Icma.az
close
up
RU
Yeni hədəflər ölkəmizin davamlı inkişaf strategiyasının mahiyyətindən qaynaqlanır

Yeni hədəflər ölkəmizin davamlı inkişaf strategiyasının mahiyyətindən qaynaqlanır

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib. Forumda qlobal çağırışlar geniş şəkildə müzakirə edilib, perspektivlər açıqlanıb.

Belə tədbirlər Azərbaycanla bağlı həqiqətlərin təbliğində əhəmiyyətli rol oynayır. Müxtəlif ölkələrdə keçirilməsindən asılı olmayaraq hər bir beynəlxalq platformada diqqət Azərbaycanın mövqeyinə yönəlir. Bu isə ölkəmizin uğurlu inkişaf modeli və dövlət başçısının qlobal nüfuzunun bariz göstəricisidir. Prezident İlham Əliyevin beynəlxalq birliyin qarşılaşdığı problemlərin həllinə verdiyi töhfələr, xüsusilə birlik və həmrəylik çağırışları beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Əməkdaşlıq məkanı kimi tanınan Azərbaycan bu gün həmrəyliyə verdiyi töhfələrin miqyası ilə seçilir.
Cənab İlham Əliyev hər çıxışında tarixi Zəfərimizin yaratdığı reallıqlara və regionda dayanıqlı sülhə nail olunmasına xüsusi önəm verir. Forum zamanı da qeyd olundu ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanarsa, əməkdaşlıq üçün heç bir maneə qalmayacaq: “Bəli, hesab edirəm ki, nail olunması mümkün olan orta perspektivli hədəflər haqqında da danışa bilərik. Təəssüf ki, Ermənistanın illərlə davam edən işğal siyasəti Cənubi Qafqazın inteqrasiya olunmuş region kimi inkişafına imkan vermədi. Halbuki bu, mümkün idi. Lakin Azərbaycan xalqına qarşı təcavüz buna əngəl oldu. Bu gün Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə nəzər yetirdikdə enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar və iqtisadi üstünlüklər sahəsində əməkdaşlıq modelini görmək mümkündür. Ermənistan isə bu imkanlardan məhrum qaldı”.
Dövlət başçısı onu da əlavə etdi ki, Azərbaycandan gələn bütün əsas tranzit marşrutları – istər neft, qaz, istərsə də yük daşımaları Gürcüstandan keçir. Ermənistan isə özünü bu proseslərdən təcrid etdi və “böyük Ermənistan” xülyası naminə real iqtisadi və siyasi imkanlarını itirdi: “Hesab edirəm ki, vaxt itirməməliyik. Sülh sazişi məsələsində təşəbbüs artıq Ermənistandadır. Ərazi bütövlüyümüz və qarşı tərəfdən gözlədiklərimiz dəfələrlə açıq şəkildə ifadə olunub. Saziş imzalandıqdan sonra isə Cənubi Qafqazın inteqrasiya olunmuş regiona çevrilməsi üçün real şərait yaranacaq. Bəli, dərhal dostluq münasibətlərindən danışmaq tezdir, lakin etimadın artırılmasına yönəlik addımlara hazırıq”.
Beləliklə, Azərbaycan regionda sülh və əməkdaşlıq gündəliyinin müəllifi kimi öz real təşəbbüsləri ilə fərqlənir. Ədalətin və beynəlxalq hüququn yanında olan ölkəmizin xarici siyasət uğurları ardıcıl və davamlı şəkildə inkişaf edir.

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri