Yeni il gecəsi kabab yedi: 8 saat əməliyyat olundu
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Novosibirsk şəhərində 150 kiloqram çəkisi olan kişi bayram ziyafəti zamanı kababı həddən artıq yediyi üçün xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, təxminən səkkiz saat davam edən mürəkkəb əməliyyat nəticəsində onu xilas etmək mümkün olub.
Məlumata görə, kişi kababı bişirib və dostlarını qonaq çağırıb. Ev sahibi özü kababı həddən artıq yeyib və buna güclü içkilər də əlavə edib. Bir müddət sonra qarnında şiddətli ağrılar başlayıb.
O, təcili olaraq yerli Meşalkin tibb mərkəzinə yerləşdirilib. Burada həkimlər qeyri-standart yerdə aortanın yırtılması diaqnozu qoyublar. Zərərçəkənin hipertoniyası da olub.
Nəticədə cərrahlar əməliyyat keçirib, bundan sonra manqal həvəskarı sağalmağa başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 03 Yanvar 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















