Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Yeni dünya düzəni və Azərbaycan reallığı

Yeni dünya düzəni və Azərbaycan reallığı

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni dünya düzəni özündə beynəlxalq əməkdaşlıq və təhlükəsizlik sistemini ehtiva edir. Qeyd olunmalıdır ki, yeni təhlükəsizlik sisteminin formalaşmasında beynəlxalq əməkdaşlıq həm hüquqi əsas, həm də beynəlxalq hüququn digər prinsiplərinin realizə vasitəsi qismində çıxış edir. Bu baxımdan beynəlxalq əməkdaşlıq həm dövlətlər arasında ayrı-seçkiliyə, həm də hər hansı meyara əsaslanan irqi ayrı-seçkiliyə yol verilməməsinə, revanşist meyillərdən istifadə edilməməsinə əsaslanmalıdır.

Dayanıqlı iqtisadi inkişaf, müasir geostrateji maraqların uzlaşdığı coğrafiyada yerləşməsi, regional siyasi və hərbi gücə malik olması, şərq və qərb arasında enerji və yük daşınması qovşağı olması və digər amillər yeni dünya düzənində Azərbaycan Respublikasının özünün milli maraqlarına uyğun əməkdaşlıq etməyi bacaran fəal aktor rolunda çıxış etməsini şərtləndirir.

Azərbaycan Cənubi Qafqazda əsas, mərkəzi aktor olmaqla kifayətlənmir, həmçinin beynəlxalq hüququn və dövlət aktorlarının siyasi maraqlarının qayğısına qalır. Çünki beynəlxalq münasibətlər sistemini nizamlayan beynəlxalq hüququn aliliyi itib, müstəqil dövlətin isə nəinki rolu qalmayıb, bu rolun dərk edilməsi belə ambivalent durumdadır. Beynəlxalq hüququn aliliyi prinsipinin unudulması, görməzdən gəlinməsi Azərbaycanı reallığı zamanında görərək proaktiv siyasət yürütməyə vadar etdi.

Ölkəmiz beynəlxalq hüququn müəyyən etdiyi çərçivədə əməkdaşlıq formasını seçməkdə sərbəstdir. Bu kontekstdə qonşu dövlətlərlə münasibətlərdə ikitərəfli əməkdaşlıq ən səmərəli forma hesab edilir. Qeyd olunmalıdır ki, bu formadan təcrübədə istifadə edilməsi istiqamətində Azərbaycan Respublikası Avropa İttifaqının 10 dövləti ilə strateji əməkdaşlıq sazişi imzalayıb. Hərçənd ikitərəfli əməkdaşlıq regional və ya universal səviyyədə həyata keçirilən əməkdaşlığı istisna etmir. Özünün milli maraqlarına uyğun olaraq Azərbaycan Respublikası istənilən regional, subregional və universal beynəlxalq qurumlarda iştirak edir.

Azərbaycan Respublikasının bu və ya digər beynəlxalq təşkilatda iştirak etməsi, onun eyni sferada fəaliyyət göstərən digər beynəlxalq təşkilatlara üzv olmasını istisna etmir. Digər tərəfdən Azərbaycan Respublikası Türk dünyasının bir hissəsini təşkil edir. Bu xüsusiyyət onun türk dövlətlərinin yaratdığı beynəlxalq təşkilatlarda iştirak etməsini şərtləndirir. Bundan çıxış edən respublikamız Türk Dövlətləri Təşkilatının yaradılmasında fəal iştirak edib və onun inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Bu təşkilat mövcud güc balansını təmin etməklə yeni dünya düzəninin formalaşmasına təkan verəcəkdir.

Ekoloji təhlükəsizlik müasir beynəlxalq təhlükəsizlik sisteminin əsas ünsürünə çevrilib. Ekoloji təhlükəsizliyin təmin edilməsi kontekstində iqlim dəyişikliyinin qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə dövlətlərin əməkdaşlıqdan yayınması və beynəlxalq öhdəliklərinə etinasız yanaşması, nəticə etibarilə ətraf mühiti daha çox cirkləndirən dövlətlərlə (Qlobal Qərb) və bundan əziyyət çəkən dövlətlər (Qlobal Cənub) arasında disbalansın (etimadsızlığın) yaranmasına səbəb olur. Bunun qarşısının alınması və aradan qaldırılması istiqamətində respublikamızın töhfəsini COP29-la müəyyən etmək olar.

Yeni dünya düzəninin formalaşmasında enerji təhlükəsizliyinin əhəmiyyətli rol oynadığını vurğulayaraqbu baxımdan Azərbaycan yaşıl enerjinin istehsalında və Avropa dövlətlərinin bu enerji ilə təchiz olunmasında böyük rola malikdir. Avropanın enerji təhlükəsizliyi müəyyən mənada Azərbaycan Respublikası tərəfindən qaz təchizatının təmin edilməsindən asılıdır. Son dövrdə Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatı coğrafiyasının genişlənməsi, Avropanın enerji təhküləsizliyinin təmin edilməsində respublikamızın əhəmiyyətini sübut edir. Belə ki, hazırda 12 ölkə, o cümlədən səkkizi Avropa İttifaqının üzvü olan on Avropa ölkəsinin daxili qaz istehlakının yarısı Azərbaycan qazı ilə təmin edilir.

Azərbaycan müəyyən edilmiş ərazi üzərində suverenlik, daimi əhali ilə dövlət arasında monolit birlik, hökumət və digər dövlət subyektləri ilə münasibətlər qurmaq qabiliyyəti kimi məsələləri yəni, deklarativ dövlətçilik nəzəriyyəsini müstəqil formada tətbiq edir. Bu gün bir çox dövlətlərdə nadir rast gəlinən məsələ olsa da, dövlətimizin başçısının şəxsi keyfiyyətləri və üstün siyasi bilikləri nəticəsində rolumuz, mövqeyimiz üstün səviyyədədir.

Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında körpüdür və Qlobal Cənubun bir hissəsi olaraq ikincinin maraqlarını müdafiə edir. Uğurla ev sahibliyi etdiyimiz COP29 çərçivəsində də Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq istiqamətində əməli addımlar atdıq. Cəmiyyətdə sabitlik və sakitliyin nəticəsidir ki, qlobal aktorlar ölkəmizə etimad göstərirlər.

Xarici siyasətimiz proaktiv vəziyyətdə və daim işləkdir. Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasətinin tərkib hissəsidir və şübhəsiz ki, zamanında əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan həmin bu çoxşaxəli, balanslı, bir neçə istiqamətdə Azərbaycanın maraqlarını təmin edən siyasət bu gün dövlətimizin başçısı tərəfindən birmənalı şəkildə davam etdirilir.

Milli Məclisin deputatı, Əminə Ağazadə
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Aprel 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri