Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Yeni dünya düzəni: Azərbaycan və Türkiyə nə etməlidir? TƏHLİL

Yeni dünya düzəni: Azərbaycan və Türkiyə nə etməlidir? TƏHLİL

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edub, Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "Bir millət, iki dövlət" olublar. Təsadüfi deyil ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini Türkiyənin kədəri, sevincini isə Türkiyənin sevincləri hesab edib. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoyublar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.

Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri Türkiyənin hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olmasıdır. Azərbaycan isə iqtisadiyyatın sürət tempinə, iri infrastruk layihələrinin reallaşdırılmasına və uğurlu islahatların aparılmasına görə regionda lider dövlətə çevrilib.

Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edən münasibətlər regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Ölkələrimizin siyasi-iqtisadi əlaqələri tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə ilə əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Xalqlarımız və ölkələrimiz arasında tarixdə bənzəri olmayan qardaşlıq münasibətlərinin ən möhtəşəm nümunələri dar gündə bir-birimizə dəstək olmağımızdır.

44 gün davam edən İkinci Qarabağ müharibəsində Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin, onun hökumətinin və xalqının Azərbaycana göstərdiyi siyasi-mənəvi dəstək torpaqlarımızın azad edilməsində nühün rol oynadı. Bütün dünya, eləcə də bölgəmizdə strateji maraqları olan tərəflər bir daha əmin oldular ki, mövzu Vətənin təhlükəsizliyi, torpaqların bütövlüyü, qardaş hüququnun qorunması olanda, belə məsələlər Türkiyədə müzakirə olunmur, yalnız qətiyyətli qərarlar qəbul edilir.

Azərbaycan-Türkiyə münasibətləri, qardaşlığı dünyada unikaldır, bütün müttəfiqlik münasibətlərindən çox irəli getmiş bir birlikdir.

Prezident İlham Əliyevin dediyi kimi, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir:

"Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir və hər görüşün böyük əhəmiyyəti var. Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik. Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Bu gün Türkiyə və Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə iş birliyi, əməkdaşlıq dərinləşir”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, “Bir millət – iki dövlət” şüarı ilə təcəssüm olunan qardaşlıq münasibətlərimizinə hər sahəsində böyük irəliləyişlər əldə edilir: “Ölkələrimiz arasında əlaqələr müdafiədən tutmuş ticarətə qədər bir çox sahələrdə daim inkişaf edir. Bu əməkdaşlıqlar arasında enerji sektoru ön sıradadır. Türkiyə və Azərbaycan sülhün, əmin-amanlığın, firavanlığın tərəfindədir. Regionumuzda sadəcə sülh istəyirik, əməkdaşlıq istəyirik, birlikdə inkişaf etmək istəyirik. İnşallah, bundan sonra regional sülhə, rifaha və əmin-amanlığa yönəlmiş hər cür layihələri birlikdə həyata keçirmək əzmindəyik”.

Politoloq Samir Hümbətovun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlərinin kökləri uzun illərə dayanır. Son dövrlər Türkiyənin Azərbaycanla artan dərin strateji, sıx əməkdaşlığı regionun bir çox ölkələri tərəfindən xoş qarşılanmasa da, əlaqələrin gələcəyinə böyük ümidlər yaradır:


“İqtisadi sahədə Azərbaycanla Türkiyənin birgə əməkdaşlığı, xüsusən enerji sektorunda artan əlaqələr bu dövlətlərin gələcək strateji planlarının əsas tərkib hissəsi kimi qəbul edilə bilər. Həmçinin Türkiyə və Azərbaycan arasında siyasi münasinətlərin dərinləşməsi onların təhlükəsizliyinin təmin olunmasına da böyük töhfə verir. Qarşılıqlı səfərlər bu iki ölkənin istər ikili münasibətlərdə, istər regional və qlobal münasibətlərdə birgə addımladığını və qarşılıqlı kommunikasiya əsasında hərəkət etdiyini göstərir. Son dövrlər beynəlxalq miqyasda artan təzyiqlər və təhdidlər fonunda Azərbaycan-Türkiyə əlaqələrinin belə sürətli inkişafını görmək hər iki tərəf üçün müsbət haldır. Bundan sonra da əlaqələrin inkişafı üçün yüksək potensial var və biz bundan maksimum dərəcədə istifadə etmək imkanına malikik".

Siyasi şərhçi Aydın Quliyev qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığı bu gün dünyada analoq tanımayan ikitərəfli əməkdaşlıq modelidir. Dünyada eyni xalq, eyni dil və eyni mədəniyyətin müxtəlif dövlətləri olsa da, onların heç biri Azərbaycanla Türkiyə qədər yaxın deyil:


“Türkiyə Azərbaycan qardaşlığının böyük tarixi keçmişi var. 1990-cı illərin əvvəllərində, Heydər Əliyevin Naxçıvan Ali Məclisin sədri olduğu dövrdə isə Naxçıvanın problemlərinin həll olunmasında Türkiyənin yaxından iştirak etdi və ciddi dəstək verdi. Məhz həmin illərdə Qars müqaviləsinin aktuallaşdırılması Naxçıvanın və bütünlüklə Azərbaycanın siyasi, hərbi təhlükəsizliyinin mühafizə olmasında böyük rol oynadı. Bu, sonda Vətən müharibəsində Azərbaycanın qələbəsinə və Şuşa bəyannaməsinə gətirib çıxardı".

Aydın Quliyevin dediyinə görə, Azərbaycan-Türkiyə qardaşlığına yeni tələblər baxımından baxmaq çox vacibdir. Çünki indiki şərait Azərbaycan-Türkiyə qardaşlığı qarşısında yeni vəzifələr müəyyənləşdirir. Türk Dövlətləri Təşkilatının gücünün artırılmasına böyük ehtiyac var: “Türk dövlətləri arasında iqtisadi, ticarət, hətta hərbi əməkdaşlıq gücləndirilməlidir. Dünya düzəni hazırda çox böyük dəyişmə mərhələsindədir, hətta bu dəyişiklik islahatdan çox, dağılma prosesinə oxşayır. Beynəlxalq münasibətlərdə və beynəlxalq hüquq normalarında çox ciddi aşınma gedir. Beynəlxalq güc nisbətləri dəyişir. Belə şəraitdə Türkiyə Azərbaycanın da iştirakçısı olduğu Türk Dövlətləri Təşkilatına xüsusi önəm verilməlidir. Türkiyə-Azərbaycan əlaqələrinin gücləndirilməsinin Türk dünyası üçün olduqca faydalı nəticələr ola bilər. Əlaqələri, əməkdaşlığı indikindən daha artıq dərəcədə inkişaf etdirə bilməsək, yeni dünya düzəni şəraitində bütünlüklə Türk dünyası üçün arzuolunmaz təzahürlər meydana çıxa bilər. Yeni dünya üzərində kimin mövqeyinin necə olacağını indidən söyləmək mümkünsüzdür. Amma yeni düzəndə Türk Dövlətləri Təşkilatı xüsusi mövqeyə sahib olmalıdır. Bu vəzifənin yerinə yetirilməsində əsas, həlledici fiqurlar Azərbaycan və Türkiyədir”.

Politoloq Elşən Manafov bildirib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq münasibətləri durmadan genişlənib:


"İkinci Qarabağ müharibəsi zamanı Türkiyə ilə hərbi əməkdaşlıq münasibətlərimizin qələbəmizin əldə edilməsində müstəsna rolu oynadı. Müharibə başa çatdıqdan sonra isə hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, dinamizmin artmasında 2021-ci ilin 15 iyun Şuşa bəyannaməsinin xususi rolunu qeyd etməliyik.

Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin regional əməkdaşlığa dair 3+3 formatında layihəsini bəyənir, bu çərçivədə regional təhlükəsizlik problemlərinin həllində rəsmi Bakının təkliflərini dəstəkləyir”.

E.Manafov əlavə edib ki, bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan tarixi bağlarla birlikdə strateji, çox mühüm layihələr də mövcuddur:

"Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə çox böyük nailiyyətlər əldə edən Azərbaycan və Türkiyə hazırda tərəfdaşları ilə TANAP layihəsini də uğurla reallaşdırır. Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə müsbət təsir göstərir. İri iqtisadi layihələrin həyata keçirilməsi iki dövlət arasında bir-birinə olan dərin inam və etimaddan irəli gəlir".

Sevinc,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:301
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Mart 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri