Icma.az
close
up
RU
Yeni il gecəsi qonşusunu öldürmüşdü Şahidlər nələr dedi?

Yeni il gecəsi qonşusunu öldürmüşdü Şahidlər nələr dedi?

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Əhmədov Məhəmməd təqsirləndirilən şəxsin qonşusu olduğunu deyib:

"Fəhlə işlədiyim mağazada yükləri daşıyırdım. Çölə çıxanda Elşənlə rəhmətliyin dalaşdığını gördüm. Sonra işimə davam elədim, səhəri günü Bəyişin öldüyünü eşitdim".

Şahid Kamilə Qurbanova hadisəni görmədiyini bildirib:

"Elşən və Bəyiş işlədiyim kafeyə tez-tez gəlib gedirdilər. Nərd, domino oynayırdılar, çay içirdilər. 31 dekabrda onların dalaşdığını gördüm, lakin Bəyişin ölməsini sabah işə gələndə eşitdim".

Şahid Elman Bayramov Elşənin onun kababçı işlədiyi kafeyə mütəmmadi gələrək çay içdiyini, yemək yediyini, amma hadisəni görmədiyini bildirib.

Şahid Cavadov Cəsur təqsirləndirilən Elşəni iki ilə yaxındır tanıdığını qeyd edib:

"Bəyişi də dörd ay olardı tanıyırdım. 13 dekabrda "Şəki" kafesində üçümüz yeyib- içdik. Sonra sərxoş halda maşın sürdüyümüzə görə polis bizi cərimələdi. 31 dekabrda binanın komendantından xəbər tutdum ki, Elşən Bəyişi bıçaqlayıb. Elşən ayıq olsaydı, Bəyişi vurmazdı. O, içkili olanda özünü idarə edə bilmirdi".

Növbəti proses 28 noyabr, saat 14:30-a təyin edilib.

Xatırladaq ki, hadisə bu ilin dekabrında Bakının Yasamal rayonunda qeydə alınıb. Paytaxt sakini Bəyiş Quliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Fərqanə Novruzova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Noyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri