Icma.az
close
up
RU
Yeni eynəklə korlar da görə biləcək

Yeni eynəklə korlar da görə biləcək

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Yeni "SolidddVision" markalı eynəklər görmə qabiliyyətini daha da yaxşılaşdıracaq.
Reyting.az
xəbər verir ki, ABŞ şirkəti "Soliddd Corp" müasir texnologiya tarixində yenilik etməklə, "SolidddVision" adlı qeyri-adi eynək hazırlayıb. Eynəklər milçək gözünə bənzəyən bir quruluşa əsaslanır.
Tərtibatçıların fikrincə, yeni məhsul daha çox makula degenerasiyası olan insanlara yaxşı görməyə kömək edəcək.
Qeyd edək ki, makula xəstəliyi degenerasiya sayılır və retinanın mərkəzinə təsir edən zəif görmənin əsas səbəbi hesab olunur. Tərtibatçılar bildirib ki, sözügedən "SolidddVision" eynəkləri də məhz bu problemi həll etməkdən ötrü hazırlanıb.

Eynək istifadəçinin qarşısında yerləşən obyektin stereoskopik şəklini çəkən 2 ön kamera ilə təchiz olunub. Burada həm də həşərat gözünün quruluşunu xatırladan bir sıra kiçik linzalardan ibarət iki daxili displey də var.
Mütəxəssislər eynəyin çox qeyri-adi və orijinal olduğunu bildiriblər. Eynəkdə olan hər bir obyektiv ön kameradan görüntünün kiçik versiyasını, həm də bir az dəyişdirilmiş bucaq altında retinanın sağlam periferik sahəsinə çox sürətlə proyeksiya edir.
Tədqiqatçıların "Stereopsis" adlandırdığı proses zamanı beynin vizual korteksi qəbul etdiyi vizual görüntüləri mənalandırır və nəticədə vahid, həmçinin fokuslanmış görüntü yaradır. Başqa sözlə, istifadəçi ortada kor nöqtə olmadan tam təsviri qəbul edir.
Şirkət iddia edir ki, belə vəziyyətdə olan otuz xəstənin üzərində aparılan preklinik sınaqlarda bütün iştirakçılar eynəkdən istifadə edən zaman oxuma sürətinin ən azı 50 faiz artdığını bildiriblər.

İstehsalçılar bu yeni eynəyin kor gözləri açacağını deyirlər.
Tezliklə istehsal ediləcək "SolidddVision" eynəyi hazırda buraxılışdan əvvəlki mərhələdədir.
Oqtay QORÇU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 Yanvar 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri