Icma.az
close
up
RU
Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?

Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllimlərin əməkhaqqının dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcəyi ilə bağlı məsələ müzakirə mövzusu olub.

Oxu.Az xəbər verir ki, bu fikir Milli Məclisin son iclasında "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayevin çıxışında yer alıb.

Nazir müavini bildirib ki, sertifikasiya prosesi bitəndən sonra, növbəti mərhələlərdə müəllimlərin əməkhaqlarının artırılmasının digər yolları düşünülür.

Müzakirə iştirakçılarını maraqlandıran əsas suallar müəllimlərin əməkhaqqının artırılmasında hansı yeniliklərin və iş rejimində hansı dəyişikliklərin edilə biləcəyi ilə bağlı olub.

Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin əməkhaqqı sistemində yeniliklərin tətbiqi hazırda müzakirə mərhələsindədir.

"Müəllimlərin sertifikatlaşdırılması prosesinin birinci mərhələsi tam yekunlaşdıqdan sonra bu barədə təkliflər təqdim ediləcək", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, müəllimlərin sertifikasiyadan keçirilməsi hər beş ildən bir həyata keçirilir. Sertifikasiyanın ilk mərhələsi (ilk beş ili) isə 2026-cı ildə başa çatacaq.

Təhsil eksperti Elçin Əfəndi Oxu.Az-a açıqlamasında bildirib ki, maaşların iş saatına görə müəyyən edilməsi sistemi həyata keçirilərsə, bu, müəyyən mənada repetitorluğun qarşısını alacaq:

"Ölkəmizdə bəzi müəllimlərin həftəlik dərs saatı 18-36 saat aralığında, bir çoxunda isə 18-24 saat aralığındadır. Ümumilikdə isə ölkəmizdə dərs saatı həftəlik 20-24, rəsmi iş saatına gəlincə isə 35-40 saat aralığındadır. İndiki halda əməkhaqqı əsasən, tədris olunan dərs saatına görə hesablanırdısa, yeni təklifə görə, artıq iş saatına görə hesablanacaq.

Fikrimcə, bu təklif qəbul edilərsə, müsbət nəticələri olacaq. İlk növbədə müəllimlərin əmək haqlarında bir qədər artım olacaq. İkincisi, müəllimlərin yazı-pozu işləri əvvəlki dövrlərlə müqayisədə bir qədər azalacaq, üçüncüsü isə repetitorluq fəaliyyətinin qarşısı müəyyən qədər alınacaq. Çünki yeni təklifə əsasən, müəllimlər təhsil müəssisəsində iş saatı bitənədək qalmaq məcburiyyətində olacaqlar. Ənənəvi qaydada isə dərs saatı bitən kimi təhsil müəssisəsi tərk edilir və evdə, hansısa icarə obyektdə repetitor fəaliyyəti başlanırdı", - deyə E.Əfəndi qeyd edib.

Ekspert onu da diqqətə çatdırıb ki, dünyanın əksər ölkəsində müəllimlərin əmək haqqı iş saatına görə hesablanır:

"ABŞ, Finlandiya, Yaponiya və s. kimi ölkələri nümunə olaraq göstərə bilərik. Məsələn, Finlandiyada həftəlik rəsmi iş saatı ya 32-36-dırsa, ABŞ-də bu 40-45 aralığındadır.

Bu məqam imkan verir ki, müəllimlər tədris bitdikdən sonra şəxsi inkişafa, növbəti günlə bağlı planlanmaya və s. zaman ayıra bilsinlər. Mənfi tərəf kimi biz sadəcə alınan qərarla paralel müəllimlərin faktiki yazı-pozu işlərinin saxlanılması tələbini görə bilərik, qalan digər hallar müsbətə doğru alınan qərar olaraq səciyyələndirilə bilər", - deyə E.Əfəndi vurğulayıb.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri