Icma.az
close
up
RU
Bu müəllimlər üçün sertifkasiya əlavə üsullarla aparılmalıdır AÇIQLAMA

Bu müəllimlər üçün sertifkasiya əlavə üsullarla aparılmalıdır AÇIQLAMA

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşmaya "dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində" işləyən təhsilverənlər cəlb edilirlər. "Musiqi məktəblərində" çalışan müəllimlər isə attestasiyadan keçirilir.

Belə ki, Əmək Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə keçirilir. Onu da qeyd edək ki, attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti Mədəniyyət Nazirliyi həyata keçirir.

Zaman-zaman isə musiqi məktəblərində çalışan müəllimlərin də sertifkasiya və qabiliyyət imtahanından keçməsi məsələsi gündəmə gəlir. Belə ki, bəziləri düşünür ki, musiqi məktəbində çalışan müəllimlərin pedoqoji təhsili, həmçinin tədris etdiyi fənlə bağlı bilik və bacarıqları yüksək səviyyədə olmalıdır. 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin təhsil məsələləri üzrə tədqiqatçısı Elmin Nuri bildirb ki, artıq 4 ildir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər sertifikatlaşma prosesinə cəlb edilirlər. 2021-ci ildən başlanan prosesdən artıq 150 mindən çox təhsilverənlərin böyük əksəriyyəti cəlb olunublar. Bu il də fizika, kimya, biologiya, coğrafiya və informatika fənləri üzrə dərs deyən müəllimlər sertifikasiyaya qatılacaqlar. Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi ilk dəfə həyata keçirilir, yəni, 2021-2026-cı il Azərbaycan təhsilində analoji müsabiqə üçün ilk dövrdür. 

“Bu dövrdə təbii ki, sertifikatlaşdırma prosesində texniki və təşkilati cəhətdən müəyyən nöqsanlar üzə çıxdı. Bu, daha çox ilk illərdə-2021-2022-ci illərdə yaşansa da, sonradan təkmilləşdirilmə işləri həyata keçirildi. 
Bilirik ki, Müəllimlərin sertifikatlaşdırılması prosesi bir yox, bir neçə mərhələdən ibarətdir. Test imtahanı mərhələsi onun yalnız ikinci etapıdır. Müsahibə mərhələsində də müəllimlərdən pedaqoji, psixoloji, qanunvericilik, ən əsası idarəçilik istiqamətində müəyyən bilgilər soruşulur. Ünsiyyət qabiliyyəti, idarəetmə bacarıqları yoxlanılır. 

Sertifikatlaşdırılmanın əsas iki funksiyası ilə daha yüksək nəticə göstərən müəllimlərin əmək haqqılarının artırılması və öz ixtisasına aid sualların tən yarısına belə cavab verməyənlərin iki cəhddən sonra işlərinə xitam verilməsi. Hər iki cəhdin ədalət prinsiplərinə uyğun olduğunu düşünürük”. 

Təhsil eksperti onu da vurğulayıb ki, hazırda Azərbaycanda aparılan sertifkasiya imtahanları Ukrayna təcrübəsinə əsaslanır:

“Bu təcrübədə 10 və 35%-lik maaş artımının göstərilən bal dinamikasına görə uyğunluğu, müsahibə mərhələsindəki gedişlər özünü göstərir. Sözsüz ki, gələcəkdə bu prosesin tətbiqi zamanı bir çox yeniliklərin, digər beynəlxalq təcrübəyə aid olan əlavələri də görə biləcəyik. Bütün bu özəlliklərə əsasən sertifikatlaşdırma prosesini təhsilverənlərin qiymətləndirilməsi məsələsində ən uyğun variant hesab etməliyik”. 

Musiqi məktəblərində çalışan müəllimlərin qiymətləndirilməsi üçün də sertifikatlaşdırılmadan istifadəyə də münasibətini bildirən E.Nuri qeyd edib ki, musiqi məktəblərində dərs deyən müəllimlərin sertifkasiyaya cəlb olunması müsbət tendensiya olar. “Orada çalışanlar da musiqiçi olmaqla yanaşı, həm də pedaqoqdurlar. Pedaqoji mühitdə isə özünü bütün parametrlərə görə ən yaxşı doğruldan məhz sertifikasiyadır. Hazırkı sertifikasiya modelinin musiqi məktəblərində çalışanlar üçün də uyğunluğunu söyləmək lazımdır. Çünki bu illər ərzində proses həqiqətən də təkmilləşdirildi. Lakin bu tipli təhsil müəssisələrində çalışanlar üçün həmin proses təşkil olunsa, o zaman müəyyən əlavə və yenliklərə, hətta şərtlər arasında sadələşdirməyə də müəyyən ehtiyac olacaqdır. Bunun üçün  isə mütəxəssislərin düşünməsi və daha adekvat qərar verməlidirlər”. 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri