Icma.az
close
up
RU
Qonşusunu yolun ortasında öldürmüşdü Cəzadan azad edildi

Qonşusunu yolun ortasında öldürmüşdü Cəzadan azad edildi

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Göyçayda qonşusunu qətlə yetirən 41 yaşlı Abbas Əliyev cinayət məsuliyyətindən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsi ekspert rəyləri və prokurorun təklifi əsasında belə qərar qəbul edib.

Cinayətin təfərrüatına gəlincə…

Bu hadisə Göyçayın mərkəzi hissəsində baş verib. Abbasla 36 yaşlı Şahmar Kərimov qonşu olublar. Son günlərə qədər hər hansı mübahisələri yaşanmayıb.

Qonşular arasında şəxsi münaqişə evlərinə yaxın ərazidə başlayıb. Şahmarın “nə etmişəmsə, yaxşı etmişəm” sözündən hiddətlənən Abbas cibindən çıxardığı bıçaqla ona hücum edib. Şahmar qonşusunun gözünün döndüyünü görüb qaçmaq istəsə də, çox uzağa gedə bilməyib. Abbas ona çataraq elə yolun ortasında bıçaqlayıb. O, Şahmara əzab verməklə xüsusi amansızlıqla öldürüb.

Cinayətin baş verməsinə gətirib çıxaran səbəblər ailə məsələlərinə aid olduğundan təfərrüatı ilə bəhs etmirik.

İstintaq vaxtı Abbasın başqa cinayətinin də üstü açılıb. Məlum olub ki, o, bir neçə gün əvvəl qonşuluqda qalan əmisini də döyüb. Səbəbini isə onlarda kirayə qalan tələbələrin gecə səs salması ilə əlaqələndirib.

Təqsirləndirilən şəxsə törətdiyi əməllərə görə xüsusi amansızlıqla adam öldürmə və xuliqanlıq maddələri ilə ittiham elan edilib, barəsində həbs qərarı verilib.

Amma ekspert rəyləri və təqsirləndirilən şəxsin sağlamlıq vəziyyəti ilə bağlı digər sübutlar vəziyyəti dəyişib. Təqdim edilmiş sənədlərdən görünür ki, Abbas uzun illərdir epilepsiya xəstəliyindən əziyyət çəkir, cinayət törədərkən də xroniki psixi xəstəliyi olubmuş.

Prokurorluq da məhkəməyə göndərdiyi qərarda təqsirləndirilən şəxsə cəza təyin edilməməsini təklif edib.

Xaliq Məmmədovun sədrlik etdiyi hakimlər işi araşdırdıqdan sonra təqsirləndirilən şəxsin doğrudan da cinayəti anlaqsız vəziyyətdə törətdiyini təsdiq ediblər.

Qərara əsasən, Abbas Əliyev cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında məcburi müalicə tədbiri təyin edilib.

Sail Ağasəlim

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Fevral 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri