Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Yeni investisiya bumu

Yeni investisiya bumu

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Ticarət Palatasının nümayəndə heyətinin ölkəmizə səfəri nəhəng iqtisadi layihələrin reallaşmasına zəmin yaradır

Azərbaycanda səfərdə olan ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə ölkəmizin hökumət və iqtisadi qurumlarının təmsilçiləri arasında keçirilən görüşlər uğurla başa çatıb. ABŞ Ticarət Departamenti ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan missiya çərçivəsində Prezident İlham Əliyevlə görüşün keçirilməsi daha əlamətdar olub. Dövlətimizin başçısı nümayəndə heyəti ilə görüşdə bir sıra mühüm mesajlar verməklə ABŞ-ın biznes icmasının Azərbaycanda daha fəal çalışması üçün möhkəm zəmanətlər verildiyini xatırlatmış oldu. Vurğulandığı kimi ölkəmizdə təmin edilmiş sağlam investisiya mühitindən bəhs edərək bu münbit iqlimin xarici sərmayədarlar, o cümlədən ABŞ investor ailəsi üçün olduqca əlverişli və fəaliyyət imkanı yaradır. Xüsusən də ABŞ biznes nəslinin böyük nümayəndə heyətinin ölkəmizə səfəri təmasların tamamilə yeni müstəviyə adlamasını təşviq edir,  biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyin digər istiqamətləri üzrə müştərək tərəfdaşlığın möhkəmlənməsinə baza yaradır.

31 şirkət - qlobal biznes nəslinin siması

Müxtəlif iqtisadi qurumların və sahibkarlıq assosiasiyalarının nümayəndələri ilə keçirilən görüşdə ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına önəm verdiyi, tərəflər arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğu diqqətə çatdırılıb. Tərəflər ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmi qeyd olunub. Azərbaycanın etibarlı enerji tərəfdaşı, Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi xatırladılıb.

Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-ın dünyaca məşhur “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P.Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri daxil idi ki, bu da qlobal biznesin əsas simaları deməkdir.

Ümumilikdə, 31 şirkətin təmsil olunduğu beynəlxalq miqyaslı korporasiyaların Azərbaycana gəlişi iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin yaradılması və qarşılıqlı səfərlərin təşkilini də legitimləşdirir.

İnvestisiyalarda qarşılıqlı maraq nümayişi

ABŞ Ticarət Palatasının biznes missiyası Energetika Nazirliyi, SOCAR, “AzərEnerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilə faydalı görüşlər də keçirib. Tədbirdə Azərbaycan-ABŞ enerji tərəfdaşlığından məmnunluq ifadə edilib. Bildirilib ki, bu tərəfdaşlıq təkcə milli layihələrin deyil, eyni zamanda, regional və beynəlxalq enerji təhlükəsizliyi layihələrinin uğurla reallaşdırılmasına mühüm töhfə verib. ABŞ şirkətlərinin texnologiyaları, təcrübəsi və investisiyaları iri transmilli enerji layihələrinin formalaşmasında həlledici rol oynayıb. Azərbaycanın bütün enerji növlərini bərabərhüquqlu əsasda inkişaf etdirməsi, regional enerji bağlantılarını şaxələndirməsi, enerji təchizatçısı rolunu elektrik enerjisi ilə genişləndirməsi və enerjinin mühüm bir hissəsinin məlumat mərkəzlərinin tələbatına yönəldilməsi ilə bağlı kursu diqqətə çatdırılıb. Neft, qaz, bərpaolunan enerji, elektrik enerjisi, hidrogen və enerji səmərəliliyi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. SOCAR və “ExxonMobil” arasında əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Həmçinin Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında elektrik enerjisi dəhlizlərinin icrası, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzərindən elektrik enerjisinin nəqli və bu layihələr çərçivəsində ABŞ şirkətləri ilə əməkdaşlıq perspektivləri dəyərləndirilib. Azərbaycan və ABŞ arasında enerji sahəsində texnologiya, bilik, təcrübə və investisiya istiqamətlərində əməkdaşlığa qarşılıqlı maraq nümayiş etdirilib.

İqtisadi-ticari dövriyyə və investisiya imkanları artır

ABŞ və Azərbaycanın çoxistiqamətli iqtisadi əməkdaşlıq platformasının möhkəmlənməsi ticarət dövriyyəsinin və investisiya qoyuluşlarının artması üçün dərin zəminlər yaradır. Sözsüz ki, bu sahədə ABŞ Ticarət Palatasının təşviqedici rolu böyükdür. Palatanın təşviqedici addımları sayəsində Azərbaycanın ümumi iqtisadi-ticari dövriyyəsinin balansında ABŞ-ın payı artır. Donald Trampın yenidən prezident seçilməsindən sonra  ABŞ və Azərbaycan arasında olan münasibətlərin müsbət məcrəda dəyişməsi iqtisadi dinamikanı da böyüdüb. 2023-2024-cü illərdə iqtisadi mübadilənin dövriyyəsi 1,9- 2 faiz təşkil edibsə, 2025-cü ildə bu göstərici 3,2 faizə çatıb. Azərbaycanın Birləşmiş Ştatlara 60 milyon dollara yaxın qeyri-neft məhsullarının ixracının gerçəkləşməsi isə iqtisadi gündəıliyin daha da zənginləşdiyini göstərir.

Bir sözlə, amerikalı biznes icmasının ölkəmizə səfəri çox qənaedici və yeni imkanların səfərbər edilməsi, birgə iqtisadi partnyorluq üçün əlamətdar olub. ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin də etiraf etdiyi kimi ilk biznes missiyası ABŞ-ın özəl sektoru ilə Azərbaycan Hökuməti və biznes dairələri arasında yeni dialoq kanalları açacaq, iqtisadi gündəliyin icrasını sürətləndirəcək. Amerikalı iş adamları iqtisadi prioritetlər, investisiya mühiti və enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat və müdafiə kimi önəmli sahələrdə uzunmüddətli tərəfdaşlığa sərmayə təşviqlərini gerçəkləşdirəcək. “Visa” şirkətinin baş vitse-prezidenti, MDB və Cənubi və Şərqi Avropa regionu üzrə meneceri Kristina Doros isə bildirib ki, biznes missiyasının səfəri Azərbaycanın inkişaf edən rəqəmsal ödəniş ekosistemini dəstəkləməklə, yeni innovasiyaların, maliyyə inklüzivliyinin və bizneslərin işgüzarlığının  güclənməsinə töhfə verəcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Fevral 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see282

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see277

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see274

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see257

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see256

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see253

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see251

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see247

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see242

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see238

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see230

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see226

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see219

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see210

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see208

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see205

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see203

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see197

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see181

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri