Yeni ilə hazırlaşan Xankəndidən FOTOREPORTAJ Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə işğaldan azad edilən Xankəndi şəhərində bayrama xüsusi hazırlıq işləri görülür.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Xankəndi şəhərində 34 ildən sonra bayram tərtibatı işlərinə xeyli sayda işçi qüvvəsi və texnikalar da cəlb edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Şəhərin Zəfər meydanında şam ağacı qurulub, küçələr Yeni il atributları ilə bəzədilir. Ağacların üzərində rəngli işıq sistemi və effektlər quraşdırılır. Xankəndi turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır.
Məlumata əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bu il ilk dəfə olaraq dekabr ayının 26-dan yanvarın 4-dək Xankəndi şəhərində "Qış nağılı" yarmarkası keçiriləcək. Bu yarmarka azadlıqla yazılan yeni tarixin təntənəsi olacaq. Dekabrın 28-də isə Xankəndi şəhərində konsert proqramı təşkil ediləcək.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 23 Dekabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















