Yeni ildə 1 həftəlik tətillə bağlı rəsmi Qərar yoxdur
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Ötən gün mediada 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətil olacağı barədə məlumat yayılıb.
“Qafqazinfo” xəbər verir ki, məlumat sürətlə yayılsa da, bununla bağlı Nazirlər Kabinetinin (NK) hər hansı rəsmi açıqlaması yoxdur.
Məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, mətbuatda yayılan 1 həftəlik tətillə bağlı hazırda müvafiq Qərar yoxdur.
Xatırladaq ki, yayılan məlumatlarda tətilin 2025-ci ilin 29-31 dekabr və 2026-cı ilin 1-4 yanvar tarixlərini əhatə etdiyi bildirilir.
Mədinə Useynova
Baxış sayı:45
Bu xəbər 20 Noyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















