Icma.az
close
up
RU
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir? QİYMƏTLƏR AzPolitika onlayn siyasiictimai qəzet

Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir? QİYMƏTLƏR AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni il bayramına bir aydan da az vaxt qalıb. Ölkə vətəndaşlarının əksəriyyəti bayramı müxtəlif şəhər və rayonlarımızda qarşılayırlar. Bu hal regionlarda gündəlik kirayə qiymətlərinə də öz təsiri göstərir. Artıq indidən evlərin kirayələnməsinə başlanılıb.

"AzPolitika" xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən turizm məsələləri üzrə ekspert Azər Həsənov bildirib ki, artıq bir neçə ildir qeyri-iş günləri ilə bağlı regionlara güclü axın olur.

"Bunun da əsas səbəbi xarici turların və yerli hotellərin qiymətinin baha olmasıdır.

Bu hal regionlarda gündəlik kirayə qiymətlərinə öz təsiri göstərir. Hər il olduğu kimi, bu il də belə olacaq. Qiymətlər evin otaq sayına və şəraitinə uyğun olaraq dəyişir. Adi günlərdə 50 manata təklif olunan gündəlik ikiotaqlı kirayə evin qiyməti bayram ərəfəsində minimum 80 manat olur.

Qiymətlər regionlardan asılı olaraq dəyişir. Bayramda ən bahalı gündəlik kirayə evlər İsmayıllı-Qəbələ, Quba-Qusar bölgəsində rast gəlinir. Belə ki, bu rayonlarda sadə evlərin qiyməti 100 manatdan başlayır. Şəki-Qax-Zaqatala bölgəsində qiymətlər nisbətən ucuzdur. Bu rayonlarda sadə evlərin günlük kirayəsi 50 manatdan başlayır.

Bölgələrdə villalar var ki, orada bir neçə ailə qala bilir. Həmin villaların hər şəraiti var. Belə villaların günlük qiymətləri 350-500 manat aralığında dəyişir. Belə villaları üç, dörd ulduzlu hotellərlə müqayisə etmək olar".

Daşınmaz əmlak məsələləri üzrə ekspert Pünhan İsmayılov bildirib ki, Yeni il və digər bayramlarda insanların daha çox səyahət etməsi və rayonlara getməsi təbii haldır: "Bu dövr ərzində rayondakı kirayə evlərə olan tələbin artması qiymətlərin yüksəlməsinə səbəb olur. Həmçinin, bayramda daha çox ailəvi səyahət və qonaq gəlmə halları olduğu üçün kirayə evlərə tələbat artır.

Azərbaycanda bəzi rayonlar turizm baxımından cazibədar bölgələrdir. Xüsusilə qış turizminin inkişaf etdiyi rayonlarda (məsələn, Quba, Qusar, Şəki, İsmayıllı və s.) Yeni il və bayram dövründə turist axını artdıqca, kirayə evlərə tələbat yüksəlir və bu da qiymət artımına səbəb olur".

Ekspert qeyd edib ki, Yeni il zamanı rayondan şəhərə gələn və ya şəhərdən rayonlara gedən insanlar üçün kirayə evlərə tələbat artır.

"Bu mövsümə xas olaraq artan tələbat xüsusən yerli əhali üçün kirayə qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. Kirayə ev sahibləri bayram dövründə kirayə qiymətlərini artıraraq, daha çox gəlir əldə etməyə çalışırlar. Bu, xüsusən kirayə evlərin sayı məhdud olan bölgələrdə daha çox müşahidə edilir.

Bu səbəblərdən Yeni il və digər bayram dövrlərində Azərbaycanda rayonlarda kirayə evlərin qiymətində artım müşahidə oluna bilər. Tələb artdıqca, təklifin də məhdud olduğu bölgələrdə qiymətlər yüksəlir", - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2024 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri