Icma.az
close
up
RU
Yeni formatlı ÇL nələrlə yadda qaldı?

Yeni formatlı ÇL nələrlə yadda qaldı?

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 29-da Çempionlar Liqasında (ÇL) vahid liqa mərhələsinin son 18 oyunu keçiridi və yekun turnir cədvəli müəyyənləşdi.

Avropanın ən nüfuzlu və gəlirli klub turniri tarixdə ilk dəfə 36 komandanın bir liqada mübarizəsi ilə yadda qaldı. Artıq 1/8 finala vəsiqə qazanan ilk 8 klub və onların sırasına qoşulmaq üçün pley-offda gücünü sınayacaq 16 iştirakçı məlumdu. Qeyri-adi formatın diqqəti daha çox cəlb edən xüsusiyyətləri, bir sıra statistik göstəricilər və kiçik nüanslar haqda fikir yürütməyin vaxtıdı.
Vahid liqada 470 qol vurulub
Heç kim vahid liqada keçirilən bütün oyunlara baxmayıb. Ona görə ki, bu, fiziki cəhətdən mümkün deyil. Əlbəttə, məsələn, 8 oyunda xal qazana bilməyən və topların fərqinə görə 36 klub arasında sonuncu yeri tutan “Yanq Boyz”un azarkeşlərinin sevimli komandasının bütün oyunlarına əvvəldən axıra qədər tamaşa etmək imkanı olub. Eyni fikri liqanın bütün digər iştirakçılarının fanatları haqda da söyləmək olar. Turnirin coğrafi sərhədləri genişlənib. Nəticədə bir çox ortabab klub ÇL-də unudulmaz təcrübə qazanıb.
“Yanq Boyz” kimi bir neçə komanda da yeni formatla keçirilən ilk mövsümdə böyük uğursuzluğa düçar olub. Amma medalın məhsuldarlıq kimi ikinci üzü də var. Arxada qalan mərhələdə 470 qol qeydə alınıb ki, bu da hər oyuna orta hesabla 3,26 qol deməkdi. Matçların baxımlılıq dərəcəsi müxtəlif səbəblərdən çox yüksək olub. Vahid liqada heç-heçə nəticələnən oyunların sayı isə azdı. Ən məhsuldar oyunlardan biri Lissabonda baş tutub: dramatik keçən matçda yerli “Benfika” ilk hissəni 3:1 hesabıyla üstün başa vursa da, sonda “Barselona”ya məğlub olub – 4:5! Amma bu, mövsümün ən məhsuldar oyunu deyil. Bu planda ötən il sentyabrın 17-də Münhendə keçirilən oyunda qapılara 11 qol vurulub: yerli “Bavariya” Zaqreb “Dinamo”sunu 9:2 hesabıyla darmadağın edib!
“İnter” yalnız bir top buraxıb!
İnanılmaz nəticələrdən biri Yan Zommer ilə bağlıdı: isveçrəli veteran qapıçı 8 oyunda topu yalnız bir dəfə tordan çıxarmalı olub! Onu məyus edən yeganə futbolçu “Bayer-04”ün müdafiəçisi Nordi Mukieledi. Xabi Alonsonun çalışdırdığı komanda evdə “İnter”in qapısına yalnız 90-cı dəqiqədə yol tapmaqla qalib gəlib. İtaliyanın son çempionu digər 7 matçda arxa xətdə ideal oyun sərgiləməklə qapısının toxunulmazlığını təmin edib. Əslində rəqiblərin milanlılara qol vurmaq üçün yetərincə imkanı vardı. Ancaq Zommer və 5 oyunçudan ibarət müdafiəçi səddi “Mançester Siti” (0:0), “Arsenal” (1:0), “Leyptsiq” (1:0) və “Monako”nun (3:0) bütün hücumlarını zərərsizləşdirməyi bacarıb. Yan liqa mərhələsində 21 seyv edib, yəni qapısına yönələn zərbələrin 95,5 faizini zərərsizləşdirib. Alessandro Bastoni, Stefan de Vrey, Benjamen Pavar, Denzel Dyumfris və Federiko Dimarko rəqiblərə müdafiə planında ustad dərsi veriblər. 2023-cü ildə turnirin finalında “Mançester Siti”yə uduzan (0:1) Simone İnzaqinin komandası indi 1/8 finaldakı rəqibini gözləyir.
Holann ilə Mbappe əsas fərsizlər rolunda?
Erlinq Holann ilə Kilian Mbappe qapı çərçivəsinə zərbələr üzrə liderdi. MS-nin hücumçusu qol vurmaq üçün 17 dəfə ciddi cəhdə əl atıb, “Real”lının hesabında isə 15 dəqiq zərbə var. Erlinq 6 qol vurub ki, bunlardan 5-i ortabab və autsayderlərlə oyunlarda reallaşıb. Kilianın vurduğu 3 qoldan ikisi isə pley-offa çıxa bilməyən komandalarla matçlarda qeydə alınıb. Nəticədə Holann 11 zərbədən səmərəsiz istifadə edib, norveçlinin bir çox zərbəsi isə qeyri-dəqiq alınıb. Mbappe isə qapı çərçivəsinə yönələn 12 zərbəsindən sonra qol sevinci yaşamayıb. Fransalının “Liverpul”la səfər matçında (0:2) penaltini boşa verdiyini xüsusi vurğulamalıyıq. Holannın hesabında təxminən 7-9, Mbappedə isə 7-8 qol ola bilərdi. Reallıq isə daha pis mənzərədən xəbər verir. Məhəmməd Salah da yaxaladığı qol şanslarından səmərəsiz yararlanıb. Meydana çıxdığı 7 oyunda yalnız 3 qol vuran “Liverpul”un lideri bunun əvəzində oyundaşları üçün kifayət qədər qol imkanları yaradıb.
Rafinya hamını necə qabaqlayıb?
Ötən yay “Barselona”da üzərinə “Uilyams” soyadı yazılan formaların sifarişi nəzərdə tutulmuşdu. İspaniya nəhəngi Rafinyanı “Atletik”in hücumçusu Niko ilə əvəzləmək istəyirdi. Lakin transfer kataloniyalıların külli miqdarda olan borcuna görə baş tutmadı. Onların bəxti onda gətirdi ki, Rafinya rəhbərlikdən küsüb İngiltərəyə qayıtmaq fikrinə düşmədi. “Lids”in sabiq vingeri bu mövsüm əla oynayır. ÇL-in əsas mərhələsində “qol+ötürmə” sistemi üzrə 1-ci yeri 12 balla məhz Rafinya tutur.
“Barselona”nın hücumçusu Robert Levandovski də bu mərhələni məhsuldar keçirib. 9 qolla bombardirlərin siyahısına başçılıq edən polşalı kimi Seru Girassi də qapıya bu qədər yol tapıb. Etiraf edək ki, mövsümün əvvəlində “Borussiya”lının (Dortmund) da imkanları yüksək dəyərləndirilmirdi. Və təbii ki, Şarl de Ketelarenin “qol+ötürmə” sistemi üzrə 9 bal toplaması da qeyd edilməlidi. Gənc belçikalı “Milan”da möhkəmlənə bilməsə də, “Atalanta”da artıq özünü ən məhsuldar oyunçulardan biri kimi sübut edib. Maraq üçün Vinisius Junior (Real) və Antuan Qrizmann (Atletiko) kimi ulduz futbolçuların məlum sistem üzrə hərəyə 7 bala malik olduqlarını da bildirək.
Favoritlər hücuma üstünlük veriblər
Əksər favoritlərin hücum üslubuna üstünlük verməsi diqqətdən yayınır. Hər oyuna orta hesabla xG (qol vurmaq ehtimalı) göstəricisinə əsasən “Bavariya” liderdi. Almaniya nəhəngi böyük ölçüdə buna “Dinamo”nu darmadağın etməklə nail olub. Bu planda “Atalanta”, “Barselona” və “Liverpul” da aqressiv oyunla yüksək göstəriciyə malikdi. Hətta bəzi matçlarda uduzan “Real” və MS də hücumameyilli futbola üstünlük verməsi ilə yadda qalıb. Bu nəhənglər qol vəziyyətlərindən effektli şəkildə istifadə edə bilmədikləri üçün həddən artıq xal itiriblər.
Ən çox qol vuran komanda “Barselona”dı: İspaniya nəhəngi 8 oyunda rəqiblərini 28 dəfə meydanın mərkəzinə dəvət edib. Sonrakı yeri 22 qolla Dortmund “Borussiya”sı tutur. “Atletiko”, “Atalanta”, “Real” və “Bavariya”nın hesabında 20 qol var. Ən az – yalnız 3 qol vuran iştirakçı “Yanq Boyz”du (İsveçrə). Qapısında ən çox – 27 qol görən komandalar isə “Zaltsburq” (Avstriya) ilə “Slovan”dı (Slovakiya).
Məğlubiyyətsiz iştirakçı yoxdu
Ötən ilin sentyabrında başlayıb bu il yanvarın sonunda yekunlaşan vahid liqada bütün iştirakçılar azı bir dəfə məğlub olublar. Bu planda lider “Liverpul” istisna təşkil edə bilərdi. 1/8 finala erkən vəsiqə qazanan komandanın çalışdırıcısı Arne Slot PSV ilə son matçda əksər aparıcı oyunçulara istirahət verməyi lazım bildi. Nəticədə premyer-liqanın lideri Eyndhovendə parlaq oyun sərgiləsə də, 2:3 hesablı məğlubiyyətdən qaça bilmədi.
“Liverpul”dan başqa daha 4 komanda – “Barselona”, “Arsenal”, “İnter” və “Atalanta” hərəyə bir dəfə məğlub olub. Bütün oyunlarını məğlub başa vuranlar isə “Slovan” ilə “Yanq Boyz”du.
İlk “8-lik”də 3 İngiltərə klubu
İngiltərə təmsilçiləri liqa mərhələsində daha yaxşı nəticələr göstəriblər. İlk “8-lik”də premyer-liqanın 3 klubu var! Başqa sözlə, bu mərhələnin qalibi olan “Liverpul”, həmçinin “Arsenal” və “Aston Villa” birbaşa 1/8 finala vəsiqə qazanıblar. Bəli, mövsümün əvvəlində imkanları daha yüksək dəyərləndirilən “Mançester Siti”nin turnir cədvəlində 22-ci yeri tutması və pley-offa yalnız sonuncu turda çıxması cari mövsümün ən gözlənilməz faktı sayıla bilər. Bu baxımdan ÇL-in son qalibi “Real”, həmçinin “Bavariya”, “Milan”, PSJ və “Yuventus”un ilk 8 yerdən birini tuta bilməməsini də qeyd etməliyik. Ölkə çempionatında çempionluğa oynamayan “Lill” ilə “Aston Villa” isə indi 1/8 finaldakı rəqiblərini gözləyirlər. Əvəzində qitənin top-liqalarından olan “Ştutqart”, “Leyptsiq”, “Bolonya” və “Jirona” pley-offdan kənarda qalaraq avrokubok mövsümünü erkən başa vurublar. Yeni formatın ilk növbədə belə sürprizlərə görə maraqlı alındığını, ümidləri doğrultduğunu, qitə futboluna yeni rəqabət və həyəcan qatdığını əminliklə söyləmək olar. Bu fikri eyni format əsasında keçirilən Avropa Liqası və Konfrans Liqasına da şamil etmək mümkündü.
Yekun cədvəl
1. Liverpul 8 7 0 1 17-5 21
2. Barselona 8 6 1 1 28-13 19
3. Arsenal 8 6 1 1 16-3 19
4. İnter 8 6 1 1 11-1 19
5. Atletiko 8 6 0 2 20-12 18
6. Bayer-04 8 5 1 2 15-7 16
7. Lill 8 5 1 2 17-10 16
8. Aston Villa 8 5 1 2 13-6 16
9. Atalanta 8 4 3 1 20-6 15
10. Borussiya D 8 5 0 3 22-12 15
11. Real 8 5 0 3 20-12 15
12. Bavariya 8 5 0 3 20-12 15
13. Milan 8 5 0 3 14-11 15
14. PSV 8 4 2 2 16-12 14
15. PSJ 8 4 1 3 14-9 13
16. Benfika 8 4 1 3 16-12 13
17. Monako 8 4 1 3 13-13 13
18. Brest 8 4 1 3 10-11 13
19. Feyenoord 8 4 1 3 18-21 13
20. Yuventus 8 3 3 2 9-7 12
21. Seltik 8 3 3 2 13-14 12
22. Mançester Siti 8 3 2 3 18-14 11
23. Sportinq 8 3 2 3 13-12 11
24. Brügge 8 3 2 3 7-11 11
25. Dinamo Z 8 3 2 3 12-19 11
26. Ştutqart 8 3 1 4 13-17 10
27. Şaxtyor 8 2 1 5 8-16 7
28. Bolonya 8 1 3 4 4-9 6
29. Srvena Zvezda 8 2 0 6 13-22 6
30. Şturm 8 2 0 6 5-14 6
31. Sparta 8 1 1 6 7-21 4
32. Leyptsiq 8 1 0 7 8-15 3
33. Jirona 8 1 0 7 5-13 3
34. Zaltsburq 8 1 0 7 5-27 3
35. Slovan 8 0 0 8 7-27 0
36. Yanq Boyz 8 0 0 8 3-24 0

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:297
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1156

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see349

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see333

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see332

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see330

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see324

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see286

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see260

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see231

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see203

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see201

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see201

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see199

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see198

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see194

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see186

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see171

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri