Icma.az
close
up
RU
Yeni dünya nizamına doğru: Azərbaycan, Türkiyə və Pakistan Laçında birlik mesajı verdi

Yeni dünya nizamına doğru: Azərbaycan, Türkiyə və Pakistan Laçında birlik mesajı verdi

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

  28 May – Müstəqillik Günümüz bu il tarixə ikiqat bayram kimi yazıldı. Məhz bu əlamətdar gündə Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Qarabağ və Şərqi Zəngəzurun üçüncü hava qapısı olan Laçın Beynəlxalq Hava Limanının rəmzi açılış lentini birlikdə kəsdilər. Bu tarixi mərasimdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Laçında Azərbaycan, Türkiyə və Pakistan arasında ikinci Zirvə Toplantısının keçirilməsi isə hadisənin həm rəmzi, həm də strateji əhəmiyyətini daha da artırıb.

Biri nüvə dövləti olmaqla, üç qardaş ölkənin qalib liderləri Laçından bütün bölgəyə və dünyaya mühüm mesajlar veriblər. Bu görüş Azərbaycan, Türkiyə və Pakistanın təşəbbüsü ilə yeni bir geosiyasi platforma – üçtərəfli əməkdaşlıq modelinin formalaşdığını nümayiş etdirib. Laçın Beynəlxalq Hava Limanının rəmzi açarlarının Prezident İlham Əliyevə və Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunması da bir daha sübut edib ki, Cənubi Qafqazın gələcəyi bu gün öz gücünə, tərəfdaşlığına və liderliyinə arxalanan Azərbaycan və Türkiyənin əlindədir.

  Laçın şəhərində keçirilmiş tədbirlər, xüsusilə də üç liderin birlik mesajları bir daha göstərdi ki, Azərbaycan, Türkiyə və Pakistan yalnız siyasi və diplomatik müstəvidə deyil, həm də mənəvi və tarixi birlik çərçivəsində çiyin-çiyinə dayanırlar – istər çətin, istər sevincli anlarda. Prezident İlham Əliyevin konsert öncəsi çıxışında vurğuladığı kimi, bu əməkdaşlıq günbəgün güclənir və üç qardaş ölkə hər zaman suverenliyin, ərazi bütövlüyünün və ədalətin tərəfində dayanaraq bir-birinə dəstək verir.


  Millət vəkili Azər Badamov da Sherg.az-a açıqlamasında qeyd edib ki, 28 may Müstəqillik günündə Laçında yeni tarix yazılıb. Bu yeni tarix Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının keçirdiyi Zirvə görüşü ilə zirvələrə yüksəlib: 


“Biz qardaş və dost ölkələrik. Bizim qardaşlığımız və dostluğumuz böyük tarixə söykənib və sınaqlardan çıxmışdır. 90-cı illərin əvvəlində Azərbaycan torpaqlarını işğal etdiyinə görə Pakistan Ermənistanı müstəqil bir dövlət kimi bu gün də tanımır. Ölkələrimiz çətin və xoş günlərdə bir-birinin yanında olduğunu açıq şəkildə bəyan ediblər. Azad Laçında keçirilən Zirvə görüşündə dövlət başçılarının səsləndirdikləri mesajlar öz ünvanlarına dərhal çatmışdır. Dövlət başçımızın çıxışda qeyd etdiyi AXC-nin sovetlərin tərkibinə daxil olandan sonra Qərbi Zəngəzuru Azərbaycandan qoparılaraq Ermənistana verilməsi kimi ədalətsizliklə qarşlaşdığının qeyd etməsi reallıqları qarşı tərəfə və onun havadarılarına çatdırılması baxımından vacib mesaj idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Türkiyə və Pakistanın bundan sonra üç dövlət bir millət olduğunu qeyd etməsi və dahi şair Səməd Vurğunun Azərbaycan şeirinin oxumasının arxasında böyük mənalar dayanırdı və bu, bizə əyri gözlə baxan dairələrə göstərilən növbəti yumruq oldu.  Pakistan Baş naziri Məhəmməd Şahbaz  Şərifin Azərbaycan, Türkiyə və Pakistanın bir ürəyin üç ruhu deməsinin arxasında da böyük fəlsəfə var. Çünki, 28 may ölkəmizin Müstəqillik Günü olduğu kimi, Pakistanın da nüvə dövləti olduğunu elan etdiyi gündür. Bu məsələni Pakistan baş naziri tərəfindən xüsusilə vurğulaması birliyimizin artıq vahid bir güc, nüvə gücü olduğuna bir işarədir. Bu gün yeni dünya nizamı formalaşır. Belə dəyişkən dünyada Azərbaycan, Türkiyə və Pakistan birliyi yeni reallıq yaratdı və bu, yumruğumuzun çox möhkəm olduğunu nümayiş etdirilməklə düşmənlərə çox ciddi bir siqnal oldu”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 May 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri