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see211

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see199

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see194

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see192

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see187

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri