Icma.az
close
up
RU
Türk dövlətləri və yeni dünya düzəni

Türk dövlətləri və yeni dünya düzəni

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyanın hazırkı super gücü ABŞ və onu daban-dabana izləyən və ötüb keçmək iddiasında olan Çin Xalq Respublikası öz mənafeləri naminə planetin bir çox qaynar nöqtələrində ağır vəkalət mübarizələri aparır. Niyyət rəqibləri əldən salıb özünə tabe etməkdir. Bir çox dünya ölkələri isə qaydasız oyuna bənzər bu amansız mücadiləni təşvişlə izləməyə məcburdur.

Hələlik hansı tərəfin tam qələbə qazanacağı bəlli deyil. Böyük ehtimalla, bu iki super güc arasında, idman şərhçilərinin dili ilə desək, “qolsuz bərabərlik” də qeydə alına bilər. Bu, fikrimcə, bir çox ölkələr üçün arzuolunan nəticə hesab oluna bilər. Belə ki, zavallı bəşəriyyət bu zaman qansız-qadasız şəkildə birqütblü dünyadan ikiqütblülüyə keçidin şahidi olacaq. Amma problem bununla da bitmir.

Təəssüf ki, iki və ya daha çoxqütblü dünyaya keçid heç də rəvan getmir. Ona görə rəvan getmir ki, ABŞ və Çinlə yanaşı, bir çox digər böyük ölkələr də yeni güc mərkəzləri rolunda çıxış etmək üçün öz iddia və ambisiyalarını ortaya qoyublar. Bu dövlətlər qlobal siyasətin obyektləri yox, əksinə, subyektləri olaraq bundan daha çox siyasi və iqtisadi dividendlər əldə etmək niyyətindədir. Onları qınamaq da olmur. Hər bir toplum yeni düzəndə öz haqqını tələb edir.

Məsələn, “Köhnə qitə”nin 28 dövlətini öz sıralararında birləşdirən Avropa İttifaqı (Aİ), ən çox nüvə başlığına malik olan Rusiya, əhalisinin sayına görə Çini geridə buraxaraq 1-ci yerə çıxmış Hindistan, dünyanın 4-cü iqtisadiyyatı sayılan Yaponiya, təxminən, 1 əsr əvvəl ucsuz-bucaqsız ərazilərində Günəşin heç vaxt batmadığı Böyük Britaniyanın yalnız ikiqütblü dünya nizamı ilə razılaşacağını düşünmək sadəlövhlük olardı. Bu dövlətlərin yeni nizamla bağlı özəl planları var.

Hətta Latın Amerikasının ispandilli ölkələrinin ayrıca bir ittifaq yaradacağı, əhalisi etnik cəhətdən ispanlarla yaxın olan portuqalların vətəni, iqtisadi gücünə görə 11-ci olan Braziliya da yeni qlobal nizamda sıradan bir dövlət statusu ilə razılaşmaq istəməyəcək. Madrid indi Avropada özünü ən güclülərin cərgəsində görmək arzusundadır. Lütfən, aşağıdakı fakta diqqət yetirin: İspaniya hökuməti son 10 ildə Latın Amerikasından 10 milyona yaxın əsasən gənc miqrant qəbul edərək, onlara tələm-tələsik vətəndaşlıq statusu verib, nəticədə əhalisinin sayını 25 faiz artırıb. İndi İspaniyanın əhalisinin (50 milyon) sayı İtaliyanı ötüb keçmək üzrədir. İspaniyadakı bəzi millətçi dairələr ölkənin Afrika və Asiyadan gələn miqrantlardan “qurtulmaq” niyyətlərini də açıq şəkildə dilə gətirirlər.

Belə bir taleyüklü məqamda Böyük Turan öz sözünü deməlidir. Türk Dövlətləri Təşkilatı (TDT), xoşbəxtlikdən, bu gün dünyanın gözləri önündə real qlobal gücə çevrilib. Bu quruma üzv ölkələr arasında siyasi, iqtisadi, humanitar, eləcə həyati əhəmiyyət kəsb edən hərbi əməkdaşlıq davamlı olaraq güclənir. Çağdaş dünyanın rəsmi 9 nüvə dövlətindən biri olan Pakistan İslam Respublikası da öz tarixi dostları Türkiyə və Azərbaycanın yanındadır. Bu, əlbəttə, Böyük Turanın artan qüdrətinə əlavə güc qatır!

Köhnə və yeni rəqiblərimiz isə heç bir vəchlə Böyük Turanın qüdrətli bir ittifaqa çevrilməsini istəmir, bundan əndişələnirlər. Son vaxtlar Türkiyəni nəyin bahasına olursa-olsun, regiondakı ağır münaqişələrə cəlb etmək niyyəti də buradan qaynaqlanır. Amma rəsmi Ankaranın təmkinli, praqmatik siyasəti təxribat xarakterli bu cəhdlərin qarşısına sipər çəkir. Eyni zamanda, dünya bilməlidir: gözlənilməz real təhdidlər meydana çıxarsa, türk xalqları öz milli istiqlalını göz bəbəyi kimi qorumağa hazırdır!

Bəli, dünya çalxalanır və amma gec-tez dünya liderləri bir ümumi məxrəcə gələcəklər. Şübhə yoxdur ki, yeni dünya nizamının əsas cizgilərini artıq 5-ci ildir davam edən Rusiya-Ukrayna müharibəsi, eləcə də Yaxın Şərqdəki dağıdıcı qarşıdurmaların real nəticələri müəyyən edəcək. Bəşəriyyət özündə güc tapıb bu qanlı olaylara son qoymalıdır. Xalqları nüvə silahları ilə təhdid edib Yer kürəsini məhvərindən heç kim çıxara bilməz. Buna ilahi ədalət imkan verməz!

Bu, bir həqiqətdir ki, rəsmi Bakı və Ankara birmənalı olaraq regionda və bütün dünyada ədalətli sülhün bərqərar olunmasında maraqlıdır və bu istiqamətlərdə əllərindən gələni edir. Bir müddət əvvəl qardaş Antalyada keçirilən Diplomatik Forumda bir daha vurğulanıb ki, Türkiyənin liderliyilə bütün TDT dövlətləri sıx iqtisadi və mədəni əməkdaşlığa açıqdır.

Bu vaxtadək bəşəriyyət tarixindəki bütün müharibələr son nəticədə sülhlə bitib. İnanmaq istırdik ki, hazırkı uşaq, qoca, ahıl bilmədən, sadə, günahsız insanların həyatına son qoyan münaqişə və müharibələr bitəcək və planetimizdə yeni, daha ədalətli nizam bərqərar olacaq! Bütün türk xalqları bu ümidlə yaşayıb-yaradırlar. Böyük Turan dünyaya yeni sivilizasiya vəd edir. Dünya görür ki, türklər sülhü və rifahı təkcə özləri üçün deyil, bütün dünya üçün arzulayırlar.

Bəli, bu gün geniş Avrasiya coğrafiyasında məskunlaşan türklər müharibə istəmirlər, amma öz torpaqlarının bir qarışını da heç kimə güzəştə getmək niyyətində deyillər. Azərbaycanın 2020-ci ilin payızında 44 günlük şanlı savaşdakı Tarixi Zəfəri bunu bütün dünyaya bir daha sübut edib. Bizim İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəmiz türk xalqları və dövlətlərinin sülhə, rifaha, təhlükəsiz gələcəyə inam və ümidlərini artırıb. Nə qədər ki, biz bir yerdəyik, heç birimizə zaval yoxdur!

Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri