Icma.az
close
up
RU
Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? AFİŞA

Yeni ilin İLK HƏFTƏSİNDƏ Bakıda hansı mədəni tədbirlər olacaq? AFİŞA

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün 2026-cı ilin ilk həftəsində baş tutacaq mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.

Oxu.Az xəbər verir ki, yanvarın 5-dən 12-dək olan siyahıda paytaxtda keçiriləcək bir çox tamaşalar, konsertlər yer alıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bu həftə üç tamaşa oynanılacaq.

Yanvarın 9-da, saat 19:00-da Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqında olan "Ah, bu uzun sevda yolu" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.

Biletlərin qiyməti: 10-20 manat.

Yanvarın 10-da saat 19:00-da Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı "Ölülər" tamaşası səhnələşdiriləcək.

Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.

Biletlərin qiyməti: 10-20 manat.

Yanvarın 11-də saat 19:00-da Hüseyn Cavidin "İblis" faciəsinin motivləri əsasında "İblis və..." fəlsəfi-dekonstruktiv metadramı oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.

Biletlərin qiyməti: 10-25 manat.

Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində bu həftə dörd tamaşa təqdim olunacaq.

Yanvarın 10-da, saat 12:00-da Nobel mükafatçısı Redyard Kiplinqin eyniadlı əsəri əsasında hazırlanan "Mauqli" tamaşası nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.

Biletlərin qiyməti: 8-12 manat.

Yanvarın 10-da saat 19:00-da M.F.Axundzadənin "Hekayəti-Xırs quldurbasan" birhissəli komediyası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Biletlərin qiyməti: 10-15 manat.

Yanvarın 11-də saat 12:00-da Conatan Sviftin "Qulliver cırtdanlar ölkəsində" tamaşası göstəriləcək.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.

Biletlərin qiyməti: 8-12 manat.

Yanvarın 11-də saat 19:00-da Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın Cəhənnəm məktubları" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Rusiyanın və Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi Boris Manciyevdir.

Biletlərin qiyməti: 10-15 manat.

Azərbaycan Dövlət Yuğ Teatrı (Kukla Teatrının binasında) yeni ilin ilk həftəsini iki tamaşa ilə açacaq.

Yanvarın 10-da saat 19:00-da dramaturq Matey Vişnekin əsəri əsasında hazırlanan "P.A.N.D.A." tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru isə Mikayıl Mikayılovdur.

Biletlərin qiyməti: 5-15 manat.

Yanvarın 11-də, saat 19:00-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan "Mənəm, mən..." mistik-psixoloji dramı oynanılacaq.

Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.

Biletlərin qiyməti: 5-15 manat.

Akademik Rus Dram Teatrı bu həftə tamaşaçılarına beş tamaşa təqdim edəcək.

Yanvarın 8-də, saat 19:00-da A.S.Puşkinin "Daş qonaq" və N.S.Qumilyovun "Misirdə Don Juan" əsərləri əsasında "Don Juan" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Merdinlidir.

Biletlərin qiyməti: 15 manat.

Yanvarın 9-da, saat 19:00-da A.P.Çexovun pyesi əsasında "Albalı bağı" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir.

Biletlərin qiyməti: 10-15 manat.

Yanvarın 10-da, saat 12:00-da "Çar Saltan, knyaz Qvidon və şahzadə Qu quşu haqqında nağıl" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə.

Biletlərin qiyməti: 5 manat.

Yanvarın 10-da, saat 19:00-da Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında "Yuxularımdan çəkil" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir.

Biletlərin qiyməti: 10-15 manat.

Yanvarın 11-də, saat 19:00-da "Kişi, Qadın, Pəncərə... və Məşuq" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadədir.

Biletlərin qiyməti: 10-15 manat.

Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində:

Yanvarın 9-da, saat 12:00 və 14:00-da kiçikhəcmli ibrətamiz məişət nağıllarımızdan olan "Yeddi nar çubuğu" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimovdur.

Biletlərin qiyməti: 5 manat.

Yanvarın 9-da, saat 16:00-da rus xalq nağılı əsasında səhnələşdirilən "Qoğal" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydardır.

Biletlərin qiyməti: 5 manat.

Yanvarın 10-da, saat 12:00, 14:00 və16:00-da uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən mənzum əsərlərindən biri olan "Dovşanın ad günü" nağıl-poeması oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Səidə Haqverdiyevadır.

Biletlərin qiyməti: 5 manat.

Yanvarın 10-da, saat 18:00-da rus folklorundan "Durna balığının əmri ilə" adlı nağılın motivləri əsasında "Durna balığı" tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 5 manat.

Yanvarın 11-də, saat 12:00, 14:00 və 16:00-da Korney Çukovskinin məşhur "Aybolit" şeiri əsasında eyniadlı "Aybolit" tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 5 manat.

Yanvarın 11-də, saat 18:00-da Samuil Marşakın "Pişiyin evi" tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 5 manat.

Heydər Əliyev Sarayında:

Yanvarın 9-u, 10-u və 11-də, saat 20:00-da türk pop musiqisinin məşhur ifaçısı Rafet El Romanın konserti olacaq.

Biletlərin qiyməti: 45-195 manat.

Beynəlxalq Muğam Mərkəzində:

Yanvarın 5-i, saat 19:00-da, Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş layihə çərçivəsində "Muğamat axşamı" adlı konsert təqdim olunacaq.

Biletlərin qiyməti: 10-20 manat.

Yanvarın 8-də, saat 19:00-da gənc pianoçu, Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı, Cəmil Sədizadənin "Renessans" adlı fortepiano musiqisindən ibarət konserti.

Biletlərin qiyməti: 10-30 manat.

Yanvarın 9-da saat 19:00-da tanınmış klarnet ifaçısı , Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Hakim Abdullayevin 65 illik yubileyinə həsr olunmuş konsert proqramı.

Biletlərin qiyməti: 10-25 manat.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında:

Yanvarın 7-da saat 19:00-da Motsart nadir klassik musiqi axşamı olacaq.

Biletlərin qiyməti: 5-35 manat.

Yanvarın 7-də saat 19:00-da Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti.

Biletlərin qiyməti: 4-20 manat.

Yanvarın 10-da, saat 19:00-da xanəndə Malik Həsənovun "Sədai Musiqi Xoşdur" adlı solo konserti.

Biletlərin qiyməti: 10-50 manat.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Yanvar 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri