Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Yeni ilin mübarək, Xankəndi!

Yeni ilin mübarək, Xankəndi!

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azadlığına qovuşmuş Qarabağın Xan şəhərində bayram şənliyi

Azad Xankəndi yeni – 2025-ci ili bayram əhval-ruhiyyəsində qarşılamağa hazırlaşır. Qarabağ xanının kəndi kimi salınmış bu yaşayış məntəqəsi azadlığına qovuşub, qanlı erməni xuntasının bəd nəfəsindən, tör-töküntüsündən aranıb-paklanandan sonra gözlərimiz qarşısında Qarabağın Xan şəhəri kimi canlanır.

34 il sonra burada təşkil olunan “Qış nağılı” yarmarkasına axışan insanlar burada sanki sehrli aləmə düşürlər. Yarmarkanın keçirildiyi ərazidə quraşdırılan rəngarəng işıq effektləri, foto çəkdirmək üçün bir-birindən maraqlı stendlər, əyləncə attraksionları, satışa çıxarılan müxtəlif məhsullar, istirahət üçün nəzərdə tutulan kiçik taxta evlər bu məkanı daha da cazibədar edir.

Dekabr soyuğuna baxmayaraq hamının üzündən sevinc, xoşbəxtlik yağır, çöhrələri təbəssüm bəzəyir. Burada hətta bir-birini tanımayan insanlar da doğma, yaxın kimi salamlaşır, mehribanlıqla bayramlaşırlar. Zəfər meydanının gözəlliyinə gözəllik qatan həm də valideynləri ilə yarmarkaya, bayram konsertinə gələn uşaqların sevinci, onların şən gülüşləridir. “Xalq qəzeti”nin Qarabağ bürosu olaraq sakinlərin bir neçəsi ilə həmsöhbət olub, onların həyəcanlarına, xoş duyğularına şərik olduq.

Əli Muradov: – Hər şeydən öncə, qəzetiniz vasitəsilə bütün xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə Xankəndidən təbrik etmək istəyirəm. Mən burada doğulmuşam. Qarabağda erməni separatizmi baş qaldıranda bu doğma şəhəri atamın qucağında tərk etmişəm. Həmin vaxt mənim cəmi iki yaşım vardı. İndi isə həyat yoldaşımla, biri qucağımda olmaqla üç qızımla geri qayıtmışam.

Möhtərəm Prezidentimizin müdrik siyasəti, qətiyyəti, sarsılmaz iradəsi sayəsində bütün torpaqlarımız işğaldan azad edilib. Bu gün Xankəndidə bayram konsertində iştirak etmək, Yeni il qarşılamaq mənim üçün ən böyük xoşbəxtlikdir. Fəxr edirəm ki, övladlarım burada təhsil alırlar, burada böyüyüb Vətənə, millətə layiq olmağa çalışacaqlar.

Orxan Əhmədzadə: – Ağdam rayonu Quzanlı qəsəbə sakiniyəm. Bir neçə aydır ki, Xankəndidə işləyirəm. Burada Yeni ili qarşılamaq, bu gözəl bayram əhval-ruhiyyəsini yaşamaq çox möhtəşəm hisslərdir. Allahdan xalqımıza, millətimizə hər zaman zəfər sədalı illər arzulayıram!

Gülay Kərimova: – Biz ailəlikcə Şuşadan Xankəndiyə qonaq gəlmişik. Bu sözləri işlətmək insana şirin yuxu kimi gəlir. Şuşada gözəl mənzillə təmin olunmuşuq, hər şəraitimiz var. Bugünlərə min şükür. Xatırlayıram ki, uşaq olanda da Xankəndiyə festivalda iştirak etməyə gəlmişdik. İndi elə bil həmin illərə qayıdıb uşaqlığımı yenidən yaşayıram. Allah bizə bu günləri nəsib edən şəhidlərimizə rəhmət eləsin! Allah Prezidentimizi qorusun, ordumuzu hər zaman müzəffər etsin!

Aydın Abbasov: – Ailəmi, nəvələrimi də götürüb gəlmişik Xankəndidəki “Qış nağılı” yarmarkasını gəzək, bayram konsertində iştirak edək. Bu gün həm sevinirik, həm də qürur duyuruq. Keçirdiyimiz hissləri sözlə ifadəetmək asan deyil. Bütün xalqımızın gözü aydın olsun!

Zəfər meydanında keçirilən bayram konserti Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Bir neçə saat davam edən konsertdə ölkənin tanınmış incəsənət xadimlərinin, rəqs kollektivlərinin çıxışları gurultulu alqışlarla qarşılandı.

Qeyd edək ki, bayram sevincinə qərq olmuş Xankəndidə son bir ildə geniş abadlıq və tikinti-quruculuq işləri aparıb. 2024-cü ilin yekunları haqqında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2023-cü ilin sentyabrından başlayaraq adları qeyd edilən ərazilərdə ölkə başçısının müəyyən etdiyi tapşırıqların icrası çərçivəsində iqtisadiyyatın bərpası, məskunlaşma, məşğulluğun təmin edilməsi, zəruri infrastrukturun yaradılması və quruculuq sahəsində əhəmiyyətli işlər görülüb.

İlk növbədə, burada inzibati idarəetmənin təşkili, əhalinin müxtəlif sahələr üzrə ehtiyaclarının ödənilməsi və xidmətlərdən faydalanması məqsədilə bir çox dövlət orqanları və təşkilatlarının regional fəaliyyəti təmin edilib.

Xankəndidə, Ağdərə və Xocalı rayonlarında iqtisadi fəaliyyətin dəstəklənməsi, o cümlədən özəl sahibkarlıq subyektləri tərəfindən investisiyaların cəlb edilməsi sahəsində mühüm nailiyyətlər əldə olunub. Belə ki, hazırda həmin ərazilərdə istehsal, xidmət, ictimai iaşə və kənd təsərrüfatı kimi sahələr üzrə yüzlərlə sahibkarlıq obyekti fəaliyyət göstərməyə başlayıb ki, bu da on milyonlarla manat investisiyanın reallaşdırılması və yüzlərlə insanın işlə təmin olunması deməkdir.

Ərazidə xarici investisiyanın cəlb edilməsi ilə yaradılan və məşğulluğun təmin edilməsində böyük rol oynayan müəssisə kimi Xankəndi tikiş fabrikini qeyd etmək olar. Cari ilin noyabr ayında Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə videobağlantı vasitəsilə açılışı olmuş, Özbəkistanın investisiyası əsasında fəaliyyət göstərən müəssisdə ilkin mərhələdə 400, gələcəkdə isə 800 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.

Müəssisədə 300 nəfər işləyir. Fabrik həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərir. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək müəssisədə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək.

Bütün işğaldan azad edilmiş ərazilərdə olduğu kimi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında da həyata keçirilən bərpa-quruculuq layihələri Azərbaycan Prezidentinin birbaşa nəzarəti altında reallaşdırılır və bu işlərlə yerində tanışlıq məqsədilə ölkə başçısı ərazilərə tez-tez səfər edir.

Prezident İlham Əliyevin iştirakı ilə cari ilin 28 may tarixində Xocalı şəhərinə ilk 46 ailənin köçürülməsi əraziyə keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı prosesinə start verib. Belə ki, dekabrın 13-də Xocalı rayonunun Ballıca kəndinə 27, dekabrın 27-də isə daha 21 ailə köçürülüb. Yaxın müddətdə Xankəndidən olan keçmiş məcburi köçkünlərin məskunlaşması prosesi də başlayacaq. Hazırda isə şəhərdə 8 minə yaxın insan məskunlaşıb və bu say gündən-günə artmaqdadır.

Ötən dövr ərzində ölkə rəhbərinin iştirakı ilə mühüm əhəmiyyətli obyektlərin təməlqoyma mərasimləri və açılışları baş tutub.

5 iyul 2024-cü il tarixli səfəri zamanı Prezident İlham Əliyev tərəfindən Xocalı Hava Limanının ərazisinə baxış keçirilib və fəaliyyətinin bərpası ilə bağlı tapşırıqlar verilib. Ərazinin loqistik imkanlarının artırılması baxımından sözügedən hava limanının fəaliyyətinin bərpası mühüm əhəmiyyət kəsb edir.

Bundan başqa, səfər çərçivəsində dövlət başçısı Qarabağ Universitetində görülən işlərlə tanış olub, Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” və “Palace” otellərinin açılışında iştirak edib, yaradılan şəraitlə tanış olub. Qeyd edilən səfər zamanı ölkə rəhbəri, həmçinin Xankəndi Konqres Mərkəzinin təməlini qoyub. Qarabağın özünəməxsus memarlıq üslubunda inşa ediləcək Mərkəz və onunla bir kompleksdə yer alacaq “Xankəndi” hotelinin layihəsi barədə dövlət başçısına məlumat verilib.

20 sentyabr 2024-cü il tarixində Prezidentin Xankəndiyə növbəti səfəri çərçivəsində Qarabağ Universitetinin, yeni istifadəyə verilmiş orta məktəb və uşaq bağçasının açılışı olub. Qeyd edək ki, Qarabağ Universitetində müasir tədris korpusları, eləcə də universitetin tələbə və müəllimləri üçün müasir standartlara uyğun yataqxana və mənzillər təqdim edilib.

Eyni zamanda, Azərbaycan Prezidenti Xankəndi şəhərinin “Zəfər meydanı”nda Konqres Mərkəzinin tikintisi və “Bulud” hotelinin təmir-bərpa işləri ilə də tanış olub. Mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq.

Səfər çərçivəsində dövlət başçısı tərəfindən yerli əhəmiyyətli mədəniyyət abidəsi olan Xankəndi Dövlət Dram Teatrının binasına baxış keçirilib və binanın bərpası ilə bağlı mühüm tapşırıqlar verilib.

Xankəndi şəhərində bərpa-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, abadlaşdırma və əhalinin geri dönüşü istiqamətində yaşayış məntəqələrində aparılan işlərin maliyyələşdirilməsi məqsədilə 2024-cü ildə Azərbaycan Prezidenti tərəfindən bir sıra mühüm sərəncamlar imzalanıb.

Yola saldığımız ildə Xankəndidə əhalinin istirahəti və şəhərin görkəminin yaxşılaşdırılması məqsədilə “Zəfər parkı”, “Zəfər muzeyi” və “Mədəniyyət mərkəzi”nin yaradılması istiqamətində işlərə başlanılıb. Eyni zamanda, hazırda dünyada nüfuzlu şirkətlərdən olan “Chapman Taylor” tərəfindən Xankəndi şəhərinin Baş planının hazırlanması davam etdirilir.

Qarşıdan gələn 2025-ci ildə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bir sıra mühüm infrastruktur obyektlərinin istismara verilməsi, yeni xidmət obyektlərinin fəaliyyətə başlaması, yaşayış məntəqələrində bərpa-quruculuq işlərinin aparılması və keçmiş məcburi köçkünlərin geri qayıdışı planlaşdırılır.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı–XankəndiBallıcalılar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Dekabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri