Icma.az
close
up
RU
Yeni idxal gömrük rüsumları müəyyənləşib

Yeni idxal gömrük rüsumları müəyyənləşib

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp 1 oktyabrdan etibarən idxal edilən dərman, mətbəx və hamam dolabı, yumşaq mebel və ağır yük maşınları üçün tətbiq olunacaq gömrük rüsumu faizlərini elan edib.

"Cebheinfo.az" xəbər verir ki, Tramp sözügedən məhsullar üçün müəyyən olunacaq tariflərə dair sosial şəbəkə hesabında paylaşım edərək bildirib:

“Böyük yük maşını istehsalçılarımızı ədalətsiz xarici rəqabətdən qorumaq məqsədilə, 1 oktyabrdan etibarən dünyanın digər bölgələrində istehsal olunan bütün "ağır (böyük) yük maşınlarına" 25 faiz gömrük rüsumu tətbiq edəcəyəm”.

Tramp bununla “Peterbilt”, “Kenvort”, “Freightliner”, “Mack Trucks” kimi böyük yük maşını istehsalçılarının qorunacağına işarə edib.

Eyni tarixdən etibarən bütün mətbəx və hamam dolabları və onlarla bağlı məhsullara 50 faiz, yumşaq mebellərə isə 30 faiz gömrük rüsumu tətbiq olunacağını bildirib.

“Bunun səbəbi, bu məhsulların digər ölkələr tərəfindən böyük miqyasda ABŞ-yə axın etməsidir. Bu, son dərəcə ədalətsiz bir tətbiqdir, lakin milli təhlükəsizlik və digər səbəblərə görə istehsal proseslərimizi qorumaq məcburiyyətindəyik”, - deyə Tramp əlavə edib.

ABŞ-də istehsal müəssisəsi inşa etməyən şirkətlərin markalı və ya patentli dərman məhsullarına da 1 oktyabrdan etibarən 100 faiz gömrük rüsumu tətbiq olunacağını bildirən Tramp bunları deyib:

“‘İnşa etmək", "təməl qoymaq" və ya "tikinti mərhələsində olmaq" kimi hallar istisna ediləcək. Yəni, əgər tikinti prosesi başlamışsa, həmin dərman məhsullarına heç bir gömrük rüsumu tətbiq olunmayacaq”.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri