Icma.az
close
up
RU
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər?

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər?

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahidlərin ifadəsi ilə davam edib. 

Şahid M.Q təqsirləndirilən Z. Xankişiyevi zərərçəkən Pərviz Səlimovun vasitəsilə tanıdığını deyib: "Zamiqin borcları olduğunu malı verəndən sonra bilmişəm. Onu Pərvizin  vasitəsilə tanımışam. Zamiqin özü ilə  birbaşa əlaqəm olmayıb. Onun mənə 150 000 - 160 000 borcu qalmışdı. Onun digər borclarının olduğunu eşidib biləndən sonra bu barədə narahatlığımı Pəvizə dedim. O məni arxayın salıb narahat olmamalı olduğumu  dedi".

Şahid H.C. əslində zərərçəkən olduğunu bildirib: "Mən "Supersement" MMC-nin rəhbəriyəm.3-4 il birlikdə  işləmişik, ondan beton almışam. İş başlayanda pulu aram - aram ödəyirdi. Beton zavod Zamiqin şirkətinin adına idi, mənə borcu yarananda  zavod və bir mənzil borc əvəzi keçdi mənim şirlətimin adına.  Zamiqin mənə hazırda 500 000  -700 000 manat arası borcu qalıb,  yerdə qalan o  borcumu istəyirəm".

Növbəti proses iyunun 22-si saat 09:30-a təyin olunub.

İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək bir neçə nəfərin etibarından sui- istifadə edərək, onların 1 milyon manata yaxın pulunu mənimsəyib.

İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Zamiq Xankişiyev istintaqa cəlb olunduqdan sonra əvvəl barəsində həbs, daha sonra isə həbs olmayan qətimkan tədbiri seçilib.

Araşdırmalarla məlum olub ki, Zamiq Xankişiyevdən ən çox zərər görən şəxs onun tanışı olan iş adamı P.S.dir.

O, iş adamına Neftçaladakı "Olimpiya İdman Kompleksi"nin tikintisində isrifadə olunan beton işləri üçün 60 min manatlıq sement sifariş verərək, pulunu ödəyəcəyinə söz versə də, bundan yayınaraq, daha sonra həmin vəsaiti mənimsəyib.

Zamiq Xankişiyev daha sonra zərərçəkən P.S. nin etibarından istifadə edərək onun "Maserati Ghibli" avtomobilini dəyərindən çox ucuz qiymətə 48 min ABŞ dollarına sataraq mənimsəyib. O bundan başqa iş adamına məxsus daha bir avtomobilini "Mersedes-Benz  S-Klass"markalı avtomobilini 85 min ABŞ dollarına sataraq onun 50 min ABŞ dollarını qaytararaq 35 min ABŞ dollarını isə ələ keçirərək mənimsəyib.

Zamiq Xankişiyev bu və ya digər yalan vədlər verməklə iş adamı P.S.nin ümümilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.

Təqsirləndirilən bundan basqa tanış olduğu S.V. də aldadaraq ona müxtəlif tikinti lahiyələrində iştirak edərək külli miqdarda qazanc əldə etmək adı ilə külli miqdarda pulunu və avtomobilini ələ keçirərək mənimsəyib. O,  S. V.nin ümümilikdə, 180 min manatını mənimsəyərək ona külli miqdarda ziyan vurub.

Zamiq Xankişiyevdən zərər görməsi ilə bağlı şikayət edən digər şəxs isə onun müəssisəsində fəhlə işləyən F.Ə. olub. O, işçisinə verməli olduğu 5690 manatın əvəzinə ona verəcəyinə söz verdiyi "Kia"markalı avtomobili verməyərək həmin məbləği də mənimsəmişdir.

Hakim Elnur Nuriyev təqsirləndirilən Zamiq Xankişiyevə onun ittiham olunduğu maddənin ağırlıq dərəcəsini xatırladaraq törətdiyi əməllərin sübut olunacağı təqdirdə 10 ildən 15-dək məhkum oluna biləcəyini xatırlatsa da Xankişiyev  buna görə özünü təqsirli bilməyib.  

Xatırladaq ki, Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin biznesmen oğlu Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq (xüsusilə külli miqdarda dələduzluq) pulunu ələ keçirməkdə ittiham olunur.

Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tutulub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Hazırda cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb. Mətbuata üz tutan vətəndaşlar "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış atası Fəyyaz Xankişiyevi də dələduzluqda ittiham ediblər. Fəyyaz Xankişiyev keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı olub. 

F.Xankişiyev 2014-cü ildə elə qrup yoldaşı Z.Məmmədov tərəfindən işdə yol verdiyi ciddi nöqsanlara və quruma vurduğu maddi ziyana görə vəzifəsindən azad edilib.

Hazırda dələduzluqda ittiham olunan oğul Zamiq  Xankişiyev isə bahalı həyat tərzi ilə gündəmdə olub. O, "Bentley" markalı 10-PP-555 nömrə nişanlı və seriya nömrəsinin sonu 400-lə bitən bir neçə lüks avtomobilin sahibidir. Müxtəlif vaxtlarda avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 İyun 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri