Yeni il gecəsi niyə insanlar stolun altında üzüm yeyirlər?
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Dünyanın hər yerində insanlar yeni ilə girərkən uğurlar gətirmək üçün müxtəlif işlər görürlər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, stolun altında üzüm yemək tendensiyası da onlardan biridir.
Məlumatına görə, bu, 20-ci əsrin əvvəllərində İspaniyada yaranan ənənəyə əsaslanır.
İspaniyada gecə yarısı kilsə zəngləri çalmağa başlayanda hər zəng üçün bir üzüm olmaqla 12 üzüm yemək ənənəsi var. Bu ənənə üzüm satmağa çalışan istehsalçılardan gəlir.
1909-cu ildə Alikantedə sata bildiklərindən daha çox üzüm yetişdirən istehsalçılar hər kəsi bu şəkildə üzüm yeməyə razı salmaqla həll yolunu tapıblar.
Bu ritualda saatın əqrəbləri gecə yarısını vurduqda hər zəngdə bir üzüm yeyilir və bir arzu edilir.
Bəzi insanlar bu ritualı stolun altında üzüm yeyərək yerinə yetirirlər. Bunun sevgi, bolluq və ya xoşbəxtlik kimi mövzulara bağlı bir arzunu gücləndirdiyi düşünülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 02 Yanvar 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















