Icma.az
close
up
RU
Yeni illə bağlı ƏHALİYƏ VACİB XƏBƏRDARLIQ! KONKRET

Yeni illə bağlı ƏHALİYƏ VACİB XƏBƏRDARLIQ! KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Yeni il bayramı bütün dünyada olduğu kimi ölkəmizdə də xüsusi təmtəraqla keçirilir. Böyükdən-kiçiyə hər kəsin sevimlisi olan bu bayramı hamı müxtəlif şəkildə qeyd edir. Kimi verilən tətildən istifadə edərək, istirahət zonalarına üz tutur, kimi şəhərdə, yaxud öz qaldığı ərazidə olan məkanlarda bu bayramı qeyd edir. Kimisi də öz evində biş-düş edərək qonaqlarını qarşılayır. Bütün bunların hər biri zövqə və istəyə görə dəyişir. Lakin dəyişməyən tək bir nüans var. O da təhlükəsizliklə bağlı olan məqamlardır.

Öncə də qeyd etdiyimiz kimi, ölkəmizdə sözügedən bayram xüsusi təmtəraqla qeyd olunur. Şam ağacları, evlər, küçələr, ictimai məkanlar müxtəlif bəzək əşyaları və işıq saçan cihazlarla bəzədilir. Belə olan halda ilk ağla gələn şey də məhz təhlükəsizlik tədbirləridir.

KONKRET.az xəbər verir ki, yenisabah.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev mövzu ilə bağlı oxucularımıza bir sıra tövsiyələr verib:

“Yeni il tədbirlərinin keçirildiyi məkanlar, ictimai iaşə müəssisələri, tədbir zalları, insanlar daha çox cəmləndiyi məkanlar və fərdi yaşayış evlərində təhlükəsizlik məsələsinə ciddi yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, əgər insanlar bir yerə toplaşıbsa və orada şəxsin həm özünün, həm də digərlərinin həyatı üçün risk daşıya amillər varsa, əlbəttə bütün bunların hər birini nəzərə almaqla təhlükəsizlik tədbirləri görülməlidir ki, kimlərsə zərər çəkməsin. Xüsusən, tez alışan materiallardan bəzək əşyalarının düzəldilməsi, üzərinə hansısa işıq cihazlarının quraşdırılması, daha sonra onların nəzarətsiz qalması yanğına səbəb ola biləcək amillər sırasındadır”.

Ekspert onu da vurğulayıb ki, bayramdakı təhlükəsizliklə bağlı məsələlərə son dərəcə həssaslıqla yanaşmaqda fayda var:

“Bayramda təhlükəsizlik məqsədilə bir sıra məqamlara həssas yanaşmalıyıq. İlk olaraq, yeni il ağacını bəzəyərkən möhkəm və dayanıqlı olmağına diqqət etmək lazımdır ki, aşmasın. Digər bir məsələ həm evdə, həm də tədbir zallarında yeni il ağacındakı parça, kətan və başqa yanma qabiliyyəti olan materialdan olan bəzək əşyalarının istiliklə, işıqlandırıcı cihazlarla təmasının yanğına səbəb olmasıdır ki, həmin mövzuya da diqqət etmək vacibdir. İşıq cihazları alarkən, mütləq sertifikasiyası olan cihazların alınmasına diqqət yetirilməlidir. Əgər işıq cihazında nasazlıq varsa, ondan istifadə etməmək daha məqsədəuyğundur. Daha bir önəmli nüans insanların cəmləşdiyi yerlərdə protexniki vasitələrdən istifadə etməməkdir. Bu həm qanunla qadağandır, həm də həyati risk daşıyır. Bəziləri onu alıb evdə saxlayır. Bu lap təhlükəlidir. Çünki həmin vasitələr işıq şüalarının təsiri ilə öz-özünə alışmaya və yanğına gətirib çıxara bilər. Valideynlər də belə məsələlərə həssas yanaşmalı, övladlarına həmin vasitələrdən istifadəni tövsiyə etməməlidirlər.

Bunlarla yanaşı, evi tərk edən zaman işıq cihazlarını elektrik şəbəkəsindən ayırmaq da çox ciddi bir məqamdır. Bu əgər unudularsa, bədbəxt hadisələrin ortaya çıxmasına səbəb ola bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Dekabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri